Kitabxanaşünaslıq kafedrasının tədris labоratоriyası
Laboratoriya müdiri - Zöhrə Camalova
Qısa məlumat
Kitabxanaşünaslıq kafedrasının “Kitabxana işinin təşkili və idarə olunması” laboratoriyasının vəzifələrindən biri kitabxanaşünaslıq
fənləri üzrə laboratoriya məşğələlərinin maksimum təmin edilməsinə nail olmaq və bunun üçün həmin məşğələlərin xüsusi cədvəlini tutur.
Laboratoriya fondun təkmilləşdirilməsi və orada olan ədəbiyyatın uçotunu aparır. Bundan əlavə laboratoriya tələbələrin və müəllimlərin
tələblərinə cavab verən ixtisas ədəbiyyatını, tədris vəsaitlərini, göstəriciləri, standartları əldə edir.
Laboratoriya kafedra müəllimlərinin yeni məqalə və kitablarının sərgisinin tərtib olunmasını təşkil edir. Laboratoriyada saxlanılan
fənlər üzrə əyani vəsaitlər daim yeniləşdirilir, laboratoriya fondu və kafedra müəllimlərinin elmi yaradıcılığını əks etdirən kataloq və
kartoteka sistemi təkmilləşdirilir.
Laboratoriyaya müraciət edən tələbələrin diplom işi, kurs işi, məşğələyə hazırlıq işlərinə məsləhətlər verilir. Bundan əlavə
laboratoriyada kafedra müdiri və dekanın laboratoriya işi ilə bağlı müntəzəm yerinə yetirir.
Laboratoriyanın müdiri Zöhrə Camalovadır.
