Bakı Dövlət Universitetində Kitabxanaçılıq-informasiya fakültəsinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanda kitabxana işi” mövzusunda Respublika Elmi Konfransı keçirilib

10/05/2017

Bakı Dövlət Universitetində Kitabxanaçılıq-informasiya fakültəsinin təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə “Heydər Əliyev və Azərbaycanda kitabxana işi” mövzusunda Respublika Elmi Konfransı keçirilib.

Konfransı giriş sözü ilə BDU-nun Elm və innovasiyalar üzrə prorektoru, AMEA-nın müxbir üzvü, professor Aydın Kazımzadə açıb. A.Kazımzadə Ulu öndər Heydər Əliyevin Azərbaycan tarixindəki rolundan, elm və təhsil sahəsinə qayğısından bəhs edib. Natiq bildirib ki, Ulu öndər digər sahələrlə yanaşı kitabxana işinə də yüksək qiymət vermiş, bu sahənin inkişafı üçün bir sıra mühüm addımlar atmışdır.

Sonra Azərbaycanda kitabxanaşünaslıq elmi məktəbinin banisi, tarix elmləri doktoru, professor, Əməkdar elm xadimi Abuzər Xələfov “Heydər Əliyev və Azərbaycanda kitabxana işi” mövzusunda məruzə edib. Alimin məruzəsi maraqla dinlənilib, məruzə ətrafında diskussiyalar aparılıb.

Elmi konfrans işinibölmə iclaslarında davam etdirib. 4 bölmədə ümumilikdə 35 məruzə dinlənilib.

Bookmark and Share
© Bakı Dövlət Universiteti