TƏSİSÇİ VƏ BAŞ REDAKTOR

Təsisçi və baş redaktordan

“Kitabxanaşünaslıq və biblioqrafiya” jurnalının ilk nömrəsi 1997-ci ildə işıq üzü görmüşdür. Belə bir jurnalı təsis etməkdə məqsədimiz Azərbaycanın müstəqilliyi şəraitində kitabxanaşünaslığın, biblioqrafiyaşünaslığın və kitabşünaslığın müasir problemlərinə aid yazılmış elmi-tədqiqat əsərlərini işıqlandırmaq, alim və mütəxəssislərimizin bu sahələrdə apardıqları elmi-təcrübi araşdırmaların nəticələrini geniş kitabxana ictimaiyyətinə çatdırmaq, ümumiyyətlə, bu istiqamətdə görülən uğurlu işləri jurnalımızın səhəfələrində əks etdirməkdir.

Nəşr olunduğu on iki il ərzində “Kitabxanaşünaslıq və biblioqrafiya” jurnalı Kitabxanaçılıq-infor¬masiya fakültəsinin professor-müəllim heyəti və tələbə kollektivi ilə yanaşı, bütövlükdə respublikamızda mədəniyyət, o cümlədən kitabçılıq, kitabxana işi, biblioqrafiya sahələrində çalışan mütəxəssislər üçün gərəkli vəsaitə çevrilmişdir.

“Kitabxanaşünaslıq və biblioqrafiya” jurnalının əhatə dairəsini elmi səviyyəsini daha da yüksəltmək üçün uyğun mövzularda yazan müəllifləri müasir dövrün tələblərinə cavab verən, yeni, orilinal məzmunlu elmi məqalələr üzərində işləməyə və redaksiya heyəri ilə sıx əməkdaşlığa çağırırıq.

professor X.İ.İsmayılov:
təsisçisi və baş redaktor,
Azərbaycanda Kitabxana İşinin
İnkişafı Assosiasiyasının prezidenti.

Bookmark and Share
© Bakı Dövlət Universiteti