CƏFƏRLİ SƏBİNƏ ƏLİYAR QIZI
Biblioqrafiyaşünaslıq kafedrasının dissertantı,
Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya
fakültəsində tyutor (akademik məsləhətçi)
İş telefonu: (+994 012) 539-08-03
e-mail: sabinaapa3@mail.ru
QISA BİBLİOQRAFİK MƏLUMAT
- 1985-ci il yanvar ayının 10-da Bakı şəhərində anadan olub, azərbaycanlıdır.
- 2002-2007-ci illərdə Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültə-sində Kitabxanaçı-biblioqraf ixtisası üzrə bakalavr təhsili alıb.
- 2007-2010-cu illərdə Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakül-təsinin Kitabxanaşünaslıq kafedrasında Kitabxanaşünaslıq ixtisası üzrə magistr təhsili alıb.
- 2014-ci ildə Bakı Dövlət Universiteti, Biblioqrafiyaşünaslıq kafedrasına Kitabxanaşünaslıq və biblioqrafiyaşünaslıq; kitabşünaslıq ixtisası üzrə dissertanturaya qəbul olub, “Müstəqillik illərində Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin (MKS) diyarşünaslıq fəaliyyəti (Dağlıq Şirvan iqtisadi rayonunun kitabxanalarının materialları əsasında)” adlı dissertasiya mövzusu üzərində işləyir.
- 2009-2010-cu illərdə Bakı Dövlət Universiteti və Azərbaycan Elmi-Tədqiqat və Təhsil Şəbəkələri Assosiasiyasının birgə təşkil etdiyi Akademik məsləhətçi (tyutor) təlim kursunu fərqlənmə diplomu ilə bitirmişdir.
- Ailəlidir
ƏMƏK FƏALİYYƏTİ
- 11.07.2006-cı il tarixindən Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsində katibə-makinaçı vəzifəsində çalışıb.
- 01.10.2010-cu il tarixindən Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsində tyutor vəzifəsində çalışır.
ELMİ FƏALİYYƏTİ
Elm sahələri: Kitabxanaşünaslıq, Biblioqrafiyaşünaslıq, Kitabşünaslıq
Tədqiqat sahəsi: Biblioqrafiyaşünaslıq
ELMİ ƏSƏRLƏRİNİN SİYAHISI
1. Səbinə Əliyar qızı Abasquliyeva. Gənclərə kitabxana xidmətinin məqsəd və vəzifələri//Kitabşünaslıq və nəşriyyat işi elmi-nəzəri təcrübi jurnal.-Bakı: “Mütərcim” Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2009 №1 (5). Səh.63-66
2. Səbinə Əliyar qızı Cəfərli (Abasquliyeva). Dağlıq Şirvan İqtisadi rayonu Mərkəzləşdirilmiş kitabxana sistemlərində oxuculara informasiya xidmətinin təşkili// Kitabxanaşünaslıq və biblioqrafiya elmi-nəzəri və praktiki jurnal. – Bakı: “Mütərcim” Tərcümə və Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2015 № 1 (16), səh.131-134.
3. Səbinə Əliyar qızı Cəfərli (Abasquliyeva). Mərkəzləşdirilmiş Kitabxana Sistemlərində diyarşünaslıq fəaliyyəti// Kitabşünaslıq və redaktor sənəti elmi-nəzəri və təcrübi-metodik jurnal. – Bakı: AzTU-nun mətbəəsi, 2018 № 1 (6), səh.103-109.
4. Səbinə Əliyar qızı Cəfərli (Abasquliyeva). Dağlıq Şirvan İqtisadi rayonu Mərkəzləşdirilmiş kitabxana sistemlərində oxuculara informasiya xidmətinin təşkili// Müasir dövrdə kitabxana-informasiya fəaliyyətinin və kitabşünaslığın müasir problemləri rtepublika elmi konfransının tezisləri. – Bakı: 2015 səh.62-63.



