Bakı Dövlət Universitetinin 90 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər davam edir
27/05/2009Bakı Dövlət Universitetinin 90 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər davam edir.
23. 05. 2009 tarixində Kitabxanaçılq-İnformasiya fakültəsinin xüsusi auditoriyasında Aspirant və magistrantların elmi konfransı təşkil edilmişdir.
Konfransı giriş sözü ilə açan fakültənin dekanı prof. X.İ.İsmayılov Universitetin 90 illik yubileyinə həsr olunmuş silsilə tədbirlərdən ətraflı danışdı. Bu yubileylə bağlı keçirilən tədbirlərin əhəmiyyətini xüsusi vurğulayaraq Kitabxanaçılıq-İnformasiya fakültəsinin də yubileyə hazırlıq məqsədi ilə təşkil etdiyi konfransı yüksək qiymətləndirdi.
Sonra söz gənc magistr və aspirantlara verildi.
Elmi konfransın proqramı aşağıdakı məruzələrdən ibarət oldu:
1. Novruzova Nərgiz “Universitet kitabxanası 90 ildə” rəhbər prof. A,A.Xələfov
2. Hacıyeva Esmira “ Müstəqillik dövründə türk bədii ədəbiyyatının Azərbaycanda nəşri” rəhbər prof. X.İ.İsmayılov
3. Rüstəmova Rübabə (asp) “Elmi kitabxanaların elektron kataloq sistemi” rəhbər prof. X.İ.İsmayılov
4. Əhmədova Günel “Kitabxana hüquqi subyekt kimi” rəhbər prof. Dos.E.Y.Əhmədov
5. Cəfərova Aynurə “Mirzə Cəlal irsinə dair elektron biblioqrafik resursların axtarış imkanları” rəhbər dos. N.İ. İsmayılov
6. Səfərova Aygün “M.F.Axundov adına Milli Kitabxana fondunun formalaşdırılması”
Rəhbər. Dos. A.M.Əliyev
