ELEKTRON KİTABLAR


Abuzər Xələfov


AZƏRBAYCANDA KİTABXANA İŞİNİN TARİXİ

3 hissədə: dərslik/ A. A. Xələfov. III hissə: XX əsrin ikinci yarısında və XXI əsrin əvvəllərində Azərbaycanda kitabxana işinin tarixi
Bakı: Bakı Universiteti Nəşriyyatı, 2010


Dərsliyin III hissəsi XX əsrin ikinci yarısında və XXI əsrin əvvəllərində respublikamızda müxtəlif kitabxana şəbəkələrinin inkişafı və formalaşması məsələlərinin araşdırılmasına və ümumiləşdirilməsinə həsr edilmişdir. Müəllif kitabxana işinin tarixini Azərbaycan mədəniyyətinin tərkib hissəsi kimi tədqiq etmiş, ölkəmizin mədəni inkişafında kitabxanaların rolunu və vəzifələrini elmi şəkildə sistemləşdirmişdir. Dərsliyin son hissəsində XX əsrin əvvəllərində, o cümlədən İlham Əliyevin hakimiyyəti illərində ölkəmizdə müxtəlif kitabxana şəbəkələrinin inkişafının aydın mənzərəsi yaradılmışdır. Dərslikdə "Kitabxana işi haqqında" Azərbaycan Respublikasının Qanunu da şərh edilmişdir.


Abuzər Xələfov


AZƏRBAYCANDA KİTABXANA İŞİNİN TARİXİ

3 hissədə: dərslik/ A. A. Xələfov. II hissə: XX əsrin birinci yarısında Azərbaycanda kitabxana işinin tarixi
Bakı: Bakı Universiteti Nəşriyyatı, 2007


Dərsliyin II hissəsi XX əsrin birinci yarısında respublikamızda kitabxanaların yaranması, inkişafı və formalaşması məsələlərinin tədqiqinə və təhlilinə həsr olunmuşdur. Müəllif müxtəlif tipli və növlü kitabxanaların inkişaf xüsusiyyətlərini ölkənin ictimai-siyasi, elmi-mədəni və sosial-iqtisadi həyatı ilə vəhdətdə şərh etmiş, kitab nəşri, mətbuat və mədəniyyətin digər sahələri ilə sıx əlaqələndirmişdir. Dərslikdə ilk dəfə olaraq Azərbaycan Demokratik Cümhuriyyəti dövründə kitabxana quruculuğu məsələləri konkret faktlar və rəqəmlər əsasında təhlil edilmişdir.



Abuzər Xələfov

AZƏRBAYCANDA KİTABXANA İŞİNİN TARİXİ

3 hissədə: dərslik/ A. A. Xələfov. I hissə: Ən qədim dövrlərdən XX əsrə qədər
Bakı: Bakı Universiteti Nəşriyyatı, 2004


Müstəqillik illərində ana dilimizdə ilk dəfə nəşr olunan "Azərbaycanda kitabxana işinin tarixi" dərsliyi ən qədim zamanlardan XX əsrə qədərki dövrdə ölkəmizin ərazisində meydana gəlmiş kitabxanaların inkişafını xronoloji ardıcıllıqla əhatə edir. Dərslikdə ayrı-ayrı tarixi mərhələlərdə yaranıb formalaşmış saray, məscid, mədrəsə, məktəb və s. kitabxanaların fəaliyyəti haqqında geniş məlumat verilir.


Abuzər Xələfov


Azərbaycanda kitabxana işinə dair Heydər Əliyev doktrinası uğurla davam edir

Bakı -2009.

 

Kitabda ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikasına 34 illik rəhbərliyi dövründə Azərbaycan Mədəniyyətinin ayrılmaz tərkib hissəsi olan kitabxana quruculuğu sahəsində misilsiz xidmətləri, həyata keçirdiyi kitabxana siyasəti ümumiləşdirilmiş və bu siyasətin ulu öndərin layiqli varisi İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi işıqlandırılmışdır.Kitabda həmçinin son 5 ildə Respublikamızda kitabxana quruculuğu sahəsində həyata keçirilən böyük dövlət tədbiirləri və əldə edilmiş parlaq nəaliyyətlər öz geniş şərhini tapmışdır.Kitab geniş kitabxana ictimaiyyəti,mədəniyyət tarixçiləri və kitabxanaçılıq təhsili müəsissələrinin professor müəllim heyəti və tələbələri üçün nəzərdə tutulmuşdur.





Xəlil İsmayılov

KİTABXANA MENECMENTİNİN ƏSASLARI

Bakı-2007

Azərbaycan dilində ilk vəsaitdir.

Kitabda əsasən idarəetmənin daha geniş təzahürü kimi meydana çıxan kitabxana menecmentinin mahiyyəti hüquqi əsasları, məqsədi, vəzifələri, funksiyaları və prinsipləri elmi şəkildə ümumiləşdirilərək təhlil edilir.

Əsasən kitabxanaşünas-biblioqraf ixtisasına yiyələnən tələbələr üçün nəzərdə tutulan bu dərs vəsaitindən respublikamızın geniş kitabxana ictimaiyyəti, həmçinin idarəetmə və təşkilatçılıq məsələləri ilə maraqlanan digər mütəxəssislər də istifadə edə bilər:

Kitabı tam şəkildə PDF formatında yükləyin.



Xəlil İsmayılov

AZƏRBAYCAN RESPUBLİKASINDA

KİTABXANA İŞİNİN METODİK TƏMİNAT SİSTEMİNİN

İNKİŞAF TARİXİ

(1918-2000-ci illər)

B A K I – 2000

Monoqrafiya Azərbayganda kitabxanaların metodik tə’minat sisteminin yaranması və təkmilləşdirilməsi məsələsinin elmi gəhətdən ümümiləşdirilməsinə və təhlilinə həsr edilmişdir.

Kitabda ilk dəfə olaraq respublikamızda metodik tə’minatın nəzəri və təgrübi inkişaf yolları tədqiqata gəlb edilir, kitabxanaçılıq işi üzrə ilk metodik mərkəzlərin meydana cəlməsi, ayrı-ayrı tarixi mərhələlərdə döv-lət kütləvi kitabxana sistemi ilə yanaşı, Elmlər Akademiyası, Həmkarlar İttifaqı, tibb, texniki, kənd təsərrüfatı, təhsil, uşaq kitabxana şəbəkələrinin metodik tə’minatı arxiv materialları əsasında araşdırılır. Burada müxtəlif tipli və növlü kitabxanaların elmi-metodik tə’minat sahəsindəki uğurları, habelə nöqsanları faktlarla cöstərilir. Eyni zamanda Azərbayganın müstəqilliyi şəraitində kitabxana işinin metodik tə’minatının optimallaşdırılması konsepsiyası irəli sürülür.

Kitab kitabxanaçılıq işi sahəsində çalışan mütəxəssislər, müəllimlər, tələbə-lər və kitabxana igtimaiyyəti üçün nəzərdə tutulmuşdur.

Kitabı tam şəkildə PDF formatında yükləyin.

 

 


Xəlil İsmayılov

KİTABXANA İŞİNİN TƏŞKİLİ

VƏ İDARƏ EDİLMƏSİ

(Dərslik)

BAKI-2010

“Kitabxana işinin təşkili və idarə edilməsi” fənni üzrə hazırlanmış bu dərslik Azərbaycan dilində  ilk dəfədir ki çap olunur. Kursun əsas məqsədi, əhaliyə kitabxana xidmətinin  səmərəliliyini və keyfiyyətini yüksəltmək üçün elmi idarəetmənin əsaslarını öyrətməkdən, kitabxana işinin təşkili və idarə edilməsinin  nəzəri əsaslarını şərh etməkdən, onun inkişaf perspektivlərinin qanunauyğunluqlarını açıb göstərməkdən, həm­çinin tələbələri kitabxana işinin ilkin təşkilati vərdişlərinə yiyə­lənməyə yönəltməkdən ibarətdir.

Dərslikdə nəzərdə tutulan ayrı-ayrı mövzuların tədrisi zamanı problemlərin izahında, nəzəri məsələlərin öyrənilməsində dünya təcrübəsi əsas götürülmüş, Respublikamızın kitabxanalarının iş təcrübəsinə  isnadlar  edilmişdir.

Dərslik BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin  pro­fessor-müəllim və tələbə heyəti, həmçinin  orta ixtisas  məktəblərinin  müəllim və tələbələri, o cümlədən geniş kitabxana ictimaiyyəti üçün nəzərdə tutulmuşdur.

 

Kitabı tam şəkildə PDF formatında yükləyin.


KİTABXANAÇILIQNFORMASİYAFAKÜLTƏSİ– 60

Biblioqrafikməlumatkitabı

BAKI – 2008

Kitabda BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin kollektivinin 60 illik elmi-tədqiqat fəaliyyətinə nəzər salınır və həmin fəaliyyətin nəticələri olan əsərlərin biblioqrafik göstəricisi təqdim edilir.

Məlumat kitabı BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin Azərbaycanda kitabxanaşünaslıq, biblioqrafiya¬şünaslıq və kitabşünaslıq elmlərinin inkişafı sahəsindəki xidmətlərinin və nailiyyətlərinin biblioqrafik yekunudur.

Biblioqrafik məlumat kitabı ali və orta ixtisas kitabxanaçılıq məktəblərinin professor-müəllim və tələbə kontingenti, o cümlədən geniş kitabxanaçılıq-biblioqrafiya ictimaiyyəti, sahə tədqiqatçıları üçün nəzərdə tutulmuşdur.

Kitabı tam şəkildə PDF formatında yükləyin.

Z. H. ƏLİYEV

AZƏRBAYCAN BİBLİOQRAFİYASININ TARİXİ

dərslik

Bakı - 2007

Kitabda Azərbaycan milli biblioqrafiyasının meydana gəlməsi, inkişafı tarixindən, müasir vəziyyətindən, ölkənin mühüm sosial institutlarının, o cümlədən Azərbaycan Dövlət Kitab Palatasının, M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının, F.B.Köçərli adına Azərbaycan Respublika Uşaq Kitabxanasının, xüsusi elmi kitabxanalarının və başqa müəssisələrinin biblioqrafik informasiya sahəsində əldə etdikləri nailiyyətlərdən ətraflı bəhs olunur.

Dərslik BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin bakalavr və magistr təhsili alan tələbələri, kitabxana işçiləri və Mədəni-maarif məktəbinin kitabxanaçılıq şöbəsinin tələbələri üçün əhəmiyyətli ola bilər.


Kitabı tam şəkildə PDF formatında yükləyin.

Qəmzə Hacıyeva

XARİCİ BİBLİOQRAFİYA

Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 13.10.2008-ci il 1139 saylı

əmri ilə dərs vəsaiti kimi təsdiq edilmişdir.

Bakı – 2008

Dərs vəsaitində milli və beynəlxalq biblioqrafik sistemlərin meydana gəlməsi, onun inkişaf istiqamətləri və müasir problemləri əks olunmuşdur. Vəsaitdən tələbələr və müəllimlər, həmçinin kitabxanaşünas-biblioqraflar istifadə edə bilərlər.

Kitabı tam şəkildə PDF formatında yükləyin.

Sima İsmayılova

BƏDİİ ƏDƏBİYYAT VƏ ƏDƏBİYYATŞÜNASLIQ ÜZRƏ SƏNƏD KÜTLƏSİ BİBLİOQRAFİYALAŞDIRMA OBYEKTİ KİMİ

dərs vəsaiti

Bakı – 2008

«Bədii ədəbiyyat və ədəbiyyatşünaslıq üzrə sənəd kütləsi biblioqrafiyalaşdırma obyekti kimi» adlı dərs vəsaitiində biblioqrafiyalaşdırma obyekti olan sənəd kütləsinin formalaşması xüsusiyyətləri və onların nəşr tipləri haqqında məlumat verilmişdir.

Dərs vəsaiti BDU-nun kitabxanaçılıq-informasiya fakültəsinin bakalavr pilləsinin tələbələri, eləcə də ədəbi biblioqrafiyanın nəzəri, metodiki və təcrübi məsələləri ilə məşğul olan mütəxəssislər üçün nəzərdə tutulmuşdur.

Kitabı tam şəkildə PDF formatında yükləyin.

Şəhla Tahirqızı

MÜƏLLİF HÜQUQU

dərs vəsaiti

BAKI - 2008

«HS 060100 – Nəşriyyat işi və redaktəetmə» ixtisası üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulmuş bu vəsaitdən hüququn digər sahələrində çalışanlar, tələbələr və müəllimlər, həmçinin naşirlər və müəlliflər istifadə edə bilərlər.

Kitabı tam şəkildə PDF formatında yükləyin.

Sahib Rzayev

KİTABXANA XİDMƏTİ

(Dərslik)

Bakı-2008

Vaxtilə  «Oxucularla iş» adlanan, bu gün isə «Kitabxana xidməti» adı ilə tədris olunan fənnin bu dərsliyi Azərbaycan dilində ilk dəfə yazılaraq nəşr olunmuşdur. Dərslikdə oxuculara xidmət işinin məqsədi, məzmunu və vəzifələri elmi-nəzəri cəhətdən izah olunmuş, şəxsiyyətin formalaşmasında, cəmiyyətin intellektual səviyyəsinin inkişafında mütaliənin və bu işə xidmət edən kitabxanaların rolu əsaslandırılmışdır.

Dərslikdə kitabxanalarda oxuculara xidmət sistemi, onun forma və üsulları, xidmət texnologiyasının məzmunu təhlil olunmuşdur.

Dərslikdə oxucu marağı, oxucu tipologiyası, mütaliə psixologiyası, mütaliə sosialogiyası və mütaliə pedaqogikası kimi mühüm problemlərin şərhi verilmişdir. Burada həmçinin kitabxana ünsiyyəti, kitabxana etikası, kitabxana xidmətində effektivlik, eləcə də kitabxaançılıq peşəsi və kitabxanaçının şəxsiyyəti üçün vacib sayılan əlamət və keyfiyyətlər izah olunmuşdur.

Dərslik BDU-nun kitabxanaçılıq-informasiya fakültəsinin tələbələri üçün nəzərdə tutulsa da, Bakı Mədəni Maarif məktəbinin tələbələri, respublikamızın geniş kitabxanaçılar ordusu, pedaqoqlar, psixoloqlar, sosioloqlar, eləcə də kütləvi oxucular istifadə edə bilərlər.

Kitabı tam şəkildə PDF formatında yükləyin.


Bookmark and Share
© Bakı Dövlət Universiteti