Udduğu qrandlar

Udduğu qrandlar

  1. “Azərbaycanda kitabxana işinin inkişafı assosiasiyası” 1999-cu ildə Soros fondu, Açıq Cəmiyyət İnstitutunun dəstəyi ilə beynəlxalq əməkdaşlıq çərçivəsində dəyəri 20776450,00 AZN olan, Qrant № 292568949 udmuşdur. Layihə hesabına 14 sentyabr-29 sentyabr 1999-cu il tarixlərində beynəlxalq konfransın keçirilməsinə nail olunmuşdur
  2. 2001-ci ildə “Azərbaycanda kitabxana işinin inkişafı assosiasiyası” Avrasiya fondunun dəstəyi Cənubi Qafqazla əməkdaşlıq proqramı çərçivəsində «Региональный центр повыщения квалификации Кафказ» adlı layihə işləmişdir. 8 yanvar-7 fevral 2001-çi illəri əhatə edən, dəyəri 873 $ olan Qrant № C00-7001 udmuşdur.
  3. Layihənin davamı olaraq yenə 2001-ci ildə “Azərbaycanda kitabxana işinin inkişafı assosiasiyası” Avrasiya fondunun dəstəyi Cənubi Qafqazla əməkdaşlıq proqramı çərçivəsində «Региональный центр повыщения квалификации Кафказ» adlı layihə işləmişdir. 27 sentyabr 2001-26 sentyabr 2002-çi illəri əhatə edən, dəyəri 29,050 $ olan Qrant № C01-0007 udmuşdur. Layihənin reallaşmasıda fakültə müəllimlərindən İsmayılov Xəlil, İsmayılov Nadir, Məmmədov Əliyusif, Əhmədova Elmira, Hacıyeva Safura və b. Iştirak etmiş, layihə nətiçəsində BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsində 407 nömrəli otaq tam təmir edilmiş, kabelləşdirilmiş, texniki avadanlıqla (proyektor, kompüter, printer, faks, modem, HUB, komp. stolu, kreslo və s.) təmin edilmişdir.
  4. 2002-ci ildə “Azərbaycanda kitabxana işinin inkişafı assosiasiyası” “Корнеги центр” fondunun dəstəyi ilə Amerika Kitabxana Assosiasiyası ilə beynəlxalq əməkdaşlıq çərçivəsində layihə işləmişdir. 21 may-31 avqust 2002-ci il tarixini əhatə edən, Qrant № 17967074 udmuşdur. Layihə nəticəsində BDU-nun Elmi Kitabxanasına texniki avadanlıq (kompüter, printer, skaner, UPS), dəyəri 25000 $ olan universitetin profilinə uyğun 400 kitab və ARİEL proqramı alınmış, “Science Direct” bazasından istifadə üçün 1 illik abunə haqqı ödənmişdir.
Bookmark and Share
© Bakı Dövlət Universiteti