Tələbə Elmi Cəmiyyəti

Azərbaycan Respublikası təhsil Nazirliyinin 27 iyun 2014-cü il tarixli, 752 nömrəli əmri ilə təsdiq edilmiş  “Tələbə Elmi Cəmiyyəti haqqında nümunəvi Əsasnamə”-yə əsasən Ali və orta ixtisas təhsil müəssisələrində fəaliyyət göstərən bu təşkilat ümumi maraqlar əsasında birləşmiş, könüllü prinsiplər əsasında tələbələr arasında əlaqə yaradan və tələbələrin ictimai həyatda fəal iştirakını təmin etmək məqsədi ilə təsis edilmişdir. Təhsil müəssisələrində müstəqil fəaliyyət göstərən tələbə-elmi cəmiyyəti tələbələrin elmi araşdırmaları ilə bağlı məsələlərin operativ həllinə  nail olmaq üçün professor-müəllim heyəti ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir. TEC-in əsas məqsədi ali təhsilli mütəxəssislərin hazırlanmasının keyfiyyətinin yüksəldilməsinə yönəldilmiş elmi-təşkilati tədbirlərin həyata keçirilməsi, elmi-texniki potensialın qorunub saxlanılması və təhsilalanların elmi tədqiqat fəaliyyətinin yeni sosialiqtisadi şəraitə uyğunlaşdırılmasında ali təhsil müəssisələrinin işinə kömək etməkdən ibarətdir.
TEC-in vəzifələrinə isə tələbələrin elmi tədqiqat fəaliyyətinə cəlb edilməsi və bu fəaliyyətin təşkil olunması; elm, təhsil və təcrübənin vəhdəti prinsipinə əsaslanaraq tələbələr arasında elmi yaradıcılığın müxtəlif formalarının təbliğ edilməsi, həmin formalara və fundamental tədqiqatların aparılmasına gənclərin marağının artırılmasına köməklik göstərilməsi; tələbələrdə tədqiqatçılıq fəaliyyətinə və elmi metodların öyrənilməsinə motivasiyanın yaradılması, tədris materiallarının dərindən və yaradıcı şəkildə mənimsənilməsinə köməklik göstərilməsi; tədqiqatçılıq fəaliyyətinin köməyi ilə tələbələrdə seçilən peşəyə yaradıcı münasibətin formalaşdırılması; tələbələrə elmi-texniki və iqtisadi məsələlərin müstəqil həlli yollarının üsul və vasitələrinin öyrədilməsi; istedadlı gənclərin məqsədyönlü şəkildə elmi tədqiqat və elmi-təşkilati işinə, yüksək texnologiyaların mənimsənilməsinə cəlb edilməsi;. elmi və elmi-pedaqoji kadr hazırlığı sistemi üçün perspektivli gənclərin seçilməsi və onların tədqiqatçılıq fəaliyyətinə hazırlanması.

Bakı Dövlət Universitetinin  Kitabxanaçılıq-informasiya fakültəsinin nəzdində fəaliyyəti göstərən Tələbə Elmi Cəmiyyəti bilavasitə tələbələrin elmə-biliyə, yeni innovasiyalarla araşdırmaların tədqiqinə yönəlmişdir. Fakültə yaranandan etibarən bu sahə üzrə daima diskusiyalar keçirilir və tələbələrin elmi araşdırmaları müəllim-professor heyəti tərəfindən araşdırılaraq müzakirələr olunur.
Məlum olduğu kimi müasir elmlərin inteqrasiyası və differensiya olunması yeni elm sahələrinin yaranmasına və bu sahədə elmi tədqiqat işlərinin dərinləşməsinə səbəb olmuşdur. Bu ilkin elmi-tədqiqat işlərinin aparılmasında və həyata keçirilməsində kafedraların nəzdində yaradılmış elmi dərnəklərin mühüm əhəmiyyəti vardır.

İdarə heyəti

Ümumi rəhbərlik -Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı, dosent A.İ.Qurbanov.

Sədr- Tarix üzrə fəlsəfə doktoru P. Kazımi

Katib-  Tələbə Hacı Qasımlı

Struktur

Kitabxanaşünaslıq kafedrası- sədr müəllim Ceyhun Şirinov

Biblioqrafiyaşünaslıq kafedrası-sədr  t.ü.f.d, dosent Sima İsmayılova

Kitabxana resursları və informasiya axtarış sistemləri kafedrası-sədr t.ü.f.d Rəşad Qardaşov

Kitabşünaslıq və nəşriyyat işi kafedrası-sədr t.ü.f.d Sevda Quliyeva

Daimi üzvlər:

1. Dadaşova Ülkər İlham qızı

2. Süleymanov Qalib Adil oğlu

3.Ovciyeva Fəridə Əfqan qızı

4.Bəndalıyev Həmid İlham oğlu

5.Xəlilova Validə Xəlil qızı

6.İbrahimova Aytən Azər qızı

7.Əsədova Aysel Asəf qızı

8.İsayeva Elnurə Elşad qızı

9.Nəbiyeva Ülviyyə Əziz qızı

10.Məmmədova Xaliqə Asəf qızı

11.Məmmədli Samirə Sabir qızı

12.Hüseynzadə Aytac Vilayət qızı

Tədbirlər:

2016-cı il  13 aprel   tarixində “Müasir kitabxana-informasiya sistemləri” mövzusunda TEC-in iclası keçirilmişdir.

2016-cı il  16 may  tarixində “Azərbaycanda kitabxana işinin yaranması tarixi, dünəni, bugünü və gələcəyi ” mövzusunda TEC-in iclası keçirilmişdir.

2016-cı il 20 oktyabr  tarixində “Kitabxanaşünaslıq elmində yeni innovasiyaların tətbiqi  texnologiyası” mövzusunda TEC-in iclası keçirilmişdir.

2016-cı il 26 dekabr   tarixində “Kitabxanaşünaslıq elminin banisi professor Abuzər Alı oğlu Xələfovun yaradıcılıq fəaliyyəti”  mövzusunda TEC-in iclası keçirilmişdir.

2017-cı il 3 mart   tarixində “Cəmiyyətin informasiya təminatında kitabxana-informasiya təminatının rolu” mövzusunda TEC-in iclası keçirilmişdir.


 

Bookmark and Share
© Bakı Dövlət Universiteti