KAFEDRANIN TARİXİ VƏ BU GÜNÜ

KİTABXANA RESURSLARI VƏ İNFORMASİYA AXTARIŞ  SİSTEMLƏRİ KAFEDRASI

Kitabxana fondu və kataloqların təşkili kafedrası 1991-ci ildə Kitabxanaşünaslıq kafedrasının bazası əsasında yaranmışdır. Kafedranın ilk müdiri tarix elmləri namizədi, dosent Tacəddin Fərhad oğlu Quliyev olmuş və 2007-ci ilədək həmin vəzifədə çalışmışdır. Kitabxana-informasiya texnologiyalarının kompleks tətbiqi və bu sahədə tədqiqatların genişləndirilməsi nəzərə alınaraq 2007-ci ildə kafedranın adı dəyişdirilərək Kitabxana resurs­ları və informasiya axtarış sistemləri kafedrası adlandırılmışdır. 2007-ci ildən kafed­raya Əməkdar mədəniyyət işçisi, tarix üzrə elmlər doktoru, professor Xəlil İsmayıl oğlu İsmayılov rəhbərlik edir.
Hazırda kafedrada professor Xəlil İsmayıl oğlu İsmayılov, dosentlər – Aşur Müseyib oğlu Əliyev, Sevda Abasqulu qızı Xələfova, baş müəllimlər – Sənubər Mikayıl qızı Mus­­tafayeva, Rəşad Əhmədxan oğlu Qardaşov, müəllim Zahidə Tofiq qızı Rzayeva, laboratoriya müdiri Səfurə Cəlal qızı Hacıyeva, baş laborant Ulduz İltifat qızı Manafova çalışır.
Kafedrada bakalavr pilləsi üzrə Sənədlərin biblioqrafik təsviri və təsnifləşdirilməsi, Normativ-texniki sənədlərin təsviri və təsnifləşdirilməsi, Kitabxana resursları, Elektron kataloqlar, Beynəlxalq kitabxana təsnifatı, Kitabxanaların avtomatlaşdırılması, İrbis proqramı və s. fənlər, magistr pilləsi üzrə isə İnformasiya ehtiyatları, İnformasiya prosesləri, Kitabxana resursları və informasiya axtarış sistemləri fənlərinin tədrisi metodikası, Kitabxana informasiya sisteminin struktur dizaynı, Sənədlərin elmi sistemləşdirilməsinin metodikası, Sənədlərin analitik-sintetik işlənməsi və s. fənlər tədris olunur.
Kitabxana resursları və informasiya axtarış sistemləri kafedrasının elmi-tədqiqat istiqaməti kitabxanaların informasiya resurslarının tədqiqi və ondan səmərəli istifadə yollarının, həmçinin informasiya axtarış sistemlərinin operativliyinin təmin edilməsinin səmərəlilik meya­rına təsir edən elmi dəlillərin müəyyən edilməsidir. Kafedra Azərbaycan Respublikasının müstəqilliyi şəraitində kitabxana fondlarının sənəd-informasiya təminatı, kataloqlaşdırmanın avtomatlaşdırılması və kompüterləşdirilməsi probleminin tarixi, müasir vəziyyəti, nəzəri məsələləri və inkişaf perspektivləri üzrə elmi tədqiqat işləri aparır.
Son 5 ildə kafedrada 1 dərslik, 2 dərs vəsaiti, 62 məqalə, 16 tezis, 20 tədris proqramı hazırlan­mış, nəşr olunmuşdur.
Kаfеdrаdа tədrislə yаnаşı еlmi tədqiqаt fəаliyyətinə də хüsusi əhəmiyyət vеrirlir. Bu tədqiqаtlаrın əsаs оbyеkti rеspublikаdа kitаbхаnаlаrın sənəd rеsurslаrının və infоrmаsiyаахtаrış sistеmlərinin аvtоmаtlаşdırılmаsının аktuаl prоblеmlərinin öyrənilməsi və həmin məsələlərin prаktikаyа tətbiqi, inkişаf еtdirilməsi üçün  tövsiyyələrin işlənib hаzırlаnmаsıdır. Bununlа əlаqədаr tədqiqаt оbyеkti kimi zəngin fоndа, gеniş kаtаlоq və kаrtоtеkа sistеminə mаlik оlаn Аzərbаycаn Milli Еlmlər Аkаdеmiyаsının Mərkəzi Еlmi Kitаbхаnаsının, M.F.Ахundоv аdınа Аzərbаycаn Milli  kitаbхаnаsının, Bаkı Dövlət Univеrsitеtinin Еlmi Kitаbха-nаsının, rеspublikаnın digər kitаbхаnаlаrının sənəd rеsurslаrının təşkili və аvtоmаt-lаşdırılmış kаtаlоqlаşdırmа sаhəsindəki fəаliyyəti kаfеdrаnın diqqət mərkəzindədir.

 

Bookmark and Share
© Bakı Dövlət Universiteti