Bаkı Dövlət Univеrsitеti Kitаbxаnаşünаslıq kаfеdrаsının 2016-cı tədris ili üçün H Е S А B А T I
BAKI DÖLƏT UNİVERSİTETİ
KİTABXANAŞÜNASLIQ KAFEDRASI ÜZRƏ
2016-ci İLDƏ ELMİ-TƏDQİQAT İŞLƏRİNİN
YERİNƏ YETİRİLMƏSİ HAQQINDA
M Ə L U M A T H E S A B A T I
1. GİRİŞ
Respublikada aparılan təhsil islahatları həmçinin elmi-tədqiqat işlərinin yerinə yetirilməsində strateji yol xəritələrinin tətbiq olunması bu sahədə innovativ metodların tətbiqi elmi-tədqiqat işlərinin yerinə yetirilməsinin səmərəlik meyarina əsaslı təsir göstərir. Kitabxanaçılıq-informasiya fakültəsində elmi-tədqiqat işlərinin yerinə yetirilməsi 4 kafedra 1 ETL laboratoraiyası əməkdaşları tərəfindən həyata keçirilir.
2016-ci ildə Kitabxanaşünaslıq kafedrasında 13 nəfərdən ibarət professor-müəllim və laborant-texniki işçi heyəti fəaliyyət göstərmişdir. Bunlardan 1 nəfəri tarix elmləri doktoru, professor, 3 dosent, 3 nəfəri elmər namizədi, 1 nəfər baş müəllim, 2 nəfər 0,5 şt müəllim, 1 nəfəri laboratoriya müdiri, 2 nəfər laborantdır.
2. QRANTLAR ƏSASINDA YERİNƏ YETİRİLƏN
ELMİ TƏDQİQAT İŞLƏRİ
Cari hesabat ilində Kitabxanaşünaslıq kafedrasında respublikadaxili və beynəlxalq qrantlar əsasında yerinə yetirilən elmi tədqiqat işləri olmamışdır.
Bakı Dövlət Universitetində 2016-2017-ci illər üzrə elan olunan “Universitetdaxili 50+50 qrant layihəsi” proqramının BDU rektorunun 18.10 2016- cı il tarixli 2/501 saylı əmrinə əsasən N.N.İsmayılova “Bakı Universiteti Xəbərləri” jurnalının elektron versiyasının yaradılması və Bakı Dövlət Universitetinin veb saytında yerləşdirilməsi (2015-2016-cı illər üzrə)" adlı lahiyə ilə, “Kitabxanaların kompüterləşməsi” ETL laborantı A.V.Həsənova isə “”Heydər Əliyev və Azərbaycan” elmi tammətnli biblioqrafik məlumatlar bazasının yaradılması”, E.B..Həsənov IV kurs 1452qr. “Azərbaycan kitabxanaşünaslığına multikulturalizm və mədəniyyətlərin dialoqu məsələləri: təhlili və sistemləşdirilməsi” adlı lahiyələrlə qalib gəlmişlər.
3. AMEA İLƏ ELMİ ƏLAQƏLƏR
Kitabxanaşünaslıq kafedrasının müdiri, prof. A.Xələfov və kafedranın aparıcı alimləri AMEA Mərkəzi Elmi Kitabxanası ilə sıx əməkdaşlıq şəraitində işləmiş, birgə elmi tədbirlərdə, o cümlədən elmi konfranslarda iştirak etmiş, qarşılıqlı fikir mübadilələri aparmış, kitabxananın elmi kadr potensialının artırılnmasında, eləcə də elektron kataloqun yaradılmasında müəyyən köməklik göstərmişlər.
4. KAFEDRADA APARILAN ELMİ-TƏDQİQAT İŞLƏRİNİN
ƏSAS İSTİQAMƏTLƏRİ, ADI, SAYI, QISA ANNOTASİYASI
VƏ YERİNƏ YETİRİLMƏSİ
Hesabat ilində Kitabxanaşünaslıq kafedrasının professor-müəllim heyəti planda nəzərdə tutulmuş “İnformasiya cəmiyyəti şəraitində kitbxana işi və kitabxanaşünaslığın müasir problemləri (tarixi müasir problemləri və inkişaf perspektivləri)” problemi istiqamətində “İnfоrmаsiyа cəmiyyəti və ki¬¬tаbхаnа işinin müаsir prоblеmləri” mövzusunda kompleks elmi-tədqiqat işini müasir dövrdə kitabxanaşünaslıq elminin qarşısında duran əsas vəzifələrlə əlaqələndirmiş, araşdırdıqları mövzunu elmi cəhətdən düzgün əsaslandırmış, tədqiqatda qısaca olaraq aşağıdakı annotasiyaları ümumiləşdirmişlər:
Kafedra əməkdaşlarının elmi-tədqiqat işlərinin annotasiyası aşağıdakı kimidir:
Mövzu: Ulu öndər H.Əliyevin Azərbaycançılıq fəlsəfəsi konsepsiyası və onun müstəqil Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində və inkişafında rolu Kitabxa¬nalar¬da Azərbaycan-çiliq milli ideologiyasının və dövlətçiliyin təliğinin forma və üsulları
Müasir şəraitdə kitabxanaların qarşısında duran oxuculara kitabxana xidmətinin təşkili prosesində oöuculara milli ideologiyanın, Azərbaycancılıq ideologiyasının və dövlətciliyin təbliği probleminin elmi-nəzəri əsaslarına dair tövsiyələr hazırlamaqdır.
2.dos. A.İ.Qurbanov
Mövzu: Kitabxana informasiya fəaliyyətində marketinq tədqiqatlar
İnformasiya cəmiyyəti və kitabxana işinin müasir problemlərini araşdırmaq məqsədilə kitabxana informasiya fəaliyyətində biblioqrafik tədqiqatların aparılması nəzərdə tutulur
3. Dosent E.Y.Əhmədov
Mövzu: Respublika Gənclər kitabxanasında hüquq informasiya mərkəzinin iş planı
Elmi-tədqiqat işində respublika gənclər kitabxanasının hüquqi informasiya fəaliyyəti tədqiqata cəlb olunub. Burada həmçinin gənc oxucuların hüquqi biliklərə yiyələnməsində bu mərkəzin rolu müəyyənləşdirilmişdir.
4. Dosent M.Ə.Məmmədov
Mövzu: Respublika Elmi-texniki kitabxanasının sənəd-informasiya təminatı olmuşdur.
Tədqiqat zamanı toplanmış elmi və təcrü00bi işləri ümumiləşdirmək, yeni xidməti metodlarının meydana cıxarılmasına və təcrübəyə tətbiq edilməsinə səy göstəriləcəkdir.Bu da mütəxəssislərə kitabxana informasiya xidmətinin təşkilində mühüm amil hesab edilməlidir.
5. tarix üzrə fəlsəfə doktoru P.F.Kazımi
Mövzu: Türk xalqlarının kitab və kitabxana mədəniyyətinin mənbəşünaslığı
Türk dövlətlərinin 1991-ci ildən başlayaraq kecirilən zirvə toplantıları Türkdilli xalqların inteqrasiya məsələlərini hədəfə gündəmə qoyur və bu istiqamətdə siyasi ifadə edilir.Mütəxəssislərin inteqrasiya istiqamətində imkanların öyrənilməsi məsələsi bu baxımdan əhəmiyyətlidir və tədqiqat inteqrsiya istıqamətlərini öyrənməyə yönəldib
6.b.müəl.N.N.İsmayılova
Mövzu: “Korporativ kitabxana-informasiya şəbəkələrinin, elektron kitabxana və elektron kataloqların yaradılmasında tətbiq edilən texnologiyalar”
Bu еlmi-tədqiqаt işində mövzu ilə əlaqədar mövcud mаtеriаllаrа, nəzəri ədəbiyyata və digər sənədlərə əsаslаnаrаq, kоnkrеt fаktlara isnаd edərək korporativ şəbəkələrin, elektron kitabxanaların və elektron kataloqların cəmiyyətin formalaşmasındakı rolu, koorporativ kitabxana informsiya şəbəkəsi avtomatlaşdırılmış kitabxanaların könüllü konsorsumumu əsasında yaradılır.
7.f.r.f.d.N.Ə.Həsənova
Mövzu: “Rəqəmsal kitabxanalarda informasiyanin qorunmasi problemləri”
Elmi-tədqiqat işində müasir rəqəmsal kitabxanaların xarakterik xüsusiyyətləri əks edilmiş, informasiya kommunikasiya texnologiyalarının kitabxanalara tətbiqi məsələlərinə baxılmışdır. Tədqiqat işində elmi biliklərin translyasiyası mexanizminə araşdırılmışdır. Informasiyalaşdırılmış cəmiyyətdə böyük həcmli elmi informasiyanın toplanması, təsnifatı və ötürülməsi üsulları araşdırılmışdır. Informasiyanın kəmiyyət xarakteristikaları tədqiq edilmişdir. Tədqiqat işində həmçinin informasiyanın qorunması problemləri araşdırılmışdır.
8.müəl.C.R.Şirinov
Mövzu: “Elmi kitabxana proseslərinin informasiyalaşdırılmasının müasir vəziyyəti”
Tədqiqat mövzusunda kitabxana proseslərinin müasir vəziyyətinə toxunulmuşdur. Xüsusilə bu sahədə qərb ölkələrinin iş təcrübəsi araşdırılmışdır. Sual-cavab sistemləri adlı məruzəylə konfransda çıxış etmişdir.
9. müəl.H.O.Zeynalova
Mövzu: Respublika elmi tibb kitabxanaları müstəqillik illərində
Azərbaycanın informasiya məkanında Respublika elmi tibb kitabxanasının yerini müəyyən etməkdən və kitabxananın fəaliyyətinə dair sənədləri, məlumatları, faktları təhlil edib elmi dövriyəyə daxil etməkdən ibarətdir.
5. DƏRC OLUNMUŞ ELMİ İŞLƏRİN XARAKTERİSTİKASI
1 Xələfov A.A. Kazimi P.F. Türk dünyası Milli kitabxanaları (monoqrafiya)
2 Xələfov A.A. Multikultralizm dəyərlərinin kitabxana-informasiya məkanında təbliği problemləri (məqalə)
4 Xələfov A.A., Qurbanov A.İ. Kitabxanaların kompüterləşdirilməsinin əsasları (dərslik)
5 Qurbanov A.İ.,Rusiyada Kitabxanaçılıq-informasiya fəaliyyəti üçün peşə standartının hazırlanması metodikası (məqalə)
6 Qurbanov A.İ. WEB proqramlaşdırmaya giriş (monoqrafiya)
7 Əhmədov E.Y. Uşaq və gənclərə kitabxana informasya təminatı (Monoqrafiya)
8 Əhmədov E.Y. Uşaq kitabxanalarının informasyalaşdırılması (tezis)
9 Məmmədov M. Respublika Elmi-texniki kitabxanasında metodik təminatın təşlilisənəd-informasiya təminatı (məqalə)
10 Məmmədov M. Azərbaycanda texniki kitabxanaların inkişafi (monoqrafiya)
11 Məmmədov M. Sahəvi kitabxanalarda mühəndis texniki işçilərə kitabxana-informasiya xidmətinin təşkili (tezis)
12 Məmmədov M.Организация информасионного обеспеченние читателей в научно отрасяевых библиотеках (Киев)
13 Məmmədov M. Azərbaycanda Texniki kitabxanaların inkişafı (məqalə)
14 Kazimi P.F. “E - kitabxana” və elektron resursların formalaşması modeli. Ali məktəblərdə E – kitabxanaların təşkili və onlardan istifadə olunması istiqamətləri. (konfrans materialı)
15 Kazimi P.F. İnformasiya menecmentinin müasir problemləri (informasiyanın qiymətləndirilməsi)
16 Kazimi P.F. İnformasiya menecmentinin aktual problemlər (məqalə)
17 İsmayılova N. "Creation of Electronic Catalogue and Resources in Azerbaijani Li-braries" (with S.Khalafova) "Bulletin of the Georgian National Academy of Sciences jurnalında (vol. 10, № 1, 2016, p. 118-124 (Məqalə)
18 İsmayılova N."Kitabxanaşünaslığın elmi-nəzəri problemləri prof.A.A.Xələfovun tədqiqatlarında" (məqalə)
19. Həsənova N. Корреляционный анализ нелинейного осциллятора Релея. (məqalə)
20. Həsənova N. İnformasiya kommunikasiya texnologiyası – müsir sosial mədəni biliklərin translyasiyası mexanizmidir (məqalə)
21. Şirinov Sual Cavab sistemi (tezis)
22. Zeynalova H. Tibb kitabxanalarının yaranması və tarixi inkişaf mərhələləri (məqalə)
23. Zeynalova H Kitabxanaşünaslıq-biblioqrafiyaşünaslıq elmlərinin tədqiqat obyekti olan Respublika Tibb Kitabxanasının fəaliyyəti (məqalə)
6. XARICI DÖVLƏTLƏRIN TƏHSIL VƏ ELMI MÜƏSSISƏLƏRI ILƏ ƏLAQƏLƏR.
Kitabxanaşünaslıq kafedrasının əməkdaşları müntəzəm olaraq Türkiyə və Rusiya həmçinin ABŞ və Avropa ölkələrinin təhsil müəssisələri Milli Kitabxanaları ilə ON_LİNE formasında əlaqə saxlayırlar. Eyni zamanda kafedra əməkdaşlarının Rusiya Federasiyasının və Gürçüstan Respublikasının statuslu jurnallarında elmi məqalələri dərc edilmişdir. Kitabxanaşünaslıq kafedrasının f.r.f.d. N.Həsənova Cari hesabat ilində 11-13 iyulda Odessa şəhərində keçirilən Avrasiya beynəlxalq multidistiplinar konqresin elmi şurasının üzvü olaraq fəaliyyət göstərmişdir.
7. ELMİ-TƏDQİQAT İŞLƏRİNİN NƏTİCƏLƏRİNİN TƏTBİQİ
Kitabxanaşünaslıq kafedrasında görülən elmi tədqiqat işləri bilavasitə respublikamızın bir çox kitabxanasında, o cümlədən M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında, AMEA Mərkəzi Elmi Kitabxanasında, BDU Elmi Kitabxanasında, C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında, F.Köçərli adına Respublika Uşaq Kitabxanasında, eləcə də başqa universal elmi və universal kütləvi kitabxanalarında tətbiq edilmək məqsədilə tövsiyə olunmuşdur.
Kitabxanaşünaslıq kafedrasının nəzdində fəaliyyət göstərən “Kitabxana işinin kompüterləşdirilməsi” elmi- tədqiqat laboratoriyası Bakı Dövlət Universitetində təhsilin informasiya bazasının təminatına xidmət edir.
8. PATENT VƏ İNFORMASİYA İŞLƏRİ
2016-cı ildə kitabxanaşünaslıq kafedrasında patent və informasiya işləri sahəsində kafedra əməkdaşlarının kafedranın profili üzrə müəyyən işlər planlaşdırılır. Patent və informasiya işlərinə dair kitabxanaşünaslıq kafedrasında axtarışlar aparılır və bu sahədə qabaqcıl təcrübənin öyrənilməsinə cəhd edilir.
9. DÖVLƏT PROQRAMLARININ TƏTBİQİ
Kitabxanaşünaslıq kafedrasının əməkdaşları 2016-cı illərdə Azərbaycan Respublikasında elmi-tədqiqat işlərinə dair islahatlar üzrə Dövlət Proqramının” həyata keçrilməsi üzrə tədbirlər planında nəzərdə tutilan “Ali təhsil müəsisələrində elektron kitabxanalarının yaradılması” tədbirinin icrası üçün Bakı Dövlət Universiteti Elmi Kitabxanasında “Kitabxanaların kompüterləşdirilməsi” elmi tədqiqat laboratoriyası ilə birlikdə Elektron kitabxananın yaradılması ilə əlaqədar müəyyən işlər görürlər.
Həmçinin kafedra əməkdaşları milli təhsil strategiyasının tələblərinə uyğun olaraq elmi tədqiqat işləri yerinə yetirirlər.
10. FAKÜLTƏDƏ KEÇİRİLMİŞ ELMİ KONFRANSLARIN, SEMİNARLARIN, SİMPOZİUMLARIN XARAKTERİSTİKASI
Hesabat ilində Kitabxanaşünaslıq kafedrasının müdiri prof. Abuzər Xələfov və kafedranın əməkdaşları respublikamızın ictimai-siyasi və elmi-mədəni həyatında fəal iştirak etmişdir.
2016-cı ildə kafedra əməkdaşlarından dissertasiya işləri yerinə yetirib müdafiəyə təqdim olunan baş müəllim N.İsmayılova, 0,5 ştat müəllim E.Məmmədovun dissertasiyası ilə bağlı seminarlar təşkil olunmuşdur. Hər kik dissertant maraqlı məruzə ilə çıxış etmişlər.
Kitabxanaçılıq-informasiya fakültəsində may ayında Ümummilli lider H.Əliyevin anadan olmasının 93 illiyinə həsr olunmuş konfrans,
“Kitabxana –informasiya və fənlərarası inteqrasiya” mövzusunda Beynəlxalq elmi konfrans,
Dekabr ayında prof A.Xələfovun 85 illik yubileyi ilə bağlı “Mmüasir informasiya cəmiyyətində kitabxanaşünaslığın müasir problemləri” adlı konfranslın keçirilməsi nəzərdə tutulur.
11. TƏLƏBƏLƏRİN VƏ GƏNC TƏDQİQATÇILARIN (MAGİSTRLƏRİN) ELMİ-TƏDQİQAT İŞLƏRİ (KONFRANSDA İŞTİRAKI)
“Kitabxanaşünaslıq” ixtisası üzrə təhsil alan magistrantların, bakalavrların müxtəlif aktual mövzularda hazırladıqları məruzələr fakültədə keçirilən elmi konfransında dinlənilmişdir. Ümummilli lider H.Əliyevin anadan olmasının 93 illiyinə həsr olunmuş magistrant və doktorantların Respublika Elmi Konfransın may 2016-ci ildə konfrans keçirilmişdir, 15 noyabr 2016 cı ildə “Kitabxana –informasiya və fənlərarası inteqrasiya” mövzusunda Beynəlxalq elmi konfrans keçirilmişdir.
Kafedranın əməkdaşları konfransda aşağıdakı məruzələrlə çıxış etmişlər:
1. Şirinov Ceyhun – Sual-cavab sistemi
2. Məmmədov Eldəniz – M.F. Axundov adına milli kitabxananın dövri mətbuat fondunun Azərbaycan mədəniyyətinin və elminin inkişafənda yeri və rolu (1923-2008)
3. Quliyeva V. “Azərbaycan Kənd Təssərrüfatı Akademiyası Kitabxanasında mütəxəssislərə kitabxana-informasiya xidmətinin təşkili”
4. Həsənova Aysel Dövlət Qulluqçularının informasiya təminatının ödənilməsində azərbaycançılığa dair ədəbiyyatın roku
5. Mayılova Rəqsanə İnformasiya kommunikasiya texnologiyalarının təhsildə tətbiqi
Bundan başqa 2016-cı il 15 noyabr 2016 cı ildə “Kitabxana –informasiya və fənlərarası inteqrasiya” mövzusunda Beynəlxalq elmi konfrans keçirilmişdir Kafedranın əməkdaşları konfransda aşağıdakı məruzələrlə çıxış etmişlər:
1. Əhmədov E. “C.Cabbarlı adına Gənclər Kitabxanasının informasiyalaşdırılması”
2. Məmmədov M. “ETK-da patent və standartların işlənməsi”
3. Kazımi P. “İnformasiyanın nəzəri problemləri”
Hal-hazırda rektorun sərənçamı ilə Dekabr ayında prof A.Xələfovun 85 illik yubileyi ilə bağlı “Mmüasir informasiya cəmiyyətində kitabxanaşünaslığın müasir problemləri” adlı konfranslın keçirilməsi nəzərdə tutulur. Konfransda Kitabxanaşünaslıq kafedrasının magistrantları, doktorantları və müəllimləri tezislə çıxış edəcəklər.
12. KAFEDRADA ELMİ VƏ ELMİ-REDAQOJİ KADRLARIN HAZIRLANMASI
2016-ci ildə Kitabxanaçılıq-informasiya fakültəsində, o cümlədən Kitabxanaşünaslıq kafedrasında elmi və elmi-pedaqoji kadrların hazırlanması diqqət mərkəzində olmuşdur. Cari tədris ilində Kitabxanaşünaslıq ixtisası üzrə təhsil alan doktorant, dissertant və magistrantlar, onların mövzuları və elmi rəhbərləri haqqında məlumat belədir:
1. Dissertant Şirinov Ceyhun Rafail oğlu “Elmi kitabxanalarda kitabxana-biblioqrafiya proseslərinin informasiyalaşdırılması (avtomatlaşdırılması) müasir vəziyyəti və perspektivləri (Azərbaycan elmi kitabxanalarının materialları əsasında (2000-2015-ci illər))” (Elmi rəhbər: prof.A.Xələfov) .
2. Dissertant Zərbəliyeva Esmira Manaf qızı oğlu “Elmi kitabxanalarda kitabxana-biblioqrafiya proseslərinin informasiyalaşdırılması (avtomatlaşdırılması) müasir vəziyyəti və perspektivləri (Azərbaycan elmi kitabxanalarının materialları əsasında (2000-2015-ci illər))” (Elmi rəhbər: prof.A.Xələfov)
3. dissertant Şirinov Ceyhun Rafail oğlu “Elmi kitabxanalarda kitabxana-biblioqrafiya proseslərinin infomasiyalaşdırılması (avtomatlaşdırılması) müasir vəziyyəti və perspektivləri (Azərbaycan elmi kitabxanalarının materialları əsasında (2000-2015-ci illər) ”adlı dissertasiyası. (Elmi rəhbər: prof.A.Xələfov)
4. dissertant Məmmədova Sevda İsrafil qızı “Ali məktəb kitabxanalarında oxuculara elektron informasiya vasitələri ilə xidmətin təşkili” (Elmi rəhbər: prof.A.Xələfov) adlı dissertasiyası.
5.dissertant Həsənova Aysel Vagif qızı – “Müstəqillik illərində dövlət qulluqcularına kitabxana-informasiya xidmətinin müasir problemləri (Azərbaycan Respublikası Prezidentinin işlər üzrə idarəsinin Prezident Kitabxanasının iş təcrübəsi əsasında /2003-2015/)” adlı dissertasiyası (Elmi rəhbər prof.A.A.Xələfov)
6.Hacıyeva Mələkxanım Məmməd qızı – “Müstəqillik illərində Azərbaycan milli kitaabxananın beynəlxalq əlaqələri” adlı dissertasiyası (Elmi rəhbər prof.A.A.Xələfov)
7. dissertant Quliyeva Vəfa Bahadur qızı – “Müstəqillik illərində Azərbaycan Respublikası kənd təsərrüfatı kitabxana şəbəkələrində oxuculara kitabxana informasiya xidmətinin təşkili /2000-2014/” adlı dissertasiyası (Elmi rəhbər prof.A.A.Xələfov)
8. dissertant Hüseynova Nübar Zabir qızı – “ Kitabxanacılıq informasiya təhsilinin müasir dünya təcrübəsi və informasiya cəmiyyəti şəraitində yeni innovasiysların tətbiqi” adlı dissertasiyası (Elmi rəhbər fizika riyaziyyat fəlsəfə doktoru dos.A.İ.Qurbanov)
Kitabxanaşünaslıq kafedrası üzrə doktorluq dissertasiyası üzərində işləyən müəllimlərin fəaliyyəti də bu il ərzində müvəffəqiyyətli olmuşdur. Bunlardan:
1.Pedaqogika üzrə fəlsəfə doktoru, dosent Əhmədov Elcin Yusif oğlu- “Müstəqillik illərində Azərbaycanda uşaqlara və gənclərə kitabxana xidməti” adlı doktorluq dissertasiya mövzusu ( Tarix elmləri doktoru, professor, Əməkdar elm xadimi Beynəlxalq informasiyalaşdırma akademyasının akademiki, doktorluq dissertasiya üzrə məsləhətci A.A.Xələfov)
2. Pedaqogika üzrə fəlsəfə doktoru, dosent Knyaz İlyas oğlu Aslan –“Azərbaycan ədəbiyyatı klassiklərinin irsində kitab,kitabxana və mütaliə məsələləri” adlı doktorluq dissertasiya mövzusu ( Tarix elmləri doktoru, professor, Əməkdar elm xadimi BeynəlxalqIinformasiyalaşdırma Akademyasının Akademiki, doktorluq dissertasiya üzrə məsləhətci A.A.Xələfov)
3.Pedaqogika üzrə fəlsəfə doktoru, dosent Məmmədov Mehmanəli Əkbər oğlu –“Müstəqillik illərində elmi-texniki kitabxanalarda mütəxəssislərə kitabxana informasiya xidmətinin optimallaşdırılması problemləri” adlı doktorluq dissertasiya mövzusu ( Tarix elmləri doktoru, professor, Əməkdar elm xadimi Beynəlxalq Iinformasiyalaşdırma Akademyasının Akademiki, doktorluq dissertasiya üzrə məsləhətci A.A.Xələfov)
4. Tarix elmləri üzrə fəlsəfə doktoru, dosent əvəzi Kazımi Pərviz Firudin oğlunun “Türk xalqlarının kitab və kitabxana mədəniyyəti” adlı doktorluq dissertasiya mövzusu (Tarix elmləri doktoru, professor, Əməkdar elm xadimi Beynəlxalq Iinformasiyalaşdırma Akademyasının Akademiki, doktorluq dissertasiya üzrə məsləhətci A.A.Xələfov)
5.Fizika riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Qurbanov Azad İsa oğlu- “İnformasiya cəmiyyətində kitabxanacılıq informasiya təhsilinin informasiyalaşdırılmasınin nəzəri problemləri(Xarici və respublika ali və orta ixtisas təhsil müəssisələrinin iş təcrübəsi əsasında)” adlı doktorluq dissertasiya mövzusu Tarix elmləri doktoru, professor, Əməkdar elm xadimi Beynəlxalq Iinformasiyalaşdırma Akademyasının Akademiki, doktorluq dissertasiya üzrə məsləhətci A.A.Xələfov)
Kitabxanaşünaslıq kafedrası üzrə magistratura şöbəsində təhsil alan tələbələrin elmi-tədqiqat işi mövzuları bunlardır:
I kurs əyani şöbə üzrə:
1. Şahmərdanov İlkin “Regionun sosial-iqtisadi sistemində kitabxanaların yeri və rolu (Quba rayon Mərkəzləşmiş kitabxana sisteminin materialları əsasında 1991-2016-cı illər)” prof A.Xələfov
2. Nəbiyev Sənan Allahverdi o. “Z39.50 protokolu və avtomatlaşmış kitabxanalar¬da biblioqrafik informasiya mübadiləsi” dos. A.Qurbanov
II kurs əyani şöbə üzrə:
1.Abdullayeva Könül -“Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Kitabxana şəbəkəsi müstəqillik illərində” – magistr dissertasiyasına rəhbər prof.A.A.Xələfov
2. Hüseynli Günel- “Kitabxanalarda elektron sənəd göndərişi xidmətinin təşkili metodikası”- magistr dissertasiyasına rəhbər dos.A.İ.Qurbanov
3.Məhərrəmov İntiqam - “Elektron kitabxanaların yaradılmasında təhlükəsizlik və müəllif hüququ problemi”- magistr dissertasiyasına rəhbər dos.A.İ.Qurbanov
4.Məmmədova Səidə - Gənclərə vətənpərvərlik ideyalarının aşılanması kitabxana informasiya xidmətinin prioritet problemləridir” - magistr dissertasiyasına rəhbər dos.E.Y.Əhmədov
5.Mikayılova Səidə -“M.F.Axundov adına Azərbaycan milli kitabxanasında oxuculara xidmət işinin avtomatlaşdırılması(2010-2015-ci illər)”-magistr dissertasiyasına rəhbər prof.K.Tahirov
.
13. DİSSERTASİYA MÜDAFİƏSİ VƏ
DİSSERTASİYA ŞURALARININ FƏALİYYƏTİ
2016-cı ildə ildə Kitabxanaçılıq-informasiya fakültəsində BDU-nun Kitabxanaşünaslıq kafedrasının dissertantı İsmayılova Nigar Nürəddin qızının yanvar-mart aylarında başlayaraq "Kitabxana işinin kompüterləşdirilməsinin tarixi və müasir problemləri" adlı dissertasiya işinin mövzusu kafedrada müzakirə olunaraq kafedra əməkdaşlarına rəyə verilmiş, işin müdafiəsi ilə əlaqədar bütün proseduar qaydalara əsasən mövzu müzakirə olunmuşdur. 20 və 25 aprel 2016-cı il tarixlərində dissertasiya işinin mövzusu ilə əlaqədar kitabxana-informasiya fakültəsində müdafiə şurasının nəzdində təşkil olunmuş Elmi Seminarında məruzə etmişəm və iş appropasiyadan keçmişdir. 26 may 2016-cı il tarixində isə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 04 aprel 2016-cı il tarixli 80 saylı əmrinə əsasən Bakı Dövlət Universitetində yaradılmış Birdəfəlik Dissertasiya Şurasında "Kitabxana işinin kompüterləşdirilməsinin tarixi və müasir problemləri" mövzusunda dissertasiya işini müdafiə etmişdir.
Bаkı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsinin Kitabxanaşünaslıq kafedrası Azərbaycan Respublikası Prezidentinin 4 may 2009-cu il tarixli 3072 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2009-2016-cı illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi haqqında (2009-2015-ci illər) tədbirlər planı hazırlamışdır. Bu planda 2009-2016-ci illərdə Kitabxanaşünaslıq üzrə elmi-tədqiqatların prioritet istiqamətlərinin müəyyənləşdirilməsi, regionların sosial-iqtisadi inkişafında kitabxana-informasiya təminatının təkmilləşdirilməsinə kömək edən elmi-tədqiqat işlərinin aparılmasının təmin edilməsi, tələbə və magistrantlar üçün elmi konfransların təşkili, AMEA MEK-ın kitabxanaşünaslıq şöbəsi ilə əməkdaşlığın möhkəmləndirilməsi, kitabxanaşünaslıq fənlərinin tədrisində informasiya və telekommunikasiya vasitələrinin tətbiqinin təmin olunması, kitabxanaşünaslıq fənlərinin tədrisinin yaxşılaşdırması məqsədilə fənlərin elektron məlumat bazasının yaradılması, BDU-nun elektron kitabxanasının təşkilində kafedranın iştirakının təmin edilməsi tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Kafedranın qarşısında duran əsas vəzifələrdən biri ölkədə və xaricdə Kitabxanaşünaslıq mərkəzləri ilə əlaqələrin gücləndirilməsi, Boloniya prosesinə uyğun olaraq kitabxanaşünaslıq fənlərinin metodik təminatının yaxşılaşdırılması, kafedranın nəzəri seminarların işinin canlandırılması və aparıcı mütəxəssislərin cəlb edilməsi praktikasının tətbiqi, tələbə elmi-tədqiqat işlərinin səviyyəsinin qaldırılmasıdır.
Kitabxanaşünaslıq kafedrası üzrə aparılan elmi-tədqiqat işlərinin nəticələri bi¬¬lavasitə kitabxanaçılıq təhsili üzrə bakalavr və magistr pilləsi üzrə tədris prosesinin tək¬milləşməsinə, elmi cəhətdən yeniləşməsinə yönəlir. Digər tərəfdən, alınan ən mühüm nə¬ticələr ölkənin iri informasiya mərkəzlərinin sahə üzrə fəaliyyətlərinin yax¬şılaşmasına kömək məqsədilə müvafiq icra hakimiyyəti orqanlarına tövsiyə şəklində təq¬dim olunur.
Elmi-tədqiqat işləri nəticəsində əldə edilən müddəalar belə bir qərara gəlməyə imkan ve¬rir ki, Kitabxanaşünaslıq kafedrasının gələcək tədqiqat istiqamətlərinin “İnformasiya cəmiyyəti şəraitində Azərbaycanda əhaliyə kitabxana informasiya xidmətinin təşkilinin təkmilləşdirilməsi yolları (Problemlər, vəzifə¬lər)” mövzusu üzrə uzun¬müddətli perspektiv araşdırma kimi müəy¬yənləşdirilməsi məqsədəuyğundur.
2. Əsas nəticələrə və təkliflərə əlavə olaraq qeyd etməyi lazım bilirik ki, BDU-nun “Kitabxanaşünaslıq və informasiya” elmi-nəzəri və praktik jurnalının redaksiya heyəti keçən ildən başlayaraq kafedra müdiri, prof. A.A.Xələfovun təşəbbüsü ilə Kitabxanaşünaslıq kafedrasının yerinə yetirdiyi elmi-tədqiqat işinin nəticələrinin çap olunmasına məqsədəuyğun hesab etmişdir. Beləliklə, jurnalın 2016-ci il 2 və 3-cü nömrəsi Əməkdar Elm Xadimi, BDU-nun “Fəxri professor”u A.A.Xələfovun 85 illiyinə həsr olunması planlaşdırılır.
Yekun olaraq qeyd etmək lazımdır ki, fakültənin aparıcı kafedrası olan Kitabxanaşünaslıq kafedrası və onun əməkdaşları 2016-ci ilə dair elmi-tədqiqat işlərini müvəffəqiyyətlə yerinə yetirmiş, 2017-cı il üçün isə elmi-tədqiqat işi sahəsində qarşıya qoyulan vəzifələrin əzmlə yerinə yetirilməsinə çalışaçaqlar.
