ZƏRBALİYEVA ESMİRA MƏNAF QIZI
Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsinin tyutoru (akademik məsləhətçi)
İş telefonu: (+994 012) 539-08-03
e-mail: [email protected]
QISA BİOQRAFİK MƏLUMAT
- 1984-cü il avqust ayının 15-də Hacıqabul şəhərində anadan olub, azərbaycanlıdır.
- 2001-2006-cı-illərdə Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsinin əyani şöbəsində kitabxanaçılıq və biblioqrafiya ixtisası üzrə bakalavr pilləsində təhsil alıb.
- 2006-2008 cı-illərdə Bakı Dövlət Universiteti, kitabxanaşünaslıq kafedrasında kitabxanaşünaslıq ixtisası üzrə magistr təhsili alıb.
- 2012-ci ildə Bakı Dövlət Universiteti, Kitabxanaşünaslıq kafedrasına Kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq ixtisası üzrə dissertanturaya qəbul olub, “Kitabxanaların informasiya funksiyası oxuculara kitabxana-informasiya xidmətinin daha da təkmilləşdirilməsinin əsas istiqamətləri kimi (Bakı şəhər kütləvi kitabxanalarının iş təcrübəsi əsasında)” dissertasiya mövzusu üzərində işləyir.
- 2008-2009 cı-illərdə Bakı Dövlət Universiteti və Azərbaycan Elmi-Tədqiqat və Təhsil Şəbəkələri Assosiasiyasının birgə təşkil etdiyi Akademik məsləhətçi (tyutor) təlim kursunu keçib, sertifikatla təltif olunaraq elə həmin ildə fakültədə Akademik məsləhətçi (tyutor) vəzifəsində işləməyə başlayıb.
- 2009cu ildə Bakı Dövlət Universiteti Elektron Tədris Mərkəzi, web Master təlim kursunu keçib, fakültə web saytının hazırlanmasında iştirak edib.
- 2009-cu ildə BDU-nun əməkdaşlarının elm və təhsildə əldə etdikləri nailiyyətləri inkişaf etdirmək məqsədi ilə elan etdiyi Universitetdaxili “50+50” qrant proqramında “Bakı Universiteti Xəbərlərinin elektron versiyasının hazırlanması” mövzusu ilə layihəyə qoşulub, 2010-2011-ci illər ərzində qrant layihəsini işləyərək təqdim edib.
- 2014-cü ildə növbəti dəfə eyni adlı qrant proqramı çərçivəsində “Kitabxanaçılıq və informasiya ixtisası üzrə kadr hazırlığı üçün “Distant Təhsil Sistemi”nin yaradılması” adlı layihəni 2014-2015-ci illər ərzində işləyərək təqdim edib.
- 2009-cu ilin mart ayının 13-dən bu vaxta qədər Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsinin tyutoru vəzifəsində çalışır.
- 2011-ci ildə BDU Rektoru tərəfindən “Təşəkkürnamə” verilib.
- 2018-ci ildə BDU Rektoru tərəfindən “Fəxri fərman” ilə təltif olunub.
- 2018-19-cu tədris ili üçün respublikanın ali və tam orta təhsil bazasından sənəd qəbulunu İnternet vasitəsi ilə aparmaq üçün yaradılmış Sənəd Qəbulu komissiyasının tərkibində iştirak etmişdir.
ƏMƏK FƏALİYYƏTİ
- 2009-cu ildən Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsinin akademik məsləhətçisi
- 2018-ci ildən Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsinin Veb saytının Veb masteri
- 2018-ci ildən Kitabxanaşünaslıq kafedrasının saathesabı müəllimi
ELMİ FƏALİYYƏTİ
- Kitabxanaşünaslıq, Biblioqrafiyaşünaslıq, Kitabşünaslıq.
TƏDQİQAT SAHƏSİ
Nəzəri və praktiki kitabxana işinin informasiya funksiyasının inkişaf tarixi, müasir kitabxana nəzəriyyəasində kitabxananın informasiya funksiyası, kitabxanaların informasiya funksiyasının müasir vəziyyəti və inkişaf perspektivləri, kitabxanaların xidmət və məhsullarının müasir quruluşunun təhlili, müasir kitabxana informasiya xidmətləri kompleksi - kitabxanaların informasiya funksiyasının həyata keçirilməsində əsas kimi.
SEÇİLMİŞ ELMİ ƏSƏRLƏRİNİN SİYAHISI
- 1. Zərbaliyeva E.M., Kitabxanalarda bədii ədəbiyyatın təbliği// Bakı Dövlət Universiteti, Kitabxanaçılıq-informasiya fakültəsinin 60 illik yubileyinə həsr olunmuş magistrant və doktorantların Respublika Elmi Konfransı, B., 2007
- 2. Zərbaliyeva E.M., Yeniyetmələrin bədii zövqünün formalaşmasında kitabxanaların rolu // Kitabxanaşünaslıq və biblioqrafiya (elmi-nəzəri, metodik vətəcrübi jurnal), 2008, N1,
- 3. Zərbaliyeva E.M., İnformasiya funksiyası- kitabxaların müasir inkişafında əsas sosial funksiya kimi// “Heydər Əliyev və kitabxana quruculuğu” mövzusunda magistrant və doktorantların Respublika Elmi Konfransı, B., 2013
- 4. Zərbaliyeva E.M., 2013-cü ilin “İkt ili” elan olunmasının kitabxanaların informasiya funksiyasının həyata keçirilməsinə təsiri //Kitabxana informasiya texnologiyaları müasir mərhələdə” mövzusunda magistrant və doktorantların Elmi Konfransı, B., 2013
- 5. Zərbaliyeva E.M., Kitabxanaların informasiya funksiyası kitabxanaların informasiyalaşdırılmasının əsas amili kimi // Müasir dövrdə kitabxana-informasiya fəaliyyətinin və kitabşünaslığın müasir problemləri mövzusunda magistrant və doktorantların Respublika Elmi Konfransı, B., 2015
6. Zərbaliyeva E.M., İnformasiya funksiyası kitabxanaların informasiyalaşdırılmasının əsas amili kimi// Kitabxanaşünaslıq və informasiya (elmi-nəzəri və praktiki jurnal), 2015, N1,
7. Zərbaliyeva E.M., Kitabxanaların informasiya funksiyası kitabxanaların informasiyalaşdırılmasının əsas amili kimi // Müasir dövrdə kitabxana-informasiya fəaliyyətinin və kitabşünaslığın müasir problemləri mövzusunda magistrant və doktorantların Respublika Elmi Konfransı, B., 2016
8. Zərbaliyeva E.M., MKS-lərin komputerləşdiriliməsi xüsusiyyətləri// Kitabxanaşünaslıq və informasiya (elmi-nəzəri və praktiki jurnal), 2017, N1,
DÖVLƏT VƏ BEYNƏLXALQ PROQRAMLARDA İŞTİRAK
- 2009-2010 - Bakı Dövlət Universiteti, “50+50” qrant proqramı “Bakı Universiteti Xəbərlərinin elektron versiyasının hazırlanması” adlı layihədə iştirak.
- 2014-2015 - Bakı Dövlət Universiteti, “50+50” qrant proqramı “Distant Təhsil Sistemi”nin yaradılması” adlı layihədə iştirak.
- 2018-2019 - Bakı Dövlət Universiteti, “50+50” qrant proqramı “BDU-da müdafiə olunmuş dissertasiyaların məlumat bazasının yaradılması” adlı layihədə iştirak.
