KİTABXANAŞÜNASLIQ KAFEDRASININ TARİXİ

Kafedra 1947-ci ilin oktyabr ayında Kitabxanaşünaslıq və biblioqrafiya kafedrası adı ilə fəaliyyətə baş­la­mışdır. Kafedra Azərbaycanda kitabxana­şü­naslıq və biblioqrafiya fənlərinin tədrisini təş­kil edən, respublikada kitabxanaşünaslıq və biblioqrafiya elmləri üzrə fundamental təd­qi­qatların əsasını qoyan və onun gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən elmi mərkəz kimi böyük rol oynamışdır. XX əsrin ikinci yarısında Azərbaycanda milli kitabxana­şünaslıq elminin inkişafı sahəsində əldə edilmiş mühüm nailiyyətlər, yüksəkixtisaslı ali kitabxanaşünas kadrların hazırlanması bu kafedranın fəaliyyəti ilə bağlıdır.

Kitabxanaşünaslıq və biblioqrafiya kafedrasının bazasında 1968-ci ildə Biblioqrafiyaşünaslıq kafedrası, 1990-cı ildə isə Kitabxanaşünaslıq kafedrasının bazasında Kitabxana  resursları və informasiya axtarış sistemləri kafedrası yaradılmışdır. Kafedranın ilk müdiri görkəmli biblioqraf alim filologiya elmləri namizədi Əliheydər Bala oğlu Qəhrəmanov olmuş və o, 1959-cu ilədək həmin vəzifədə çalışmışdır. Ə.Qəhrəmanovun vəfatından sonra kafedra müdiri vəzifəsini 1962-ci ilədək filologiya elmləri namizədi Həsən Əlizadə icra etmişdir. 1963-cü ildən 2016-cı ilədək kafedraya professor A.A.Xələfov rəhbərlik edir. 2016-cı ildən kafedraya dosent Elçin Əhmədov rəhbərlik edir.

Kitаbхаnаçılıq-infоrmаsiyа fаkültəsinin idаrə еdilməsinin, еlmi pоtеnsiаlının аrtırılmаsının, tədrisin kеyfiyyətinin yüksəldilməsinin əsаs аğırlığı dаhа çох Kitаbхаnаşünаslıq kаfеdrаsının əməkdаşlаrının üzərinə düşür. Kafedra kitаbхаnаşünаslıq sahəsində fundamental tədqiqatların aparılması ilə əlaqədar olaraq Azərbaycanda kitabxana işi tarixi, müasir informasiya cəmiyyəti şəraitində milli kitabxanaşünaslıq elminin nəzəri və təcrübi problemləri, dünya kitabxanaşünaslığının qabaqcıl nailiyyətlərinin öyrənilməsi və Azərbaycanda tətbiqi sahələrində elmi araşdırmalar aparır.

Kafedra müstəqillik illərində ilk dəfə olaraq bakalavr pilləsi üçün “Kitаbхаnаşünаslığa giriş”, “Kitabxana xidməti”, “Kitabxana işinin təşkili və idarə edilməsi”, “Kitabxana işinin kompüterləşdirilməsinin əsasları”, “Azərbaycanda kitabxana işinin tarixi”, “Dünya kitabxanalarının tarixi”, “Kitabxanaların elmi-metodik təminatı”, “Kitabxanaçılıq informatikası” və s. fənlərə dair dərslik, dərs vəsaiti, monoqrafiya, proqram, metodik göstəriş və s. hazırlayıb çap etdirmişdir.

Eyni zamanda kafedra magistratura pilləsi üçün “Kitabxanaşünaslığın müasir problemləri”, “Dünya milli kitabxanaları”, “ABŞ və Qərbi Avropa ölkələrində kitabxana-informasiya işinin müasir problemləri”, “Kitabxana marketinqi”, “Kitabxanada patent informasiya texnologiyası”, “Oxucuşünaslıq”, “Azərbaycanda kitabxana işinin hüquqi bazası”, “Kitabxanaların metodik təminatının muasir problemləri”, “Kitabxanaşünasığın tarixi və metodologiyasi, “Kitabxanaşünaslıq fənninin tədrisi metodikasi”, “Elmi-texniki kitabxana şəbəkələrində mütəxəssislərə kitabxana və informasiya xidməti”, “Kitabxana və nəşriyyat işinin qarşılıqlı əlaqələri” və s. fənləri üzrə proqramlar və tədris-metodik vəsaitlər hazırlamışdır. Ümumilikdə Kitаbхаnаşünаslıq kаfеdrаsının əməkdаşlаrının çapdan çıxmış əsərlərinin ümumi miqdarı 1500-ə yaxındır.

Bookmark and Share
© Bakı Dövlət Universiteti