2015-ci ilin oktyabr ayının 8-də Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Prezident Kitabxanası “Türk xalqlarının kitab abidələri” adlı elektron kitabxanasının təqdimat mərasimi keçirilmişdir

08/10/2015

2015-ci ilin oktyabr ayının 8-də Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Prezident Kitabxanası “Türk xalqlarının kitab abidələri” adlı elektron kitabxanasının təqdimat mərasimi keçirilmişdir. Tədbirdə BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsindən “Kitabxanaşünaslıq” kafedrasının dosenti, Türk xalqlarının kitab və kitabxana mədəniyyəti sahəsində tədqiqatların müəllifi P.F.Kazımi iştirak edib. Təqdimat mərasimində Azərbaycanın görkəmli türkoloq alimləri-akademik N.Cəfərov, prof. M. Qasımlı və AMEA-nın Folklor və ədəbiyyat institutlarının nüfuzlu alimləri də iştirak edirdilər. Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Prezident Kitabxanasının direktoru Mayıl Əhmədovun verdiyi məlumata əsasən layihə üzərində aktiv iş bundan sonrada davam etdiriləcək və bu istiqamətdə mükəmməl bir resurs formalaşmasına nail olunacaqdır.

Bookmark and Share
© Bakı Dövlət Universiteti