KİTABŞÜNASLIQ VƏ REDAKTOR SƏNƏTİ elmi-nəzəri və təcrübi-metodik jurnal

 

Knyаz АSLАN

jurnalın baş redaktoru,

Bakı Dövlət Universiteti Kitabşünaslıq

və Nəşriyyat işi kafedrasının müdiri

Cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni həyatında baş verən taleyüklü hadisələr çağdaş Azərbaycan ziyalısından fəal həyat mövqeyində dayanmağı və milli dövlətçiliyimizin inkişafı naminə səmərəli fəaliyyət göstərməyi tələb edir.

Sadalanan vəzifələrin həyata keçirilməsi isə elmi ictimaiyyəti bir araya gətirə biləcək ciddi nəzəri-təcrübi nəşrlərə zəruri ehtiyac yaradır.

Mədəniyyətin mühüm tərkib hissəsi olan nəşriyyat işi və redaktor fəaliyyətinin elmi-nəzəri və təcrübi-metodik məsələləri ilə bağlı ayrıca jurnalın nəşri ideyası da bu sahəyə müəyyən töhfə verməyə səy göstərmək istəyindən irəli gəlir.

Bu anlamda elm, təhsil və mədəniyyət sahələrində çalışan ziyalıların, o cümlədən dövlət və qeyri-dövlət (özəl) nəşriyyat-poliqrafiya müəssisələrində işləyən mütəxəssislərin mənəvi dəstəyinə arxalanaraq “Kitabşünaslıq və Redaktor Sənəti” elmi-nəzəri və təcrübi-metodik jurnalını təsis etmişik.

Hazırkı yeni elmi nəşrin ciddi uğurlar qazanacağına əminik.

Məqsədimiz səriştəli alimlərin dünyada və Azərbaycanda əlyazma və çap kitablarının meydana gəlməsi, kitabçılıq işinin tarixi, kitabşünaslığın formalaşması və inkişafı məsələlərinə həsr olunmuş elmi tədqiqatlarını elmi ictimaiyyətə çatdırmaqdan ibarətdir.

Biz eyni zamanda zəngin iş təcrübəsinə malik olan böyük nəşriyyat-poliqrafiya müəssisələrinin fəaliyyətini təbliğ etmək, müasir dövrdə redaktor fəaliyyətinin nəzəri və təcrübi aspektlərini araşdırmaq, informasiya-kommunikasiya texnologiyasının nailiyyətlərini öyrənmək və jurnalımızda bu mövzularda elmi məqalələr dərc etmək istəyirik.

“Kitabşünaslıq və Redaktor Sənəti” jurnalı “Nəşriyyat işi haqqında” Azərbaycan Respublikası Qanununun əsas müddəalarının həyata keçirilməsi istiqamətində sanballı  elmi araşdırmalar aparılmasına, informasiya cəmiyyətinin tələblərinə uyğun olan məqsədyönlü təklif və tövsiyələrin hazırlanmasına yardımçı olmağı özünün təxirəsalınmaz vəzifələrindən hesab edir.

Ona görə də nəşriyyat-poliqrafiya və sənəd-informasiya sahələrində fəaliyyət göstərən alimləri, gənc tədqiqatçıları və yaradıcı mütəxəssisləri müasir biliklər cəmiyyətinin tələblərinə cavab verən, yeni, aktual, orijinal məzmunlu elmi məqalələr yazmağa və “Kitabşünaslıq və Redaktor Sənəti” jurnalının redaksiyası ilə sıx əməkdaşlığa dəvət edirik.

 

 

“KİTABŞÜNASLIQ VƏ REDAKTOR SƏNƏTİ” ELMİ-NƏZƏRİ VƏ TƏCRÜBİ-METODİK JURNAL 2015 №1

“KİTABŞÜNASLIQ VƏ REDAKTOR SƏNƏTİ” ELMİ-NƏZƏRİ VƏ TƏCRÜBİ-METODİK JURNAL 2016 №1

“KİTABŞÜNASLIQ VƏ REDAKTOR SƏNƏTİ” ELMİ-NƏZƏRİ VƏ TƏCRÜBİ-METODİK JURNAL 2016 №2

“KİTABŞÜNASLIQ VƏ REDAKTOR SƏNƏTİ” ELMİ-NƏZƏRİ VƏ TƏCRÜBİ-METODİK JURNAL 2017 №1-2

“KİTABŞÜNASLIQ VƏ REDAKTOR SƏNƏTİ” ELMİ-NƏZƏRİ VƏ TƏCRÜBİ-METODİK JURNAL 2018 №1

“KİTABŞÜNASLIQ VƏ REDAKTOR SƏNƏTİ” ELMİ-NƏZƏRİ VƏ TƏCRÜBİ-METODİK JURNAL 2018 №2

“KİTABŞÜNASLIQ VƏ REDAKTOR SƏNƏTİ” ELMİ-NƏZƏRİ VƏ TƏCRÜBİ-METODİK JURNAL 2019 №1

Bookmark and Share
© Bakı Dövlət Universiteti