“ Azərbaycan ali məktəb kitabxabxanalarının informasiyalaşdırılmasının müasir vəziyyəti” mövzusunda RESPUBLİKA KONFRANSI
27/04/2010Bakı Dövlət Universiteti Kitabxanaşünaslıq kafedrasının nəzdində fəaliyyət göstərən “Kitabxanaların kompüterləşdirilməsi” Elmi Tədqiqat Laboratoriyası BDU-nun ELMİ KİTABXANASI“ ilə birlikdə Azərbaycan ali məktəb kitabxabxanalarının informasiyalaşdırılmasının müasir vəziyyəti” mövzusunda Respublika konfransı təşkil edir. Konfrans bütünlükdə ali məktəb kitabxanalarına, onların müasir fəaliyyətinə, kitabxanaların kompüterləşdirilməsi, proqram təminatı məsələlərinə həsr olunmuşdur.
Konfrans 1 may saat 10-da BDU-nun elmi kitabxanasının iclas zalında keçiriləcəkdir
Konfrans proqramı
Giriş sözü ilə Əməkdar elm xadimi , prof. A. A Xələfov –İnformasiya cəmiyyəti və kitabxana işi mövzusunda çıxış edəcək.
Məruzələr
1. Azərbaycan Ali məktəb kitabxanalarının informasiyalaşdırılması vəziyyəti və vəzifələrimiz. (Məruzəçi BDU-nun Elmi Kitabxanasının direktoru, Azərbaycan respublikasının Əməkdar Mədəniyyət işçisi S.İbrahimova)
2. Azərbaycan Ali Məktəb kitabxanalarının komüterləşdirilməsinin proqram təminatı Məruzəçi “kitabxanalarının komüterləşdirilməsi ETL”nın a.elmi işçisi, f.r.e.n. Məmmədov E.
3. Elektron Kitabxanaların yaradılması metodikası (“kitabxanalarının komüterləşdirilməsi ETL”nın k. Elmi işçisi Hüseynova A.)
Ali Məktəb kitabxanalarının informasiyalaşdırılmasının vəziyyəti haqqında məlumat verirlər:
- Azərbaycan Dillər Universiteti kitabxanasının direktoru Xələfova N.
- Politexnik Universitetinin kitabxanasının direktoru Xələfova N.
- Tibb Universiteti kitabxanasının direktoru Novruzov M.
