SÜLEYMANOV RASİM İMAMQULU OĞLU
Bakı Dövlət Universiteti
Kitabşünaslıq və Nəşriyyat işi kafedrasının dosenti
filologiya üzrə fəlsəfə doktoru
Azərbaycan Respublikasının Qabaqcıl Təhsil işçisi
Telefon: 012 537-06-43
070 853-38-87
E-mail: rasim.s@gmail.com
QISA BİOQRAFİK MƏLUMAT
(17.09.1948, Tər-tər rayonu Düyərli kəndində ziyalı ailəsində) pedaqoq, kitabşünas, filologiya üzrə fəlsəfə doktoru (1991), dosent (1994).
1957-1966-cı illərdə Şuşa şəhər 2 nömrəli internat məktəbində və Tər-tər şəhər 2 nömrəli tam orta məktəbdə təhsil almışdır. Müxtəlif illərdə Tər-tər rayon kənd təsərrüfatı texnikası birliyində, Bakıda neft maşınqayırma zavodunda çilingər (1967-1968) işləmiş, ordu sıralarında xidmət etmişdir (1968-1970).
1970-1975-ci illərdə BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsində Kitabşünaslıq ixtisası üzrə təhsil almış, universiteti Fərqlənmə diplomu ilə bitirmişdir. Dövlət Mətbuat Komitəsi sistemində abunə nəşrləri üzrə əmtəəşünas, baş əmtəəşünas işləmişdir (1975-1977). Bakı Dövlət Universitetinin aspiranturasında əyani təhsil almışdır (1977-1980). 1980-ci ildən Bakı Dövlət Universitetində müəllim, baş müəllim, dosent vəzifəsində işləmişdir. 1991-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunda (indiki Bakı Slavyan Universiteti) “Rus bədii ədəbiyyatının Azərbaycanda nəşri məsələləri” (1920-1970-cı illər) mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır.
1994-cü ildən Bakı Dövlət Universitetinin tədris işləri üzrə birinci prorektorun müavini, eyni zamanda universitetin Magistratura bölməsinin rəhbəri və rektorun köməkçisi işləmişdir (1996-1999-cu illər).
Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsində “Kitab tarixi”, “Azərbaycan kitabşünaslığı”, “Bədii ədəbiyyatın biblioqrafiyası”, “Kitab yayımı və elektron kitab ticarəti” fənlərindən mühazirə və seminar dərsləri aparmış, diplom işlərinə, magistr dissertasiyalarına rəhbərlik etmişdir. Eyni zamanda Bakı Dövlət Universitetinin “Filologiya”, “Beynəlxalq münasibətlər və hüquq” və “İlahiyyat” fakültələrində Türk xalqları ədəbiyyatı fənnindən mühazirələr aparmışdır.
1999-2003-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası rektorunun məsləhətçisi və Böyük Elmi Şuranın məsul katibi vəzifələrini yerinə yetirmişdir. Burada palitologiya, hüquqşünaslıq, beynəlxalq münasibətlər, inzibati idarəetmə, Dövlət və Bələdiyyə İdarəetməsi ixtisasları üzrə bakalavr pilləsində “Nitq mədəniyyəti”, Magistratura pilləsində isə “Ali Məktəb Pedaqogikası” fənlərindən mühazirələr aparmış, buraxılış və dissertasiya işlərinə rəhbərlik etmişdir.
1985-1988-ci illərdə Moskva İ.Fyodorov adına Dövlət Mətbuat Universitetində ixtisasartırmada olmuşdur.
2003-2013-cü illərdə Azərbaycan Respublikası Təhsil Nazirinin köməkçisi və Kollegiyanın katibi vəzifələrində fəaliyyət göstərmişdir. Ona 2011-ci ildə dövlət qulluğunun müşaviri ixtisas dərəcəsi verilmişdir.
2015-ci ildən Kitabşünaslıq və Redaktor sənəti Elmi-nəzəri və təcrübi-metodik jurnalın redaktorudur.
On dörd kitabın və yetmişdən çox elmi məqalənin müəllifidir. Bir sıra elmi məqalələri Türkiyə Cümhuriyyətində nəşr olunmuşdur. “Heydər Əliyev və Azərbaycanın kitab mədəniyyəti” mövzusunda monoqrafiyası çapa təqdim edilmişdir.
Rusiya, Türkiyə, İspaniya, Belarus Respublikası, Litva Respublikası, Ukrayna, İran və Gürcüstan Respublikalarında beynəlxalq elmi konfranslarda fəal iştirak etmişdir. 2003-cü ildə Kiyev şəhərində Ulu öndər Heydər Əliyevin 80 illik yubileyinə həsr olunmuş beynəlxalq konfransda məruzə ilə çıxış etmişdir.
1985-ci ildə Yuri Qaqarin adına “Ulduzlu bayraq” döş nişanı, 1988-ci ildə isə tələbə dəstələrində fəal işinə görə Ümumittifaq Gənclər Təşkilatının döş nişanı ilə təltif edilmişdir.
Bakı Dövlət Universitetində uzun müddət səmərəli elmi-pedaqoji fəaliyyətinə görə və universitetin 75 illik yubileyi münasibəti ilə “Xatirə Medalı” (1994) və Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Azərbaycan Respublikasının Qabaqcıl Təhsil İşçisi” döş nişanı (2008) ilə təltif olunmuşdur.
TƏDQİQAT SAHƏSİ
- Ulu Öndər Heydər Əliyevin zəngin irsinin nəşri məsələləri və onun təbliği
- Heydər Əliyev Fondunun Qarabağ həqiqətləri haqqında nəşrlərinin beynəlxalq əhəmiyyəti
- Kitabşünaslığın müasir problemlərinin tədqiqi. Kitab yayımı və elektron kitab ticarəti
BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI
1. Ulu Öndər Heydər Əliyevin anadan olmasının 80 illik yubileyi ilə əlaqədar Kiyev şəhərində keçirilən Beynəlxalq konfrans/ Kiyev, 12-13 aprel 2003-cü il.
2. Heydər Əliyev və Azərbaycanın kitab mədəniyyəti: Azərbaycan kitabxanaçılarının ümumrespublika müşavirəsi / Bakı: 20 dekabr 2012-ci il
3. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyası, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Azərbycan Milli Kitabxanası ilə birlikdə təşkil etdiyi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev və kitab” adlı elmi konfrans / Bakı, 07 may 2014-cü il
4. Azərbaycan Respublikası Təhsil Nazirliyi Sumqayıt Dövlət Universiteti və Azərbaycan Milli Kitabxanasının Milli Qurtuluş gününə həsr olunmuş “Ulu Öndər Heydər Əliyevin Azərbaycan Milli Kitabxanasına hədiyyə etdiyi şəxsi kitabları tələbələrin gözündə” adlı Sərgi-konfrans / Bakı, 13 iyun 2014-cü il
5. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev irsində kitab və kitabxana məsələləri” mövzusunda respublika elmi konfrans / Bakı, 08 may 2014-cü il
6. Ümummilli Lider Heydər Əliyevin zəngin irsinin məktəblilər və yeniyetmələr arasında öyrədilməsinin mühüm əhəmiyyəti və rolu “Ümummilli lideri Heydər Əliyevin 92-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda elmi-bədii konfrans / Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Laçın rayon Mədəniyyət və Turizm şöbəsi, Laçın rayon 1 saylı musiqi məktəbi və BDU-nun Kitabşünaslıq və nəşriyyat işi kafedrası, 2015-ci il aprel.
7. “Heydər Əliyev irsinin öyrənilməsində kitabın rolu və əhəmiyyəti” Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş Respublika elmi konfrans / 7 may 2015-ci il
8. Ulu Öndər Heydər Əliyev və Azərbaycanın kitab mədəniyyəti. Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Ulu Öndər Heydər Əliyevin Azərbaycan Milli Kitabxanasına Hədiyyə etdiyi şəxsi kitabları” mövzusunda konfrans /Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Kitabxanası, BDU-nun Kitabşünaslıq və Nəşriyyat işi kafedrası, Akademik Zərifə Əliyeva adına lisey / Bakı, 07 dekabr 2016-cı il
9. Ulu Öndər Heydər Əliyev və Azərbaycanın kitab mədəniyyəti/ Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Ulu Öndər Heydər Əliyevin Azərbaycan Milli Kitabxanasına Hədiyyə etdiyi şəxsi kitabları” mövzusunda konfrans / Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Kitabxanası / Bakı, 04 may 2016-cı il
10. “Heydər Əliyev və Azərbaycanın kitab mədəniyyəti” / Məruzə / 08 dekabr 2016 / “Ulu öndər Heydər Əliyevin Azərbaycan Milli Kitabxanasına hədiyyə etdiyi şəxsi kitabları” mövzusunda Respublika Sərgi-Konfransı
11. Heydər Əliyev Fondunun Qarabağ həqiqətləri haqqında nəşrlərinin beynəlxalq əhəmiyyəti./ “İnformasiyalaşdırılmış cəmiyyət şəraitində Azərbaycanda kitabşünaslığın müasir problemləri” mövzusunda elmi konfrans/ Bakı, 2016.
12. “Ulu öndər Heydər Əliyevin zəngin irsinin öyrənilməsində kitabların əhəmiyyəti və rolu”/ “Ulu öndər Heydər Əliyevin Azərbaycan Milli Kitabxanasına hədiyyə etdiyi şəxsi kitabları” mövzusunda Respublika Sərgi-Konfransı /28 aprel 2017
13. Ulu öndər Heydər Əliyevin “Allahın yolunda bir olaq” kitabında islami dəyərlər. “İslam həmrəyliyi-2017”: Reallıqlar və perspektivlər. Respublika elmi metodik konfrans/ Bakı, 2017
14. Heydər Əliyev müasir Azərbaycan təhsilinin qurucusudur. / Ulu Öndər Heydər Əliyevin 94-cü ildönümünə həsr olunmuş Respublika Elmi Konfransı / Bakı, 10 may 2017
15. “Heydər Əliyev: Şəxsiyyət və zaman” çoxcildliyinin Ulu Öndərin zəngin irsinin öyrənilməsində rolu / Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş Beynəlxalq Elmi konfrans / Bakı, 04 may 2018-ci il
ELMİ ƏSƏRLƏRİ
1. Azərbaycanda rus bədii ədəbiyyatının nəşri 1920-1970-ci illər // Monoqrafiya: Azərbaycan, rus dilində / Monoqrafiya: Elmi redaktoru: prof. Aqil Hacıyev; red. Knyaz Aslan / Bakı: Çap. Art nəşriyyatı: 2015 - 320 s.
2. Abid Tahirli: /Filologiya elmləri doktoru, ədəbiyyatşünas alim Abid Həmid oğlu Tahirlinin 60 illiyi münasibəti ilə. / Biblioqrafik göstərici (1979-2015-ci illər) / Elmi redaktoru: Knyaz Aslan / Bakı: Elm və təhsil -2015/ - 238 s.
3. Azərbaycanda rus bədii ədəbiyyatının nəşri / 1920-1970-ci illər // filologiya elmləri namizədi elmi dərəcəsi almaq üçün / Avtoreferat / Bakı Universitetinin nəşriyyatı. - 1991 - 25 s.
4. Kitab ticarətinin təşkili və iqtisadiyyatı: / Proqram / Bakı Universitetinin nəşriyyatı. - 1995 - 21 s.
5. Murtuz Ələsgərov / Azərbaycannın elm və mədəniyyət xadimləri: / Biblioqrafiya: / M.N.Ələsgərovun həyatı, elmi pedaqoji və ictimai fəaliyyəti haqqında oçerk / Kitab / Elmi redaktoru: prof. Z.Əliyev (Azərbaycan rus, ingilis dillərində) Bakı Azərbaycan. - 1995 - 145 s.
6. UNESCO-Azərbaycan: Gələcəyə körpü: / Beynəlxalq konfransın materiaları: A.Axundov ilə birlikdə (Azərb, rus, ingilis dillərində) / Bakı, 24-25 avqust 2005-ci il / Kitab / Bakı: Təhsil - 2005 - 160 s.
7. Nəşriyyat-poliqrafiya fəaliyyətinin menecment və marketinqi / Proqram / Knyaz Aslan və S.Quliyeva / Magistr hazırlığı üçün: Azərbaycan Respublikası Təhsil Nazirinin 667 nömrəli 10.06.2015-ci il tarixli əmri ilə nəşr hüququ (qrif) verilmişdir. / BDU-nun nəşri 2015 - 16 s.
8. Azərbaycan kitabşünaslığı / Proqram / Knyaz Aslan / BDU-nun nəşri 2015: Bakalavr hazırlığı üçün: Azərbaycan Respublikası Təhsil Nazirinin 667 nömrəli 10.06.2015-ci il tarixli əmri ilə nəşr hüququ (qrif) verilmişdir. - 28 s.
9. Azərbaycan kitabşünaslığı. Dərs vəsaiti / Knyaz Aslanla birlikdə / : Azərbaycan Respublikası Təhsil Nazirinin 665 nömrəli 10.06.2015-ci il tarixli əmri ilə nəşr hüququ (qrif) verilmişdir. / BDU-nun nəşri 2015- 295 s.
10. Ulu Öndər Heydər Əliyevin Kitab və Kitab nəşri haqqında müdrik fikirləri. Bakı Dövlət Universitetinin Kitabşünaslıq və nəşriyyat işi kafedrasının 19.02.2016-cı il tarixli iclasının qərarına (protokol №9) əsasən çap olunur. Layihənin rəhbəri Knyaz Aslan, redaktoru Əliş Mirzalı - Bakı, Mütərcim, 2016 - 72 s.
11. “Ulu öndər Heydər Əliyevin Azərbaycan Milli Kitabxanasına hədiyyə etdiyi şəxsi kitabları” mövzusunda sərgi-konfransın materialları. Tər-tər şəhəri, 18-19 aprel / Layihənin rəhbəri: Müstəqim Məmmədov. Bakı, Mütərcim, 2016 - 84 s.
12. Heydər Əliyev və Azərbaycanın kitab mədəniyyəti: /Monoqrafiya / Çapa təqdim olunmuşdur. 20 ç.v.
13. Kitab yayımı və elektron ticarət / Bakalavriatura səviyyəsi üçün / Proqram / Red.: Knyaz Aslan, rəyçilər: fil.e.d. Əliağa Cəfərov, fil.f.d. Şəhla Quliyeva, fil.f.d. Ələmdar Bayramov / Bakı Universitetinin nəşriyyatı, 2017, - 23 S.
14. Kitab yayımı və elektron ticarət /Metodik göstəriş / Red.: Knyaz Aslan, rəyçilər: fil.e.d. Əliağa Cəfərov, fil.f.d. Şəhla Quliyeva, fil.f.d. Ələmdar Bayramov / Bakı Universitetinin nəşriyyatı, 2017, - 34 S.
15. L.N.Tolstoyun əsərləri Azərbaycan dilində / Məqalə / ADU-nun elmi əsərləri: Kitabxanaşünaslıq və biblioqrafiya seriyası – 1978, №1, - s. 51-57
16. A.M.Qorkinin əsərləri Azərbaycan dilində / Məqalə / ADU-nun elmi əsərləri: Kitabxanaşünaslıq və biblioqrafiya ser. 1979. №1. - s. 26-32
17. Azərbaycanda rus bədii ədəbiyyatının nəşri məsələləri /Azərbaycan ali məktəb aspirantlarının II respublika elmi konfrasının tezisləri. / Tezis / Bakı, 1979 - s.134
18. Böyük rus şairi A.S.Puşkinin əsərləri Azərbaycan dilində/ Azərbaycan ali məktəb aspirantlarının III elmi konfransının materialları. / Məqalə / Bakı, ADU-nun nəşri, 1981. / s. 343-349
19. Klassik rus ədəbiyyatının Azərbaycanda nəşri problemləri /Azərbaycan ali məktəb aspirantlarının VII Respublika elmi konfrasının materiları. / Tezis / Bakı. (Azərbaycan Dövlət Pedoqoji İnstitutunun APİ-nin nəşri) 1988. - s. 139
20. Müasir mərhələdə rus bədii ədəbiyyatı Azərbaycan biblioqrafiyasında / Məqalə / Müasir mərhələdə Azərbaycanda biblioqrafiya işi məsələləri (Elmi əsərlərin toplusu). Bakı. ADU, 1982 - s. 137-144
21. Sumqayıt şəhər mərkəzləşdirilmiş kitabxana sistemində oxuculara biblioqrafik xidmətin əsas istiqamətləri. / Məqalə / Elmi əsərlərin mövzu məcmuəsi. Bakı, ADU,1989 - s. 64-71
22. Doqquzuncu beşillikdə rus bədii ədəbiyyatının Azərbaycanda nəşri və biblioqrafiyalaşdırılması / Məqalə / 1988-ci ildə Azərbaycan Dövlət Universitetində yerinə yetirilmiş elmi-tədqiqat işlərinin yekununa həsr edilmiş elmi konfransın materialları: Bakı ADU-nun nəşriyyatı, 1989 - s. 12
23. Yenidənqurma və Azərbaycanda rus bədii ədəbiyyatının nəşri məsələləri / Məqalə / Azərbaycanda bibliqorafiyaşünaslıq və kitabşünaslığın nailiyyətləri // Elmi əsərlərin mövzu məcmuəsi. Bakı, ADU, 1990 - s.69-75
24. Azərbaycanda rus bədii ədəbiyyatının nəşri (1920-1970-ci illər) / Məqalə / Elmi əsərlərin mövzu məcmuəsi. Bakı, ADU, 1991 - s.71 -77
25. Müasir mərhələdə Azərbaycanda kitabşünaslığın inkişaf istiqamətləri / Məqalə / Elmi əsərlərin mövzu məcmuəsi. Bakı, ADU,1994. №1. - s.32-37
26. Görkəmli hüquqşünas / Murtuz Ələsgərov haqqında / Məqalə / Yeni Azərbaycan. 1995, 28 oktyabr - s. 1,2
27. Görkəmli hüquqşünas / Murtuz Ələsgərov haqqında / Məqalə / Xalq kimə səs verəcək // Bakı Universiteti. -1995. 7 noyabr. - s. 1,2
28. Türk ədəbiyyatının rus dilinə tərcümə məsələləri /Böyük gələcək / Məqalə / Böyük gələcək. / Elmi məcmuə: - Türkiyə: 1997. №1 - s. 20-22
29. Türk ədəbiyyatının rus dilinə tərcümə məsələləri /Böyük gələcək / Məqalə / Böyük gələcək. / Elmi məcmuə: - Türkiyə: 1997. №2 - s. 16-18
30. Türk ədəbiyyatı rus dilində / Tərcümə tarixi və nəşri məsələləri / Məqalə / Avrasiya. -1997.-11 may - s. 1-2
31. Mənim tənha söyüdüm / Kitaba Ön söz / BDU-nun nəşriyyatı. 1997-ci il / s.3-5
32. Çoxpilləli təhsil sistemində magistratura pilləsinin əhəmiyyəti / Məqalə / “Çoxpilləli təhsil sistemində magistratura pilləsi” mövzusunda elmi konfransın materialları. – Bakı, 1998 - s. 18-23
33. Qəhrəman Tər-tər: I kitab: / Fərman Tərtərli; - 282 s. / Ön söz / Bakı, Ozan nəşriyyatı: 2000; Redaktoru: Eldar Əliyev - s. 4-7
34. Azərbaycan Respublikasının Prezidenti Möhtərəm Heydər Əliyevin “Təhsil sistemimiz müstəqil Azərbaycanın gələcək inkişafını təmin etməlidir” konsepsiyası / Məruzə / Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev cənablarının anadan olmasının 80 illiyinə həsr olunmuş Beynəlxalq elmi-təcrübi konfransın materialları: - Kiyev, Beynəlxalq Əlaqələr İnstitutu, 15-16 aprel 2003-cü il /
35. Unudulmaz müəllim //Millət vəkili, professor Şamil Qurbanov haqqında/ Məqalə/Ləkəsiz bir vicdan, böyük bir ürək - BDU-nun kaf.müd.prof. Ş.Qurbanov. Bakı. Nurlan, 2005. - s. 143-145
36. Böyük sənətkar. Musiqişünas Qasım Qasımov haqqında / Məqalə / El sənətkarı: Qasım Qasımov. -Bakı, Zərdabi LTD, 2012 - s. 80-83
37. Heydər Əliyev və Azərbaycanın kitab mədəniyyəti: Azərbaycan kitabxanaçılarının ümumrespublika müşavirəsində məruzə: / Məqalə / Bakı: 20 dekabr 2012 - s. 8-13
38. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş “Heydər Əliyev irsində kitab və kitabxana məsələləri” mövzusunda respublika elmi konfransının tezisləri / Tezis / Bakı: BDU-nun nəşri – 2012 - s. 28-30
39. Azərbaycanda kitab nəşrinin inkişaf tarixində Heydər Əliyev mərhələsi / Məqalə / Kitabşünaslıq və nəşriyyat işi: Elmi, nəzəri və təcrübi jurnal: Bakı. 2014, №1... - s. 20-33
40. Heydər Əliyev Fondu tərəfindən hazırlanmış fundamental nəşrlər müstəqil Azərbaycanın tərəqqisinə xidmət edir. / Məqalə / Bizim söz, 25.XII 2013 - s. 9
41. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyası, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Azərbycan Milli Kitabxanası ilə birlikdə təşkil etdiyi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev və kitab” adlı elmi konfransın materialları / Məruzə / Ulu Öndər Heydər Əliyev və Azərbaycanın kitab mədəniyyəti: / - Bakı, 07 may 2014-cü il - s. 2
42. Azərbaycan Respublikası Təhsil Nazirliyi Sumqayıt Dövlət Universiteti və Azərbaycan Milli Kitabxanasının Milli Qurtuluş gününə həsr olunmuş “Ulu Öndər Heydər Əliyevin Azərbaycan Milli Kitabxanasına hədiyyə etdiyi şəxsi kitabları tələbələrin gözündə” adlı Sərgi-konfransın materialları / Məruzə / Ulu Öndər Heydər Əliyev və kitab: / -Bakı, 13 iyun 2014-cü il - s. 2
43. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev irsində kitab və kitabxana məsələləri” mövzusunda respublika elmi konfransının materialları / Məruzə / Heydər Əliyev və Müstəqil Azərbaycanda milli dərslik və dərs vəsaitlərinin hazırlanması və nəşri məsələləri: / Bakı, 08 may 2014-cü il - s. 3
44. Ulu Öndər Heydər Əliyev və kitab / Məqalə / Respublika, 2014 26 aprel / s. 8
45. Heydər Əliyev və müstəqil Azərbaycanda milli dərsliklər və dərs vəsaitlərinin hazırlanması və nəşri məsələləri. / Məqalə / Kitabşünaslıq və nəşriyyat işi: Elmi, nəzəri və təcrübi jurnal: Bakı. 2014, №2...- s. 10-16
46. Ulu Öndər Heydər Əliyev və Azərbaycan kitabının inkişaf mərhələləri / Məqalə / Kitabxana – informasiya və nəşriyyat fəaliyyətinin müasir problemləri: / mövzusunda Respublika Elmi Konfransının materialları: - Bakı, 25 dekabr 2014-cü il - s. 38-45
47. Heydər Əliyev Fondu tərəfindən hazırlanmış fundamental nəşrlər müstəqil Azərbaycanın tərəqqisinə xidmət edir / Məqalə / Kitabşünaslıq və nəşriyyat işi: Elmi nəzəri və təcrübi jurnal: Bakı. 2015 № 1 - s. 25-38
48. Ümummilli Lider Heydər Əliyevin zəngin irsinin məktəblilər və yeniyetmələr arasında öyrədilməsinin mühüm əhəmiyyəti və rolu “Ümummilli lideri Heydər Əliyevin 92-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda elmi bədii konfrans / Məruzə / Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Laçın rayon Mədəniyyət və Turizm şöbəsi, Laçın rayon 1 saylı musiqi məktəbi və BDU-nun Kitabşünaslıq və nəşriyyat işi kafedrası – 2015 - s. 2
49. “Heydər Əliyev irsinin öyrənilməsində kitabın rolu və əhəmiyyəti” Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş Respublika elmi konfransı 7 may 2015-ci il / Məqalə / Müasir dövrdə kitabxana, informasiya və kitabşünaslığın problemləri: Bakı Universitetinin nəşriyyatı, 2015 - s. 50-55
50. Ulu Öndər Heydər Əliyevin irsinin öyrənilməsində kitabların əhəmiyyəti və rolu / Məqalə / Dil və Ədəbiyyat: Beynəlxalq elm nəzəri jurnal / 1(93); Bakı, 2015-s.332-335
51. Heydər Əliyev Fondu və Azərbaycan kitab nəşrinin əsas istiqamətləri / Məqalə / Kitabxanaşünaslıq və biblioqrafiya: Elmi-nəzəri, metodik və təcrübi jurnal, Bakı: BDU-nun nəşri: 2015, № 1 - s.81-91
52. Heydər Əliyev Fondu və Azərbaycanda kitab nəşrinin inkişaf istiqamətləri / Məqalə / Kitabxanaşünaslıq və biblioqrafiya: Elmi-nəzəri metodik və təcrübi jurnal, Bakı: 2015, № 2 - s. 74-90
53. Alim dostum haqqında gördüklərim, bildiklərim və eşitdiklərim / Məqalə / Xəlil İsmayılov 70 / Şərəfli ömrün elm və təhsil naxışları. Redaktoru: Knyaz Aslan , Bakı: 2015 -192 s. - s. 79-82
54. Heydər Əliyevin Kitab nəşri haqqında müdrik fikirləri. / Məqalə /Kitabşünaslıq və redaktor sənəti. Elmi-nəzəri və təcrübi-metodik jurnal / Baş red.: Knyaz Aslan, red.: Rasim Süleymanov / 2015, № 1(1), “Mütərcim”, səh.13-18
55. Heydər Əliyev Fondunun Qarabağ həqiqətləri mövzusunda nəşr etdiyi kitabların beynəlxalq əhəmiyyəti / Tezis / Bakı Dövlət Universiteti Elmi konfransın materialları. Bakı: 29 dekabr 2015-ci il: - Bakı: 2016 – 230 s. - s.190-192
56. Ulu Öndər Heydər Əliyev və Azərbaycanın kitab mədəniyyəti/ Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Ulu Öndər Heydər Əliyevin Azərbaycan Milli Kitabxanasına Hədiyyə etdiyi şəxsi kitabları” mövzusunda konfransın materialları / Məqalə / Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Kitabxanası Bakı, 04 may 2016-cı il - s. 11-18
57. Ulu öndər Heydər Əliyevin zəngin irsinin öyrənilməsində kitabların əhəmiyyəti və rolu / Məqalə / Sənət Akademiyası: /Elmi-nəzəri jurnal. - № 2(2)-2016 - s. 98-105 / Redaktoru Timuçin Əfəndiyev
58. Heydər Əliyev Fondunun Qarabağ həqiqətləri haqqında nəşrlərinin beynəlxalq əhəmiyyəti / Məqalə / “İnformasiyalaşdırılmış cəmiyyət şəraitində Azərbaycanda kitabşünaslığın müasir problemləri” mövzusunda elmi konfransın materialları. – Bakı, 2016 - S. 57-61
59. Ulu Öndər Heydər Əliyev və Azərbaycanın kitab mədəniyyəti. Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Ulu Öndər Heydər Əliyevin Azərbaycan Milli Kitabxanasına Hədiyyə etdiyi şəxsi kitabları” mövzusunda konfransın materialları/Məruzə/Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Kitabxanası, BDU-nun Kitabşünaslıq və Nəşriyyat işi kafedrası, Akademik Zərifə Əliyeva adına lisey Bakı, 07 dekabr 2016-cı il – S. 2.
60. Heydər Əliyev Fondunun Qarabağ həqiqətləri haqqında nəşrlərinin beynəlxalq əhəmiyyəti. / Məqalə / Kitabşünaslıq və redaktor sənəti. Elmi-nəzəri və təcrübi-metodik jurnal / Baş red.: Knyaz Aslan, red.: Rasim Süleymanov / 2016, № 1(2), “Mütərcim”, S.21-38
61. Heydər Əliyevin dərslik siyasəti və müasir mərhələdə onun tarixi əhəmiyyəti. / Məqalə / Kitabşünaslıq və redaktor sənəti. Elmi-nəzəri və təcrübi-metodik jurnal / Baş red.: Knyaz Aslan, red.: Rasim Süleymanov / 2016, № 2(3), “Mütərcim”, S.17-32
62. “Heydər Əliyev və Azərbaycanın kitab mədəniyyəti” / Məruzə / 08 dekabr 2016 / “Ulu öndər Heydər Əliyevin Azərbaycan Milli Kitabxanasına hədiyyə etdiyi şəxsi kitabları” mövzusunda Respublika Sərgi-Konfransı
63. “Ulu öndər Heydər Əliyevin zəngin irsinin öyrənilməsində kitabların əhəmiyyəti və rolu” / Məruzə / 28 aprel 2017/“Ulu öndər Heydər Əliyevin Azərbaycan Milli Kitabxanasına hədiyyə etdiyi şəxsi kitabları” mövzusunda Respublika Sərgi-Konfransı
64. Heydər Əliyev Fondunun Qarabağ həqiqətləri haqqında nəşrlərinin beynəlxalq əhəmiyyəti. /Məqalə / “İnformasiyalaşdırılmış cəmiyyət şəraitində Azərbaycanda kitabşünaslığın müasir problemləri” mövzusunda elmi konfransın materialları / Bakı, 2016. S. 57-61 /
65. Ulu öndər Heydər Əliyevin “Allahın yolunda bir olaq” kitabında islami dəyərlər. Məqalə. “İslam həmrəyliyi – 2017”: Reallıqlar və perspektivlər. Respublika elmi metodik konfransın materialları. Bakı Universitetinin nəşriyyatı: - 2017. S. 24-27
66. Ulu öndər Heydər Əliyevin zəngin irsinin öyrənilməsində kitabların rolu. Məqalə. Kitabxanaşünaslıq və informasiya. Elmi-nəzəri və praktiki jurnal. № 1(22). Bakı, 2017. S. 39-49
67. Heydər Əliyev müasir Azərbaycan təhsilinin qurucusudur. /Tezis/ Ulu Öndər Heydər Əliyevin 94-cü ildönümünə həsr olunmuş Respublika Elmi Konfransının materialları / Bakı: Mütərcim nəşriyyatı: 10 may 2017. S.81-85
68. “İLHAM ƏLİYEV: İNKİŞAF – MƏQSƏDİMİZDİR” çoxcildliyinin tarixi əhəmiyyəti və kitabşünaslıq baxımından təhlili. /Respublika Elmi Konfransının materialları: 20 dekabr 2017-ci il / Bakı, 2017, s. 98-100
69. “Heydər Əliyev: şəxsiyyət və zaman” çoxcildli kitabın nəşri məsələləri. /Məqalə/ Kitabşünaslıq və redaktor sənəti. Elmi-nəzəri və təcrübi-metodik jurnal / 2018, №1(6), S.22-34
70. “Heydər Əliyev: şəxsiyyət və zaman” çoxcildli kitabın nəşri məsələləri. /Tezis/ “Kitabxana-informasiya fəaliyyətində innovasiyalar və fənlərarası inteqrasiya” mövzusunda Beynəlxalq Elmi Konfransın materialları /Bakı, 4 may 2018/ Bakı-Mütərcim, 2018, s. 124-127
71. Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi ilə əlaqədar “Azərbaycanın özü qədər əbədi olan şəxsiyyət” adlı kitab sərgisinin açılış mərasimi /Məruzə/ 4 may, 2018 / M.F.Axundov adına Milli Kitabxana
72. Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş “Azərkitab kitab təbliğatı mərkəzi” tərəfindən keçirilən kitab festivalı /Məruzə/ 9 may 2012
73. M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının hazırladığı Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevə həsr olunmuş “Heydər Əliyev. Biblioqrafiya” kitabının və eyniadlı Elektron məlumat bazasının təqdimat mərasimi /Məruzə/ 11 may 2018
74. Azərbaycan Milli Kitabxanasının 95 illik yubileyi münasibətilə keçirilən Respublika Elmi konfransında məruzə: - 23 may 2018
75. Əlimərdan bəy Topçubaşov: İstanbulda Diplomatik görüşlər (1918-1919): kitabının təqdimatı. / Azərbaycan Kitab Təbliğatı Mərkəzi: / 24 may 2018-ci il
76. İlhamla irəli: Azərbaycan 2018-2025. Yeni hədəflər: Respublika Konfransı: Məruzə - 05 aprel 2018-ci il
77. Bakı Dövlət Universitetinin Kitabşünaslıq və Nəşriyyat işi kafedrasının doktorantı Səfərova Sevda Elman qızının 3356.01 – Kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq ixtisasından tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Müstəqillik illərində Azərbaycanda dərsliklərin nəşri təhsil islahatlarının əsas amili kimi (1991-2011-ci illər)” mövzusunda dissertasiya işinə rəy. – Bakı: 08 iyun 2018-ci il
