Dos: Azad İsa oğlu Qurbanov

 


 

Fizika-riyaziyyat elmləri namizədi, “Kitabxanaçılıq informasiya”
fakültəsinin dekanı,"Kitabxanaşünaslıq"
kafedrasının dosenti
e-mail: azadbey@mail.ru






QISA BİOQRAFİK MƏLUMAT

26.06.1966 tarixdə Göyçə mahalının (Ermənistan) Cil kəndində anadan olmuşdur.
1973-1983-cü illərdə Bakı şəhərindəki 45 saylı orta məktəbdə oxumuşdur.
1983-1991-ci illərdə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində təhsil almışdır.
1992-1995-ci illərdə isə Azərbaycan Dövlət Neft Akademiyasında aspiranturada təhsil almışdır.
1997-ci ildə "Maye, qaz və plazma mexanikası" ixtisası üzrə namizədlik dissertasiyası müdafiə etmişdir.
Fizika-riyaziyyat elmləri namizədidir. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissasiyasının
06.04.2004-cü il tarili qərarı ilə ona dosent elmi adı verilmişdir. 30-dan artıq elmi əsərin, o cümlədən ali mətəb tələbələri üçün 10 kitabın, 6 tədris proqramının müəlifidir.
İran, Almaniya, Türkiyə, İoradniya, Rusiya, Özbəkistan və digər ölkələrdə keçirilmiş bir sıra Beynəlxalq elmi konfaranslarda iştrak etmişdir.
Əmək fəaliyyətinə hələ tələbə olarkən başlamış, 1987-1991-ci illərdə Bakı Dövlət Universitetinin Hesablama mərkəzində texnik, 1995-1999 -cu illərdə BDU-nun "Tətbiqi-riyaziyyat"
Elmi Tədqiqat İnstitutunda elmi işçi, 1999-2000 ci illərdə BDU-da aparıcı elmi işçi, kompüter mərkəzində şöbə müdiri, 2000-2001-ci illərdə "İnformatika" kafedrasında müəllim,
2001-2012-ci illərdə "İnformatika" kafedrasında dosent vəzifələrində işləmişdir. Hal-hazırda “Kitabxanaçılıq informasiya” fakültəsinin dekanı və “Kitabxanaşünaslıq” kafedrasının dosenti vəzifəsində çalışır.
2002-ci ildə Fransa Respublikasinin Nitsa "Sofiya-Antipolis" Universitetində ixtisasartırma kursu kecmişdir.
Ailəlidir, iki övladı var.

TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
1991-ci ildə BDU-nun "Mexanika -riyaziyyat" fakültəsini bitirmişdir.
1997-ci ildə "Mürəkkəb reoloji mühitin gərginlik-deformasiya halının mayenin süzülməsinə təsirinin tədqiqi" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.

ƏMƏK FƏALİYYƏTİ
1987-1991-ci illərdə Bakı Dövlət Universitetinin Hesablama mərkəzində texnik,
1995-1999 -cu illərdə BDU-nun "Tətbiqi-riyaziyyat" Elmi Tədqiqat İnstitutunda elmi işçi,
1999-2000 ci illərdə BDU-da aparıcı elmi işçi, kompüter mərkəzində şöbə müdiri,
2000-2001-ci illərdə "İnformatika" kafedrasında müəllim,
2001-2012 -ci ilərdə "İnformatika" kafedrasında dosent,
2012-ci ildən bu günə kimi  “Kitabxanaçılıq informasiya” fakültəsinin dekanı və
“Kitabxanaşünaslıq” kafedrasının dosenti vəzifəsində çalışır.
Informatka, Elmdə və təhsildə kompüter texnologiyası, Kitabxanaçılıq informatikası,
Kitabxanalarda informasiya xidməti fənnlərindən dərs deyir.
30 məqalənin, 10 kitabın müəllifidir.


TƏDQIQAT SAHƏSI
Kitabxana - informasiya texnologiyaları
Verilənlər bazasının idarəetmə sistemləri
Riyazi modelləşdirmə Ədədi üsullar
Hidrodinamika


BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI
1. Riyaziyyatın bəzi məsələri üzrə Beynəlxalq Konfrans, Səmərqənd, Özbəkistan 1996
2. ICIAM 95, Hamburg, Almaniya, 1995
3. 26-cı İran Riyaziyyat Konfransı, Kerman, Iran, 1995
4. İkinci Beynəlxalq riyazi modelləşdirmə vasitələri konfransı, Sankt-Peterburq, Rusiya Federasiyası, 1999
5. "Kitabxana işi-2001" Altıncı Beynəlxalq konfarns, Moskva, Rusiya Federasiyası, 2001,
6. "Tətbiqi Riyaziyyat" üçüncü Bakı Dövlət Universiteti və Zəncan Universitetinin birgə Seminarı, Bakı, 2002
7. Mexanika və riyaziyyat İnstitutunun 45-illiyinə həsr olunmuş riyaziyyat və mexanika üzrə X Beynəlxalq Konfrans. Bakı, 2004
8. Beynəlxalq simpozium "Riyaziyyatın, mexanikanın və informatkanın müasir problemləri" Bakı, 2007
9. Mexanika və müasir tətbiqi proqram sistemləri üzrə Beynəlxalq konfrans, Alşuta, Ukraina, 2007
10. Riyazi elmlər üzrə ikinci Beynəlxalq Konfrans, İordaniya, 2008
11. Hesablama riyaziyyatının və riyazi fizikanın müasir problemləri, Beynəlxalq konfrans, Moskva, 2009
12. BDU-nun 90 illiyinə həsr olunmuş Beynəlxalq elmi konfrans, Bakı, 2009


SEÇIILMIŞ ƏSƏRLƏRI
Ramazanov T.Q., Qurbanov A.İ., Əskərov T.M. İkifazali doyma zamanı mikrotarazlıqda olmayan məsaməli mühitlərdə qeyri-xətti dalğalar. Riyaziyyat və mexanika institutunun xəbərləri c.XX(XXVIII), 2004 s.173-182
Qurbanov A.İ., Məmmədova K.N. Qeyri-xətti ikinci tərtib diferensial tənliklər sistemi üçün sərhəd məsələsinin həllinin qiymətləndirilməsi. Odlar Yurdu Universitetinin elmi-pedoqoji xəbərləri c.13, 2006 s.85-95
Məmmədov E.M., Qurbanov A. İ. Müasir Kitabxana informasiya sistemərində Z39.50 və HTTP protokolları(ingilis dilində). Odlar Yurdu Universitetinin elmi və pedaqoji xəbərləri, 26-2008, səh. 28-32.
Xəlilov M.S., Qurbanov A.İ., Məmmədov E.M. «Kitabxana işinin proqramlaşdırılması» Tədris proqramı, Bakı, 2008, 13 s.
Xəlilov M.S., Qurbanov A.İ., Məmmədov E.M. «Avtomatlasdırılmış kitabxana-informasiya sistemlərinin proqram təminatı» Tədris proqramı, Bakı, 2008, 8 s.
Xəlilov M.S., Qurbanov A.İ., Məmmədov E.M. “Kompüter texnikası və proqramlaşdırma”  Tədris proqramı, Bakı, 2008, 11 s.
Xəlilov M.S., Qurbanov A.İ., Məmmədov E.M. «Riyazi İnformatika» Tədris proqramı, Bakı, 2008, 14 s.
CDS/ISIS for Windows  - biblioqrafik verilənlər bazasının effektiv  aləti. Odlar Yurdu Universitetinin elmi-metodik jurnalı:-Bakı.: 2010.-№ 30. s.13-17
Qurbanov A.İ. DSpace elektron kitabxanalar, rəqəmsal kolleksiyalar elektron sənəd arxivlərinin yaradılması vasitəsi kimi. Kitabxanaşünaslıq və informasiya: Elmi-nəzəri və praktik jurnal. Bakı, 2010.-№2.- s. 71-75
Qurbanov A.İ. Eprints əsasında elektron kitabxanaların yaradılması Kitabxanaşünaslıq və informasiya: Elmi-nəzəri və praktik jurnal. Bakı.: 2011.-№1(4).- s.54-60
M. Xəlilov, A.İ. Qurbanov Təlimdə informasiya texnologiyası . Filologiya fakültəsinin bakalavr pilləsi üçün fənn proqramı. Bakı, 2011, 12 s.

KITABLAR
1. Xəlilov M.S., Qurbanov A.İ, Musayeva N.N. Kitabxana nformatikası I cild, Bakı, 2001,"Odlar yurdu", 238 s.
2. Xəlilov M.S., Qurbanov A.İ, Musayeva N.N. Kitabxana nformatikası II cild, Bakı, 2002,"Odlar yurdu", 164 s.
3. Xəlilov M.S., Qurbanov A.İ. İnformatika Bakı, 2003, «Bakı Universiteti", 340s.
4. Qurbanov A.İ., Abdullayeva R.A. Fərdi kompüterlərin proqram təminatı. I cild, «Çaşioğlu" , Bakı, 2006, 290s.
5. Qurbanov A.İ., Abdullayeva R.A. Fərdi kompüterlərin proqram təminatı. II cild, «Çaşioğlu" , Bakı, 2006, 174s.
6. Qurbanov İ.Ə., Qurbanov A.İ. Riyazi proqram paketləri «Təhsil» NPM, Bakı, 2005, 166c.
7. Abuzər Xələfov, Azad Qurbanov Kitabxana prosesslərinin kompüterləşdirilməsinin əsasları. "Bakı Universiteti”, Bakı 2007, 200 s.
8.A.İ,Qurbanov, E.M.Məmmədov, A.S.Hüseynova Kompüter texnikası və proqramlaşdırma / Ali məktəb tələbələri üçün dərslik. “Təhsil” NPM, Bakı, 2010, 169 s.
9. İ.Ə.Qurbanov, A.İ.Qurbanov, R.A. Abdullayaeva İnformatika (dərs vəsaiti). «Çaşioğlu" , Bakı, 2011, 420 s., ill.
10. M. Xəlilov, A.İ. Qurbanov, C. S. Abdullayev, N. Həsənova İnformatika (dərslik). Bakı, "Odlar yurdu", 2011, 280 s.

 

 

 

Bookmark and Share
© Bakı Dövlət Universiteti