Fakültənin beynəlxalq əlaqələri

 

Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsi beynəlxalq əlaqələr sahəsində zəngin təcrübəyə malikdir. Fakültə fəaliyyətə başladığı ilk vaxtlardan etibarən keçmiş SSRİ-nin nüfuzlu elm, təhsil mərkəzləri ilə əlaqələr yaratmağa başlamış və bu əlaqələr tədrisin keyfiyyətini və mütəxəssis hazırlığınının səviyyəsinin yüksəldilməsinə müsbət təsir göstərmişdir. Fakültənin Moskva Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Sankt-Peterburq Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Daşkənd Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Vilnyus Dövlət Universiteti, Tbilisi Dövlət Pedaqoji İnstitunun Kitabxanaçılıq fakültələri ilə sıx elmi əlaqələri və əməkdaşlığı olmuşdur. Bu elmi əlaqələrin yaradılmasında, inkişafında böyük rolu və müstəsna xidmətləri olmuş alimlər arasında professor Abuzər Xələfovun, professorZöhrab Əliyevin, professor Xəlil İsmayılovun, professor Bayram Allahverdiyevin, dosent Rasim Kazımovun və başqalarının xüsusi rolu olmuşdur.

Kitabxanaçılıq-informasiya fakültəsi respublika daxilində də müvafiq elm, təhsil və mədəniyyət ocaqları ilə sıx elmi əməkdaşlıq şəraitində fəaliyyət göstərmişdir. Bu baxımdan fakültənin M.F.Axundov adına Milli Kitabxanası, AMEA-nın Mərkəzi Elmi Kitabxanası, Prezident Kitabxanası və digər respublika əhəmiyyətli kitabxanalarla əlaqələri daim inkişaf etmişdir. Fakültənin bu əlaqələri, xüsusən də respublikamız dövlət müstəqilliyini bərpa etdikdən sonra daha da intensivləşmişdir.

Fakültənin bu sahədə göstərdiyi fəaliyyətdən bəhs edərkən 1999-cu ildə fakültənin dekanı prof. X.İ.İsmayılov, fakültənin bir sıra əməkdaşları və respublikanın kitabxana ictimaiyyətinin nümayəndələri ilə birgə təsis edilmiş Azərbaycan Kitabxana İşinin İnkişafı Assosiasiyasının (AKİİA) böyük rolu olmuşdur.

Təsis olunduğu vaxtdan dərhal sonra AKİİA dünyanın bir çox ölkələrində fəaliyyət göstərən kitabxana təşkilatları, beynəlxalq təşkilatlar ilə sıx işgüzar əlaqələr qurmağa başlamışdır. Bunların arasında ilk növbədə ABŞ-ın Azərbaycandakı səfirliyi, Açıq Cəmiyyət institutunun Bakı ofisi, Amerika Kitabxana Assosiasiyasını qeyd etmək olar. Fakültənin bir çox beynəlxalq proqramlarda və layihələrdə yaxından iştirakı məhz AKİİA-nın təşkilati dəstəyi ilə mümkün olmuşdur. Bu layihə və tədbirlər təkcə universitetə deyil, bütün respublikada kitab-xana işinə fayda gətirmişdir. Belə tədbirlər içərisində 1999-cu ildə ABŞ-ın Azər-baycandakı səfirliyinin təşkilati və maliyyə yardımı ilə keçirilmiş seminarı qeyd etmək olar. Respublikamızda kitabxana fəaliyyəti ilə bağlı ilk beynəlxaq tədbir olan bu seminara ABŞ-dan, Litvadan və Rusiya Federasiyasından gəlmiş kitabxanaçı mütəxəssislər qatılmışdı. Buraya müasir kitabxana-bibilioqrafik fəaliyyətdə geniş istifadə edilən maşınla oxunan kataloqlaşdırma (MARC) texnologiyaları müzakirə edilmişdir. Xaricdən gələn qonaqlar fakültədə olan tədris prosesi ilə tanış olmuşlar.

Yenə həmin ildə fakültənin alimlərinin və AKİİA-nın təklifi və ABŞ səfirliyinin dəstəyi ilə Bakıda Kitabxanaçılar üçün İnformasiya-resurs və təlim mərkəzi (KİRTM) təsis edilmişdir ki, burada kitabxana işçiləri ilə yanaşı fakültənin əməkdaşları da yeni kitabxana-informasiya texnologiyalarına dair məşğələlərdə iştirak etmişdir. Bu mərkəzin rəhbərləri amerikalı Kitabxana mütəxəssisi Pol Miller və digər mütəxəssislər fakültənin beynəlxalq nüfuz və əlaqələrinin geniş-lənməsinə öz yardımını göstərmişlər.

Fakültənin beynəlxalq əlaqələrinin inkişafında Avrasiya fondunun dəstəyi ilə həyata keçirilmiş "Qafqaz " Treninq mərkəziniıı böyük əhəmiyyəti olmuşdur. Cənubi Qafqaz Respublikalarında kitabxana işinin kitabxanaçı təşkilatlarının fəaliyyətinin gücləndirilməsinə yönəlmiş bu layihədə bu sahənin mütəxəssisləri üçün yeni tipli interaktiv məşğələlər keçirilmişdir ki, bu işdə də fakültənin əməkdaşlarına amerikalı və gürcü mütəxəssisləri yardım göstərmişlər. Layihə çərçivəsində fakültənin nümayəndəsi, AKİİA-nın prezidenti prof. X.İsmayılov bir neçə dəfə Tbilisi şəhərində olmuş gürcu həmkarlar ilə faydalı görüşlər keçirmişdir.

Fakültənin beynəlxaq əlaqələrinin genişləndirilməsində Avropa Şurasının TASİS proqramının çərçivəsində həyata keçirilən "Universitetlərin modernləş-məsi" proqramının da böyük əhəmiyyəti olmuşdur. Bu uzun müddətli proqram Avropanın İnkişaf etmiş ölkələrinin ilk növbədə Fransa və Belçikanın ali təhsil sahəsində təcrübəsinin öyrənilməsində və MDB ölkələrində, o cümlədən azər-baycanda tətbiq edilməsini nəzərdə tuturdu. Bu layihə çərçivəsində fakültənin dekanı prof. X.Ismayılov 2001-ci ilin iyulunda Belçikanın Namur şəhərində, 2003-cü ilin mayında isə Fransanın müxtəlif şəhərlərində yerləşən ali məktəblərdə olaraq orada təhsil işinin təşkili ilə yaxından tanış olmuşlar. Bu proqram çərçivəsində fakültənin müəllimi Əliyusif Məhəmməd oğlu Məmmədov da 2002-ci ilin noyabrında Lion şəhərində yerləşən Milli Ali Kitabxanaçılıq Informasiya mərkəzində keçirilən təlimlərdə iştirak etmişdir.

Fakültənin yaxından iştirak etdiyi digər bir beynəlxalq layihə ABŞ Dövlət Departamentinin yardımı ilə həyata keçirilmiş BDU və İndiana Universitetləri (ABŞ) arasında əlaqə proqramı olmuşdur. Hər iki universitetin pedaqoji kollektivi arasında əlaqələrin yaradılması, təcrübənin qarşılıqlı öyrənilməsinə yönəlmiş bu layihədə əsasən BDU-nun Tarix, Hüqüq, Jurnalistika və o cümlədən Kitabxanaçılıq-informasiya fakültəsinin əməkdaşları yaxından iştirak etmişdir. Bu layihə çərçivəsində fakültənin müəllimi Əliyusif Məhəmməd oğlu Məmmədov 2003-cü ilin yanvar-may aylarında İndiana Universieti (KİEA Bliminqton) Kitabxana-informasiya Elmləri məktəbində ixtisasartırma kurslarında olmuşdur. Bu ezamiyyət ərzində o dörd konfransda iştirak etmiş və tezis dərc etdirmişdir. Bu proqramın tərkib hissəsi kimi 2003-cü ildə İndiana Universiteti və (Bliminqton) əsas kitabxana işinin biblioqrafı Bob Qollart BDU-ya gələrək universitetin və Kitabxanaçıhq-informasiya fakültəsinin işi ilə yaxından tanış olmuşdur. Bundan əlavə yenə həmin universitetin Kiev-m magistri Meqan Mok Kril də 3 ay ərzində BDU-da olmuş, Amerikaşünaslıq mərkəzində çalışmış, Kitabxanaçılıq-informasiya fakültəsinin tələbələri ilə təlim keçmişdir.

Fakültənin beynəlxalq əlaqələrinin genişlənməsində yuxarıda adı qeyd edilmiş AKİİA-nın böyük xidmətləri olmuşdur. Bu təşkilat dünyanın Kitabxana-informasiya fəaliyyəti sahəsində ən böyük beynəlxalq təşkilatına-IFLA-ya Azər-baycandan üzv kimi qəbul edilmiş ilk təşkilat olmuşdur. AKİİA-nın prezidenti prof. X.İsmayılov iki dəfə (2001-ci il Boston və 2005-ci il Oslo) IFLA-nın illik konfranslarında iştirak etmiş Azərbaycan nümayəndə heyətinə başçılıq etmişdir. 2001-ci il konfransının işində prof. X.İ.İsmayılovla yanaşı, fakültənin müəllimi Ə.M.Məmmədov da iştirak etmişdir.

Fakültənin Baltikyanı ölkələrdəki həmkarları ilə də sıx beynəlxalq əlaqələri mövcuddur. Belə ki, bu ölkələrin nümayəndələri dəfələrlə Azərbaycanda və fakültənin nümayəndələri ilə də həmin ölkələrdə olmuş faydalı əməkdaşlıq quraraq inkişaf etdirmişdir. 2004-cü il 4-11 noyabrda Açıq Cəmiyyət İnstitunun yardımı ilə prof. X.İ.İsmayılovun başçılığı ilə azərbaycanı təmsil edən nümayəndə heyəti Litvaya səfər etmişdir. Həmin ölkədə kitabxanaçıhq işi, kitabxana-informasiya təhsili, peşə təşkilatlarının fəaliyyəti ilə tanış olmuşlar. Səfər çərçivəsində onlar Vilnüs Universitetinin işi, oranın elmi kitabxanasının fəliyyəti və kitabxanaçılıq fakültəsinin işi ilə yaxından tanış olmuşlar.

Son dövrlər fakültənin beynəlxalq əlaqələri daha da genişlənmişdir. 18-24 dekabr 2013-cü il tarixlərində Başqırdıstan Dövlət Pedaqoji Universiteti Sosial-humanitar fakültəsinin dekan müavini, dosent Qilmayonova Rimma fakültədə elmi ezamiyyətdə olmuşdur. DosentQilmayonova tələbələrə Rusiyada məscid kitabxanalarının tarixindən, etnomühit və mütaliə problemlərindən mühazirə oxuyub, həmçinin fakültənin «Kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslığın aktual problemləri» adlı elmi seminarda məruzə ilə çıxış etmişdir.

2014-cü ilin mart ayında Başqırdıstan Dövlət Pedaqoji Universiteti Sosial-humanitar fakültəsinin bir qrup tələbəsi fakültədə təcrübə mübadiləsində olmuşlar. Onlara 72 saat həcmində dərs tədris edilmişdir. Eyni zamanda onlar ölkənin kitabxana-informasiya mühiti ilə tanış olmuşlar.

Kitabxanaçılıq-informasiya fakültəsinin III  kurs ing-1 qrup  tələbələri- Rüstəmova Ayşən, Misrixanova Lalə, Məmmədova Aytəkin və Həsənli Rüfət, “Miras Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi” və “Belçika Türk Dərnəkləri Birliyinin” birgə layihəsi olan Erasmus+ tələbə mübadiləsi proqramında 28.10.2016-03.11.2016-cı il tarixlərində iştirak etmişlər. Proqram Belçikanın Brüssel, Antwerpen, Gent, Genk, Hasselt, Beringen şəhərlərində keçirilmişdir. Proqram boyunca tələbələr multikultiralizmlə bağlı müzakilərdə iştirak etmişlər. Türksoylu natiq və uğurlu kariyera sahibləri Alderman, Ali Çağlar, Emir Kir, tarixçi Tina De Ghent ilə öyrənmə ərəfəsində müsbət və mənfi təcrübə, Türklərin Belçikaya gəlmə tarixləri haqqında söhbətləri dinləyiblər. Tələbələr Be Mine muzeyini, Yunus Emre camisini, məşhur meydan  və kilsələri, Avropanın   siyasi mərkəz şəhəri Brüsseldə Federal Parlamenti (European Perliament), Avropa Komissiyasını (European Commision), Manneken Pis heykəlini, Grand Place meydanını, Atomiumu, St.Michael və St.Gudula Katedralını, Kraliyyət sarayını (Place Royal) Cinquantenaire parkını, Antoworldü, Antwerpen limanını, Grotte Marktı, bələdiyyə binasını, “Loncalae Evi”ni, Esro Nehrini, ÖVL Katedralını, “Het Steen” şatosunu ziyarət etmişlər. Federal Parlamentin iş sistemi, Avropa Komissiyasında Simon Pascoenin təlimində iştirak etmiş və komissiyasının strukturu ilə tanış olmuşlar. Bir həftəlik proqram sonunda tələbələr Avropa Komissiyası tərəfindən təsdiqlənmiş, Erasmus+ (Youth Exchanges) sertifikatı və hədiyyələrlə qiymətləndirilmişlər.

Bookmark and Share
© Bakı Dövlət Universiteti