Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsində Həmkarlar Bürosunun növbəti hesabat seçki iclası keçirildi

02/03/2015

02.03.2015-ci il tarixində Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsində Həmkarlar Bürosunun növbəti hesabat seçki iclası keçirildi. İclasda BDU-nun Azad Həmkarlar Təşkilatının sədri dos. F.Şiriyev və Kitabxanaçılıq-informasiya fakültəsinin müəllim və işçi heyəti iştirak edirdilər.

İclasın sədri dekan, dosent Azad Qurbanovun çıxışından sonra fakültənin Həmkarlar Təşkilatının sədri Nigar İsmayılovanın hesabatı dinlənildi. 3 il ərzində görülən işlər barədə ətraflı məlumat verən Nigar İsmayılovanın məruzəsindən sonra professor Xəlil İsmayılov, dosentlər Mehmanəli Məmmədov və Rasim Süleymanov cıxış etdilər. Məruzə qənaətbəxş hesab edildi.

Sonra BDU HİK-in sədri Fikrət Şiriyev çıxış edərək, Nigar İsmayılovanın hesabatını yüksək qiymətləndirdi, işindən razı qaldığını bildirdi. Sonra o, yay məzuniyyəti və asudə vaxtların dəyərləndirilməsi haqqında verilən suallara cavab verdi.

İclasın sədri dos.A.Qurbanov 5 nəfərdən ibarət yeni büro üzvlərinin seçilməsini və b/m N.İsmayılova, m.R.Qardaşov, dos.N.M.Mehərliyeva, dos.S.Sadıqova, S.Hacıyevadan  ibarət yeni tərkibin səsə qoyulmasını təklif etdi. Yeni namizədlər səsə qoyuldu və onların hamısı yekdilliklə Fakültə Həmkarlar Bürosuna seçildilər.

Nigar Nurəddin qızı İsmayılova Kitabxanaçılıq-İnformasiya Fakültəsi Həmkarlar təşkilatının sədri seçildi.

Bookmark and Share
© Bakı Dövlət Universiteti