“KITABXANALARIN KOMPÜTERLƏŞDİRILMƏSİ” ELMİ-TƏDQİQAT LABORATORİYASI
Bakı Dövlət Universitetinin Elmi Şurasının 1 mart 1999-cu ildə keçirilən iclasında “Kitabxanaçılıq-İnformasiya” fakültəsinin nəzdində “Kitabxanaların Kompüterləşdirilməsi” ETL yaradılması haqqında qərar qəbul edilmiş və Respublika Təhsil Nazirliyinin 1999-cu il 171 saylı əmrinə əsasən prof. A.A.Xələfovun elmi rəhbərliyi ilə Kitabxanaların kompüterləşdirilməsi Elmi Tədqiqat Laboratoriyası fəaliyyət göstərir. Laboratoriya Azərbaycan kitabxanalarının kompüterləşdirilməsinin elmi konsepsiyasını hazırlamış, BDU-nun Elmi kitabxanasının kompüterləşdirilməsini həyata keçirmiş, ölkədə ilk dəfə olaraq kitabxananın elektron kataloqunu yaratmış və internet vasitəsilə oxuculara uzaq məsafədən biblioqrafik-informasiya xidmətini təşkil etmişdir. Hazırda laboratoriya əməkdaşları BDU-nun Elektron Kitabxanasının təkmilləşdirilməsi ilə məşğuldur. Laboratoriyada riyaziyyat üzrə fəlsəfə doktoru Elçin Musa oğlu Məmmədov, Nigar Nurəddin qızı İsmayılova, Sevda İsrafil qızı Məmmədova, Aysel Vaqif qızı Həsənova, Aygün Seyfəddin qızı Əliyeva çalışırlar.
Elmi tədqiqat laboratoriyasının elmi nəticələri Kitabxanaçılıq-İnformasiya fakültəsinin tədris prosesində müntəzəm surətdə tətbiq edilir, mühazirə və seminar məşğələlərində kitabxanaların kompüterləşdirilməsinin nəzəri əsasları, tələbələrə beynəlxalq formatlar əsasında biblioqrafik yazıların hazırlanması tədris edilir, avtomatlaşdırılmış kitabxana-informasiya idarəetmə sistemləri ilə işləmə prinsipləri izah edilir. Elmi tədqiqat laboratoriyasının əməkdaşlarının 3 kitabı və 50-dən çox məqalələri çap edilmişdir.
Elmi istiqaməti: Kitabxana informatikası.
Fəaliyyətinın əsas məqamları:
1) Azərbaycanda ilk dəfə olaraq Laborotoriyada A.Xələfov, sabiq işcilər N.Musayeva, A.Qurbanov tərəfindən beynəlxalq UNİMARC formatının azərbaycan dilinə tərcüməsi həyata kecirilmiş və onun BDU-nun elmi kitabxanasında tətbiqi sahəsində işlər görülmüşdür.
2)UNİMARC formatı əsasında ədəbiyyatın katoloqlaşdırılması metodikası işlənmişdir. Bu metodika müasir Veb texnologiya əsasında biblografik məlumat və oxucular bazasının yaradılmasını təmin edir. Həmcinin laborotoriyada “Kitabxana-informasiya” fakültəsinin tələbələrinə istehsalat təcrübəsi müddətində UNİMARC formatı haqqında praktiki vərdişlər öyrədilmişdir.
3) UNIMARC formatı əsasında kitabxananın elektron katoloqu yaradılmış, hazırda oxuculara müasir elektron informasiya xidməti göstərilir, kitabxananın ədəbiyyatla komplektləşdirilməsi həyata keçirilir. Bakı Dövlət Universitetinin Elmi kitabxanasının əsas texnoloji-kitabxana proseslərini yerinə yetirən şöbələrini birləşdirən müasir biblioqrafik informasiya mübadiləsini təmin edən şəbəkə protokolları əsasında İNTRANET şəbəkəsi qurulmuş və universitetin lokal şəbəkəsi ilə əlaqəsi təmin olunmuşdur. Klient server arxitekturası əsasında İRBİS-64 Avtomatlaşdırılmış Kitabxana-İnformasiya Sistemi əsasında müvafiq şöbələrdə AİY yaradılmışdır.
4) Laborotoriyanın əməkdaşları fasiləsiz və distant təhsilin əsas informasiya təminatı hesab olunan elektron nəşrlərin hazırlanması metodikasını işləmış və onun əsasında rəqəmli elektron kitabxananın yaradılması istiqamətində işlər görmüşdür. O cümlədən universitet müəllimlərinin kitabxanaya təqdim etdiyi kitabların tam mətnli, rəqəmli bazası, Azərbaycanda ilk dəfə olaraq audio kitabların bazası, fizika, riyaziyyat, kimyaya və neft sənayesinə aid 1000 adda tam mətnli,elektron nəşrlər bazası yaradılmış, rəqəmli elektron kitabxananın istifadəyə verilməsi ücün müasir veb texnologiya əsasında proqram təminatı hazırlanmışdır.
5) Elektron kataloq və elektron kitabxana BDU-nin veb saytında yerləşdirilmışdir ki, bu da məsafədən və vaxtdan asılı olmayaraq mövcud və yenilənməkdə olan ədəbiyyatın axtarışını İnternet Beynəlxalq informasiya şəbəkəsi vasitəsilə təmin etməyə imkan verir.
