Başqırdıstan Dövlət Pedaqoji Universiteti Sosial Humanitar fakültəsinin dekan müavini Kitabxanaçılıq-informasiya fakültəsində

25/12/2013

Başqırdıstan Dövlət Pedoqoji Universitetinin Sosial-humanitar fakultəsinin dekan muavini, dosent Qilmiyanova Rimma Askerovna18-24 dekabr tarixlərində BDU-nun Kitabxanaçılıq-informasiya fakultəsində təcrübə mübadiləsində olmuşdur. Qonağı fakültənin dekanı, dosent Azad Qurbanov qarşılamış və ona uğurlar arzulamışdır. Proqram çərçivəsində dosent Qilmiyanova tarix elmləri doktoru, professor Abuzər Xələfovun rəhbərlik etdiyi Elmi Seminarda "Başqırd xalqının milli identifikliyində müsəlman kitabxanalarının rolu" mövzusunda elmi məruzə ilə çıxış etmişdir. Onun məruzəsi seminar iştirakçıları tərəfindən maraqla dinlənilmiş və məruzə ətrafında geniş müzakirə aparılmışdır.

Dosent Qilmiyanova fakultənin I kurs tələbələrinə "Kitabxana işinin tarixi" fənni  çərçivəsində  “Müasir kitabxana mədəniyyəti” mövzusunda mühazirə oxumuşdur. Mühazirə Kitabxanaşünaslıq kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru Pərviz Kazimi tərəfindən sinxron tərcümə edilmişdir. Tələbələr mühazirəni maraqla qarşılamış, qonağa suallar vermişlər.

Daha sonra dosent Qilmiyanova fakultədə İKT ilinə həsr edilmiş Elmi Konfransda çıxış etmişdir.

Təcrübə mübadiləsi çərçivəsində respublikanın qabaqcıl kitabxana-informasiya müəssisələrinə gedişlər də təşkil edilmişdir.

Qeyd edək ki, təcrübə mübadiləsi universitetlərarası memarandum əsasında həyata keçırilir. Həmin razılaşmaya ğörə Kitabxanaşünaslıq kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru Pərviz Kazimi bu ilin may ayında Başqırdıstan Dövlət Pedoqoji Universitetinində təcrübə mübadiləsində olmuşdur.

Bookmark and Share
© Bakı Dövlət Universiteti