Amerikalı professor Kitabxanaçılıq-informasiya fakültəsində məruzə ilə çıxış edib

25/05/2017

Bakı Dövlət Universitetində Kitabxanaçılıq-informasiya fakültəsinin təşkilatçılığı ilə Kitabxana-informasiya təhsilinin müasir problemlərinə həsr edilmiş elmi seminar keçirilib.

Tədbiri giriş sözü ilə açan Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı, dosent Azad Qurbanov kitabxana- informasiya təhsili sahəsində dünyada baş verən dəyişikliklərdən, bu sahədə olan qloballaşma proseslərindən bəhs edib. Sonra dosent Azad Qurbanov tədbirə məruzəçi kimi dəvət olunmuş qonağı - Pensilvaniya Edinboro Universitetinin professoru, Baron Fornes Kitabxanasının Fulbrayt proqramı üzrə məsləhətçisi xanım Dr. Andrea Vaymanı tədbir iştirakçılarına təqdim edib. O bildirib ki, xanım Vayman ABŞ səfirliyinin dəstəyi ilə Azərbaycanda fulbrayt tədiqiatçı kimi çalışır.

Sonra professor Andrea Vayman “Kitabxanaşünaslıq və informasiya təhsili sahəsində qlobal trendlər transformasiyalar” mövzusunda məruzə edib. Məruzə maraqla dinlənilib, məruzə ətrafında disskisiya və çıxışlar olub.

 

Bookmark and Share
© Bakı Dövlət Universiteti