ELDƏNİZ ELMAN OĞLU MƏMMƏDOV

 

  • BDU-nun Elmi kitabxanasında 0,5 ştat biblioqraf vəzifəsində çalışır;
  • Kitabxanaçılıq-informasiya fakültəsinin «Kitabxanaşünaslıq» kafedrasının 0,5 ştat müəllimidir.


QISA BİOQRAFİK MƏLUMAT

  • 25 iyul 1981-ci ildə Bakı şəhərində anadan olub;
  • 1988-1998-ci illərdə Bakı şəhər 13 saylı orta ümumtəhsil məktəbində əla qiymətlərlə təhsil almışdır;
  • 1998-2002-ci illərdə Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsinin bakalavr təhsil pilləsini bitirmişdir;
  • 2002-2004-cü illərdə Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsinin magistr təhsil pilləsini müvəffəqiyyətlə başa vurmuşdur;
  • 2004-2005-ci illərdə hərbi xidmətdə olmuşdur;
  • 2006-2015-ci illərdə Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsinin Kitabxanaşünaslıq kafedrasının dissertantı olmuşdur. Tarix elmləri doktoru, professor A.A.Xələfovun  elmi rəhbərliyi ilə yazdığı «M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının dövri mətbuat fondu: tarixi, müasir vəziyyəti, oxuculara xidmət və inkişaf perspektivləri (1923-2007-ci illər)» mövzusunda təqdim etdiyi dissertasiyası Kitabxanaşünaslıq kafedrasının 12 noyabr 2015-ci il tarixli iclasında müzakirə olunaraq açıq müdafiəyə buraxılması məqsədəuyğun sayılmışdır;
  • 10 mart 2017-ci il tarixdə Bakı Dövlət Universiteti nəzdində yaradılmış Birdəfəlik Dissertasiya Şurasının 03 saylı iclasında «M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının dövri mətbuat fondu: tarixi, müasir vəziyyəti, oxuculara xidmət və inkişaf perspektivləri (1923-2007-ci illər)» mövzusunda dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək 3356.01 - «Kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq» ixtisasında tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsini almağa layiq görülmüşdür;
  • Ailəlidir, iki övladı var.


ƏMƏK FƏALİYYƏTİ

  • 17.03.2004-cü ildən hal-hazırkı dövrə qədər BDU-nun Elmi kitabxanasında 0,5 ştat biblioqraf vəzifəsində çalışır;
  • 2014-2015-ci tədris ilindən BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin Kitabxanaşünaslıq kafedrasının 0,5 ştat müəllimidir.

TƏDQİQAT SAHƏSİ

  • Kitabxanaşünaslıq.

SEÇİLMİŞ ƏSƏRLƏRİ

  1. Məmmədov E.E. Müasir elektron kitabxanaların təşkili məsələləri // «Dil və ədəbiyyat» jurnalı, 2007, iyun, № 3(57), s. 202-205.
  2. Məmmədov E.E. Heydər Əliyevin Azərbaycan kitabxana işinin inkişafındakı rolu // «Dil və ədəbiyyat» jurnalı, 2008, oktyabr, № 5(65),      s. 238-240.
  3. Məmmədov E.E. M.F.Axundov adına Milli Kitabxananın dövri mətbuat fondunun Azərbaycan mədəniyyətinin və elminin inkişafında yeri və rolu (1923-2008) // «Kitabxanaşünaslıq və biblioqrafiya: elmi-nəzəri, metodik və təcrübi jurnal», 2011, sentyabr, № 1(28), s. 39-50.
  4. Məmmədov E.E. M.F.Axundov adına Milli Kitabxananın dövri mətbuat fondunun Azərbaycan mədəniyyətinin və elminin inkişafında yeri və rolu (1923-2008) // «Qarapapaqlar» jurnalı, 2011, avqust, № 8, s. 44-49, ISSN: 1987-6769, Tbilisi, Gürcüstan.
  5. MəmmədovE.E. Kitabxana işinin görkəmli tədqiqatçısı // «Kitabxanaşünaslıq və informasiya: elmi-nəzəri və praktiki jurnal», 2011, oktyabr-dekabr, № 3(6), s. 134-135, ISSN: 2219-5882.
  6. Mammadov E.E. The Role of the Periodical Fund of the National Library Named After M.F.Akhundov in the Development of the Azerbaijani Culture and Science (1923-2008) // «International Journal of Information Science and Management», 2013, january / june, vol. 3, №1 (vol. 11, №1),p. 95-104, ISSN: 2008-8310, Shiraz, Iran.
  7. Mammadov E.E. Medieval  the  first  scientific  research  institutions  in Azerbaijan - the  Maragha  observatory  and  its library // «Kitabxanaşünaslıq və informasiya: elmi-nəzəri və praktiki jurnal», 2014, oktyabr-dekabr, № 3(15), s. 109-116 ISSN: 2219-5882.
  8. MəmmədovE.E. Azərbaycanın respublika əhəmiyyətli böyük dövlət kitabxanalarının dövri və ardı davam edən nəşrlər fondunda saxlanılan sənədlərin uçotu, mühafizəsi və onlardan istifadə qaydaları // «Kitabxanaşünaslıq və informasiya: elmi-nəzəri və praktiki jurnal», 2015, yanvar-aprel, № 1(16), s. 92-101, ISSN: 2219-5882.
  9. Məmmədov E.E. M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının dövri mətbuat fondu (1923-2007-ci illər) // «Kitabxanaşünaslıq və informasiya: elmi-nəzəri və praktiki jurnal», 2015, may-avqust, № 2(17),    s. 110-117, ISSN: 2219-5882.
  10. Mammadov E.E. Librarianship in Azerbaijan at the beginning of XXI century (2003-2008-s years) // «Kitabxana.az: Müstəqil elmi, metodiki və praktik jurnal», 2015, №1-2, s. 34-38.
  11. Məmmədov E.E. M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının dövri mətbuat fondu: tarixi, müasir vəziyyəti, oxuculara xidmət və inkişaf perspektivləri (1923-2007-ci illər) //Academic Science Week – 2015 / Akademik Elm Həftəliyi - 2015, International Multidisciplinary Forum / Beynəlxalq Multidissiplinar Forum: Book of abstracts (dedicated to the 70th anniversary of Azerbaijan National Academy of Science), 02-04 November, 2015, Baku, Azerbaijan, s. 279-280.
  12. Məmmədov E.E. Fasiləsiz təhsil sistemində M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının dövri mətbuat fondunun rolu və əhəmiyyəti // «Kitabxanaşünaslıq və informasiya: elmi-nəzəri və praktiki jurnal», 2015, avqust-dekabr, № 3(18), s. 74-80, ISSN: 2219-5882.
  13. Məmmədov E.E. Mütaliə psixologiyası // «Kitabxanaşünaslıq və informasiya: elmi-nəzəri və praktiki jurnal», 2016, yanvar-aprel, № 1(19),   s. 42-47, ISSN: 2219-5882.
  14. Məmmədov E.E. İnformasiya cəmiyyəti və mütaliə // «Kitabxana-informasiya elmi: tədris və təcrübədə yeni çağırışlar»: Beynəlxalq elmi konfransın materialları / ADMİU və AMK-nın birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş beynəlxalq elmi konfrans (05 may 2016), Bakı, 2016, s. 70-74.
  15. Мамедов Э.Э. Фонды периодики Национальной библиотеки имени М.Ф.Ахундова: их роль и место в развитии культуры и науки Азербайджана (1923-2008-е годы) // «Библиотечное дело», 2016, N6 (264), c. 21-23, ISSN: 1727-4893, Санкт-Петербург, Россия.
  16. Məmmədov E.E. M.F.Axundov adına Milli Kitabxananın dövri mətbuat fondunun Azərbaycan mədəniyyətinin və elminin inkişafında yeri və rolu (1923-2008) // BDU; «Kitabxana-informasiya fəaliyyəti və fənlərarası inteqrasiya» mövzusunda beynəlxalq elmi konfransın materialları (15 noyabr 2016), Bakı: Mütərcim, 2016, s. 19-20.
  17. Məmmədov E.E. Müasir multikultural sivilizasiyanın informasiya əsası kimi «Sənəd-informasiya elmləri» anlayışının şərhi // ADMİU və BBMM; «Multikulturalizm konsepsiyasının sosial-fəlsəfi və mədəni əsasları» mövzusunda respublika elmi-nəzəri konfransın materialları (09 dekabr 2016), Bakı: Maarif, 2016, s. 91-94.
  18. Məmmədov E.E. The role of books and libraries in the formation of the personality of Nizami Ganjavi // ADMİU; «Müqayisəli ədəbiyyatşünaslığın aktual problemləri»: elmi-nəzəri konfransın materialları (04 aprel 2017), Bakı, 2017, s. 159-161.
  19. Mammadov E.E. Perfect connoisseur of his profession // «Kitabxanaşünaslıq və informasiya: elmi-nəzəri və praktiki jurnal», 2017, yanvar-aprel, № 1(22), s. 77-81, ISSN: 2219-5882.
  20. Məmmədov E.E. «Sənəd-informasiya elmləri» və onun struktur quruluşu // BDU; Ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş «Heydər Əliyev və Azərbaycanda kitabxana işi» mövzusunda respublika elmi konfransının tezisləri (10 may 2017), Bakı: Mütərcim, 2017, s. 12-16.
  21. Məmmədov E.E. M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının dövri mətbuat fondu: tarixi, müasir vəziyyəti, oxuculara xidmət və inkişaf perspektivləri (1923-2007-ci illər): tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyanın avtoreferatı: 3356.01 / Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti, Bakı: Mütərcim, 2017, 22 s.
  22. Məmmədov E.E. M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının dövri mətbuat fondu tarixi mənbə kimi (1923-1940-cı illər) // Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti; «Kitabxana-informasiya fəaliyyəti və biliklər cəmiyyəti: inteqrasiya meylləri və çağırışlar» mövzusunda respublika elmi konfransının materialları (20 dekabr 2017), Bakı: Mütərcim, 2017, s. 21-23.

 

 

Bookmark and Share
© Bakı Dövlət Universiteti