TƏDRİS LABORATORİYASI

“Kitabxana fondu və kataloqlar” laboratoriyası

Labaratoriyamız 1978-ci ildə Kİtabxanaşünaslıq kafedrası nəzdində 156№-li əmrə əsasən yaradılmışdır. 1990-cı ildən Kitabxana fondu və kataloqların təşkili kafedrası yaradıldı labaratoriya kafedranin tərkibinə daxil edildi. Kitabxana resursları və informasiya axtarış sistemləri kafedrasının əsas tərkib bazası olan “Kitabxana fondu və kataloqlar” laboratoriyasında “Kitabxana kataloqları (təsvir və təsnifat)”, “Kitabxana fondu”, “Normativ-texniki sənədlərin təsviri və təsnifləşdirilməsi” və b. fənlər üzrə seminarlar keçilir. Laboratoriya tələbələri həmin fənlərə dair əyani vəsaitlə təmin edir, ixtisasa dair çıxan yeni ədəbiyyatları, dövrü mətbuatı və digər nəşrləri öz fondunda komplekləşdirir. Laboratoriya təkcə kitabxana resursları və informasiya axtarış sistemləri kafedrasının müəlimləri üçün deyil, eyni zamanda fakültənin bütün professor və müəllim heyətinin müxtəlif növ sənədlərə, dərslik və dərs vəsaitlərinin, proqram və digər tədris ədəbiyyatına olan tələbatını ödəməyə xidmət edir. Fakültənin bütün müəllimlərinin ixtisasa dair nəşr olunmuş əsərləri laboratoriyada öz əksini tapır və tələbələrin istifadəsinə verilir. Buraxılış işi, kurs işi, seminar məşğələlərinə hazırlıqda laboratoriya tələbələrə yaxından kömək göstərir. Tarixi və əlamətdar hadisələrlə əlaqədar laboratoriya vaxtaşırı sərgilər təşkil edir. Müasir dövrlə əlaqədar olaraq tələbələrin tam tələbatını ödəmək üçün laboratoriya kompüter avadanlıqları ilə yaxın zamanlarda təmin olunacaq və laboratoriya öz iş planını yeni üsulla quraraq tədris keyfiyyətini daha da yüksəldəcək. Laboratoriyanın müdiri Səfurə Cəlal qızı Hacıyevadır.

Bookmark and Share
© Bakı Dövlət Universiteti