Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsində Həmkarlar Bürosunun növbəti hesabat seçki iclası keçirildi

02/03/2012

02.03.2012-ci il tarixində Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsində Həmkarlar Bürosunun növbəti hesabat seçki iclası keçirildi. İclasda BDU-nun Azad Həmkarlar Təşkilatının sədri dos. F.Şiriyev və Kitabxanaçılıq-informasiya fakültəsinin müəllim və işçi heyəti iştirak edirdilər.

İclasda BDU-nun Azad Həmkarlar təşkilatının sədri Fikrət Şiriyev çıxış edərək BDU-nun Həmkarlar Təşkilatı Universitetin fəaliyyətindəki rolunu qeyd etdi. Daha sonra fakültə həmkarlar bürosunun sədri dos.N.M.Mehrəliyevanın hesabatı dinlənildi.

İclasın sədri dos.N.M.Mehrəliyeva 5 nəfərdən ibarət yeni büro üzvlərinin seçilməsini və b/m N.İsmayılova, m.R.Qardaşov, dos.N.M.Mehərliyeva, ped.üzrə fəl.dok. X.Ağayeva, tyutor. A.Cabbarovadan ibarət yeni tərkibin səsə qoyulmasını təklif etdi. Yeni namizədlər səsə qoyuldu və onların hamısı yekdilliklə Fakültə Həmkarlar Bürosuna seçildilər.

Daha sonra fakültənin dekanı dos. A.Qurbanov çıxış edərək ictimai təşkilat olan Həmkarlar Təşkilatının fəaliyyətini yüksək qiymətləndirdi. Sonra b/m N.İsmayılova, m.R.Qardaşov, dos.N.M.Mehərliyeva,, ped.üzrə fəl.dok.X.Ağayeva, tyutor A.Cabbarova çıxış edərək Fakültə Həmkarlar Təşkilatı Bürosunun sədri vəzifəsinə b/m. Nigar Nurəddin qızı İsmayılovanı tövsiyə etdilər.

Nigar Nurəddin qızı İsmayılova Kitabxanaçılıq-İnformasiya Fakültəsi Həmkarlar təşkilatının sədri seçildi.

 

Bookmark and Share
© Bakı Dövlət Universiteti