KİTABXANAÇILIQ-İNFORMASİYA FAKÜLTƏSİNİN DEKAN MÜAVİNLƏRİ
Elçin Əhmədov
1988-ci ildə BDU-nun kitabxanaçılıq və informasiya fakültəsini bitirmişdir.
Pedaqoji elmlər namizədi, dosentdir.
Magistratura və elmi işlər üzrə dekan müavinidir.
Tədris etdiyi fənlər
- -Dünya milli kitabxanaları
-Kitabxanaşünaslığa giriş
-Kitabxana informasiya fəaliyyətinin texniki vasitələri
Magistratura və elmi işlər üzrə dekan müavini fakültədə əsasən magistrantların tədris prosesini idarə edir. Bu prosesdə semestrlər üzrə dərs cədvəli tərtib olunur, gündəlik dərslərə nəzarət edilir. Bununla yanaşı magistrantların dissertasiya işlərinin yerinə yetirilməsinə ümumi rəhbərlik edir. Hər tədris ilinin sonunda magistr dissertasiyalarının hazırlanıb müdafiəyə təqdim olunmasını və müdafiəsinin keçirilməsini təmin edir. Magistratura pilləsində elmi və pedaqoji təcrübələrin təşkili və həyata keçirilməsi bu pillənin əsas mərhələlərindən sayılır ki, dekan müavini bu prosesi idarə edir.
Qeyd edildiyi kimi dekan müavini fakültənin elmi işlərinə də nəzarət edir. Belə ki, müvafiq kafedralarda aparılan elmi-tədqiqat işlərini ümumiləşdirir və fakültənin illik elmi-tədqiqat hesabatını hazırlayır. Bununla yanaşı il boyu fakültədə elmi konfransları təşkil edir, beynəlxalq və Respublika səviyyəli konfranslarda bakalavr, magistr, aspirant və dissertantların iştirakını təmin edir.
![]() |
Mehmanəli Məmmədov
1984-cü ildə BDU-nun kitabxanaçılıq-informasiya fakültəsini bitirmişdir.
Pedaqoji elmlər namizədi, dosentdir.
Bakalavr üzrə dekan müavini vəzifəsində çalışır.
Tədris etdiyi fənlər
-Kitabxana işinin təşkili və idarə edilməsi
-Elmi-texniki kitabxana şəbəkələrindən mütəxəssislərə kitabxana informasiya xidməti
-Kitabxanaların elmi-metodiki təminatı
Ələmdar Qəmbər oğlu Cabbarlı
Sosial məsələlər, tələbələrlə iş və ictimaiyətlə əlaqələr üzrə dekan müavini,
Kitabşünaslıq və Nəşriyyat işi kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru




