Aşıq Şəmşir” Ocağı qalib tələbələri mükafatlandırdı

07/05/2012

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Aşıq Şəmşir” Mədəniyət Ocağı İctimai Birliyi Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-İinformasiya fakültəsi ilə birgə təşkil etdiyi görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr edilmiş məqalə müsabiqəsinin təqdim edilməsinə həsr olunmuş tədbir keçirilib. Modern.az xəbər verir ki, ilk olaraq “Zərli tac kamallı başa yaraşır” adlı videoklipi nümayiş etdirilib. Heydər Əliyevə həsr olunmuş videoklipdə Kəlbəcərdə dünyaya göz açan el sənətkarı Aşıq Şəmşirin yaxın tariximizin quruculuq dövrü olan yetmiş-səksəninci illər tərəqqisinə həsr etdiyi şeirlər səsləndirilir. Bildirilir ki, ustad sənətkarın Heydər Əliyevə həsr etdiyi şeirlər üstündən illər keçdikdən sonra bu gün də zamanla həmahəng səslənir. Tədbirdə çıxış edən Milli Məclisin deputatları Cavid Qurbanov, Jalə Əliyeva, EltonMəmmədov, Elmira Axundova, Fəzail Ağamalı tələbələrə uğurlar arzulayıblar.

Daha sonra Tədbirdə inşa müasbiqəsinin qaliblərinə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi tərəfindən pul mükafatları, hədiyyələr və təşəkkürnamə diplomları təqdim olunub. Qaliblər aşağıdakı kimi müəyyənləşdirlib:

I- Abdullayeva Güllər İlqar qızı

II- Həsənova Aysel Vaqif qızı

III- Hüseynli Əli Bahadur oğlu

Həvəsləndirici yerlər- Məhəmmədli Daşqın Heydər oğlu, Nəzirli Rüfanə Əlimuxtar qızı.

Diplomantlar- Həsənova Günay Rasim qızı, Zeynalov Elvin Şamil oğlu, Abbaslı Həcər Şamil qızı, Səttarova Fidan Fazil qızı, Nəsibova Tünzalə Akif qızı.

 

 

 

Bookmark and Share
© Bakı Dövlət Universiteti