2 may 2013-cü ildə Kitabxanaçiliq-informasiya fakültəsində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş “Heydər Əliyev irsində kitab və kitabxana məsələləri” mövzusunda Respublika Elmi Konfransi keçirildi

02/05/2013

2 may 2013-cü ildə Kitabxanaçiliq-informasiya fakültəsində  Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş “Heydər Əliyev irsində kitab və kitabxana məsələləri” mövzusunda

Respublika Elmi Konfransi keçirildi

Plenar iclasda konfransı giriş sözü ilə prof. A. Kazımzadə açaraq Heydər Əliyevin həyatı və fəaliyyəti haqqında  ətraflı məlumat verdi. Sonar Əməkdar elm xadimi Kitabxanaşünaslıq kafedrasının müdiri prof. Abuzər Xələfov “Heydər Əliyev irsində kitab və kitabxana məsələləri” mövzusunda geniş məruzə etmişdir.

Kitabxana resursları və informasiya axtarış sistemləri bölməsinin iclası kafedra müdiri prof. X. İ. İsmayılovun sədirliyi ilə keçirildi. X. İsmayılov “Heydər Əliyev əsərlərinin Respublikada kitabxana resurslarının formalaşmasında rolu” mövzusunda çıxış etdi. Məruzədə Heydər Əliyev əsərlərinin nəşri haqqında, kitabxana fondlarının  bu nəşrlərlə zənginləşməsi və formalaşması haqqında geniş və ətraflı məlumat vermişdir.

Bölmə iclasında Kafedranın baş müəllimi S. Mustafayeva “Müasir dövrdə kataloqlaşdırmada yeniliklərin tətbiqi” mövzusunda məruzə ilə çıxış edərək kataloqlaşdırmada tətbiq olunan qaydalardan, müasir dövrdə biblioqrafik təsvirə dair nəşr edilən standartlardan, kitabxana təsnifatı sahəsində tətbiq edilən yeniliklərdən ətraflı bəhs etdi.

Kafedranın dosenti S. Xələfova “Azərbaycanda Elektron toplu kataloqun yaradılması” məruzəsi ilə çıxış etdi. Məruzədə Respublikanın kitabxanalarında elektron kataloqların yaradılması, onların proqram təminatı və digər məsələlər haqqında geniş danışdı.

Kafedranın baş müəllimi R. Qardaşov “Kitabxanaçılıq təhsilinə verilən müasir tələblər” mövzusunda ətraflı məruzə etdi.
Kafedranın müəllimi Z. Rzayeva “Respublika elmi kitabxanalarında informasiya axtarış sistemlərinin formalaşması mərhələləri və müasir vəziyyəti”, Kafedranın baş laborantı E. Gulaliyev “Müasir dövrdə kitabxanaların inkişafına təsir edən amillər” məruzələri ilə çıxış etdilər. Hər iki məruzədə mövzu haqqında ətraflı və geniş məlumat verildi.

Beləliklə, Ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr olunmuş elmi konfransın bölmə iclası uğurla başa çatdı.

 

Bookmark and Share
© Bakı Dövlət Universiteti