Abuzər Xələfov 82

25/12/2013

Bu günlərdə BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının akademiki, “Şöhrət” ordenli, Prezident təqaüdçüsü, Azərbaycan Respublikasının Əməkdar elm xadmi,  Əməkdar mədəniyyət işçisi, Azərbaycan Kitabxanaçılar Cəmiyyətinin prezidenti, Bakı Dövlət Universiteti Kitabxanaşünaslıq kafedrasının müdiri, tarix elmləri doktoru, professor Abuzər Alı oğlu  Xələfovun 82 yaşı tamam oldu.

A.Xələfov Azərbaycanda kitabxanaşünaslıq elminin yaradıcısı, bu sahədə elmi məktəb yaratmış tanınmış alim, sevimli müəllim, bacarıqlı elm və təhsil təşkilatçısı, Vətənini və xalqını canından əziz bilən və Azərbaycan dövlətçiliyinə və mədəniyyətinə xidmət etməyi şərəf işi hesab edən əsl vətəndaş və ictimai xadimdir.

Əziz Abuzər müəllim, ad gününüzü təbrik edir, Sizə can sağlığı, daha böyük elmi nailiyyətlər arzu edirik.

Bookmark and Share
© Bakı Dövlət Universiteti