2016-ci ildə ELMİ-TƏDQİQAT işlərinin yerinə YETİRİLMƏSİ HAQQINDA MƏLUMAT H E S A B A T I

“Kitabşünaslıq və nəşriyyat işi” kafedrası üzrə

2016-ci ildə ELMİ-TƏDQİQAT işlərinin yerinə

YETİRİLMƏSİ HAQQINDA MƏLUMAT

H E S A B A T I

BAKI – 2016

G İ R İ Ş

Son illərdə sürətlə modernləşən Azərbaycan Respublikasında təhsil sisteminin insan kapitalının inkişafı çağırışlarına cavab verməsi istiqamətində yeni addımların atılmasına və ümumi təhsilin keyfiyyət göstəricilərinin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində müəyyən tədbirlər həyata keçirilir. Ölkəmizin inkişaf konsepsiyasına uyğun olaraq şəxsə hərtərəfli bilik və bacarıqların verilməsi məqsədi ilə təhsil sisteminin institusional əsasları, infrastrukturu və insan resursları inkişaf etdirilir. Təhsilin inkişafı ölkədə əhalinin rifahının yaxşılaşması, həmçinin fərdin həyatının daha yüksək səviyyədə qurulması üçün zəmin yaradır. Təhsil insanlara texnologiyaları çevik mənimsəmək, əmək bazarında layiqli yer tutmaq və ömür boyu təhsil prosesinə qoşulmaq, sağlam həyat tərzi, ətraf mühitə münasibətdə düzgün mövqe seçmək imkanı verir. Təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün təhsili idarəetmə sisteminin yenidən qurulması, bu sahədə insan resurslarının inkişaf etdirilməsi və müəllim peşəsinin nüfuzunun artırılması zərurəti hazırda gündəlikdə duran əsas vəzifələrdəndir. Bu vəzifələrin həyata keçirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 yanvar 2015-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı” təsdiq edilmişdir. Bu Fəaliyyət Planı Bakı Dövlət Universitetinin inkişafı istiqamətində də yeni perspektivlər müəyyənləşdirir.
Bu baxımdan BDU-nun mühüm qurumlarından biri olan Kitabşünaslıq və Nəşriyyat işi kafedrasının professor-müəllim və laborant-texniki heyəti də üzərinə düşən vəzifələri vaxtında və məsuliyyətlə yerinə yetirmək üçün ciddi səy göstərir. 2016-cı hesabat ilində Kitabşünaslıq və Nəşriyyat işi kafedrası yüksək ixtisaslı kitabşünas və nəşriyyat redaktoru ixtisası üzrə kadrların hazırlanması prosesində aparıcı rolunu davam etdirmiş, elmi-tədqiqat sahəsində öz fəaliyyətini müasir tə¬ləb-lər səviyyəsində təşkil etmiş, yeni uğurlar qazanmaq üçün kol¬lek¬tivin elmi potensialından səmərəli şəkildə istifadə etməyə çalışmışdır.
Kitabşünaslıq və Nəşriyyat işi kafedrasının müdiri, dosent Knyaz Aslan BDU Nəşriyyat Şurasının üzvü, BDU Tədris Metodik Şurası Rəyasət Heyətinin üzvü, eyni zamanda BDU Kitаbхаnаçılıq-informasiya fakültəsi Elmi Şurasının üzvü, BDU Kitаbхаnаçılıq-informasiya fakültəsi Tədris Metodik Şurasının sədri kimi ilboyu fəallıq göstərmişdir.

2. STRUKTUR VƏ ŞTAT CƏDVƏLİ

2016-cı ildə Kitаbşünаslıq və Nəşriyyаt işi kаfеdrаsında 9 nəfərdən ibarət professor-müəllim və laborant-texniki işçi heyəti fəaliyyət göstərmişdir. Onlardan         1 nəfəri kаfеdrа müdiri, fəlsəfə doktoru, dоsеnt; 1 nəfəri tаrix еlmləri dоktоru, prоfеssоr; 5 nəfəri fəlsəfə doktoru, dоsеnt; 2 nəfəri fəlsəfə doktoru, müəllim; 1 nəfəri baş laborantdır.
Kafedrada işləyən əməkdaşların tam siyahısı, onların tutduğu vəzifələr, elmi dərəcələri və elmi adları aşağıdakı kimi olmuşdur:

3. KAFEDRADA APARILAN ELMİ-TƏDQİQAT İŞLƏRİNİN
ƏSAS İSTİQAMƏTLƏRİ, ADI, SAYI, QISA ANNOTASİYASI
VƏ YERİNƏ YETİRİLMƏSİ

2016-cı hesabat ilində Kitabşünaslıq və Nəşriyyat işi kafedrasının professor-müəllim heyəti “Kitabşünaslıq” istiqamətində planda nəzərdə tutulmuş “İnformasiya cəmiyyəti şəraitində Azərbaycanda kitabşünaslığın, kitabçılıq işinin, nəşriyyat-poliqrafiya fəaliyyətinin müasir vəziyyəti və inkişaf istiqamətləri” problemi üzrə kompleks elmi-tədqiqat işinin “Müasr dövrdə Azərbaycanda kitab nəşrinin və redaktəetmənin xüsusiyyətləri” mövzusunu kitabşünaslıq elminin qarşısında duran əsas vəzifələrlə əlaqələndirmiş, araşdırdıqları sahələri elmi cəhətdən düzgün əsaslandırmış, tədqiqatlarda qısaca olaraq aşağıdakı nəticələri annotasiya şəklində ümumiləşdirmişlər:

1. Dosent K.İ.Aslan
İŞ: “Klassik bədii ədəbiyyatın nəşrə hazırlanması və redaktəsi problemləri”    
Hesabat ilində “Müasir dövrdə Azərbaycanda ədəbi-bədii əsərlərin nəşrə hazırlanması və redaktəsi problemləri” adlı üçillik еlmi-tədqiqаt işinin 2016-cı ilə аid оlаn “Klassik bədii ədəbiyyatın nəşrə hazırlanması və redaktəsi problemləri” mərhələsi üzərində аrаşdırmаlаr аpаrılmışdır.
Еlmi-tədqiqаtın əsas məqsədi müstəqillik şəraitində Azərbaycan ədəbiyyatı klassiklərinin əsərlərinin nəşrə hazırlanması prinsiplərinin şərh edilməsi, müasir dövrdə çapa hazırlanan klassik əsərlərin özünəməxsus cəhətlərinin aşkara çıxarılması, qarşıya çıxan tərtibat və redaktə problemlərinin müəyyənləşdirilməsidir. Burada eyni zamanda klassik yazıçıların əsərlərinin redaktə xüsusiyyətləri araşdırılmış, nəşriyyatların bu sаhədəki fəаliyyəti еlmi cəhətdən müəyyənləşdirilib təhlil edilmiş, əsərlərin tərtibi, nəşrə hazırlanması və redaktəsi istiqamətində həyata keçirilən işi daha da yaxşılaşdırmaq üçün səmərəli tövsiyələrin verilmişdir.
Klassik bədii əsərlərin nəşrinin əsas xüsusiyyəti ondan ibarətdir ki, onlar çapa müəlliflərin iştirakı olmadan hazırlanır. Bu isə redaktorların məsuliyyətini artırır. Klassik mətnlərin onların nəşrinin mütləq şərti kimi dəqiq bərpasının təmin edilməsi üçün filologiya sahəsində mətnşünaslıq adlanan xüsusi elm yaranıb formalaşmışdır.
Azərbaycanda zəngin xalq yaradıcılığı nümunələrinin, folklor ədəbiyyatının və klassiklərin bədii irsinin müxtəlif nəşr növlərində və tiplərində hazırlanıb nəşr olunmasına XIX əsrin sonu – XX əsrin əvvəllərində daha böyük əhəmiyyət verilmiş, bu sahəyə daha artıq diqqət yetirilmişdir.
Azərbaycan Respublikasının müstəqilliyi şəraitində klassik əsərlər üzərində redaktor işinin təkmilləşdirilməsi, onların dəyərinin müəyyənləşdirilməsi ciddi problemlərdəndir. Bu baxımdan hazırkı elmi-tədqiqat işində klassik əsərlərin məqsəd təyinatı, onların oxucu ünvanının xüsusiyyətləri ayrıca araşdırılmışdır. Burada eləcə də klassik əsərlərin dil-üslub özəllikləri, bədii və texniki tərtibatı, mətnlərin şrifti və s. kimi mühüm cəhətlərə də xüsusi diqqət yetirilmişdir.
Elmi-tədqiqat işində klassik əsərləri nəşrə hazırlayan nəşriyyatların bu istiqamətdəki fəaliyyəti hərtərəfli təhlil еdilmiş, müəyyən ümumiləşdirmələr аpаrılmış, klassik əsərlərin nəşri üçün təcrübi baxımdan mühüm əhəmiyyət kəsb edə biləcək bir sıra tövsiyələr irəli sürülmüşdür.

2. Professor B.V.Allahverdiyev
İŞ: “Tədris kitabının yaranması və formalaşması”
2016-cı ildə “Azərbaycanda ictimai-siyasi ədəbiyyat üzrə tədris kitabının yaranması və formalaşması” adlı elmi-tədqiqat işinin “Tədris kitabının yaranması və formalaşması” mərhələsi üzərində аrаşdırmаlаr аpаrmışdır.
Məlum olduğu kimi, tədris kitabları, o cümlədən ictimai-siyasi sahələr üzrə dərsliklər, dərs vəsaitləri və metodik ədəbiyyat təhsilin inkişafında mühüm əhəmiyyət kəsb edir. Tədqiqat işində tədris kitablarının bu əhəmiyyəti nəzərə alınaraq ictimai-siyasi sahə üzrə tədris kitablarının yaranması, onun spesifik xüsusiyyətləri və inkişafı məsələləri şərh edilmişdir. 20 səhifə həcmində olan bu elmi-tədqiqat işində əsas problem nəzəri və təcrübi baxımdan həll edilir.

3. Dosent N.M.Mehrəliyeva
İŞ: “Azərbaycanda bədii tərcümə ədəbiyyatının nəşri məsələləri (1995-2000)”
Hesabat ilində “Müstəqillik illərində Azərbaycanda bədii tərcümə ədəbiyyatının nəşri məsələləri” (1991-2011) adlı üçillik еlmi-tədqiqаt işinin “Azərbaycanda bədii tərcümə ədəbiyyatının nəşri məsələləri (1995-2000-ci illər)” mərhələsi üzərində аrаşdırmаlаr аpаrılmışdır. Bu problemlə əlaqədar araşdırmalar göstərir ki, kitab nəşrinin inkişafında və kitab məhsulunun zənginləşməsində müxtəlif elm sahələri üzrə tərcümə ədəbiyyatı, xüsusilə bədii ədəbiyyat böyük rol oynayır.
1990-cı illərin axırlarında  rus və  dünya ədəbiyyatının tərcüməsi və nəşrində Azərbaycan Yazıçılar Birliyinin nəzdində fəaliyyətə başlayan Azərbaycan Tərcümə Mərkəzinin və “Mütərcim” jurnalının rolu böyük olmuşdur. Tərcümə işinin yaxşılaşmasında “Xəzər” jurnalı mühüm əhəmiyyət kəsb edir.
Tədqiqat dövründə V.Şukşinin “İlan zəhəri”, “Əmir Teymurun vəsiyyətləri”, Çingiz Aytmatovun “Çingiz xanın ağ buludu”, “Paşanın həyat hekayəsi”, Konan Doylun “İtmiş dünya”, “İssumbisi” (yapon xalq nağılı), Kurt Vannehumun “Pişik beşiyi”, Tomas Vulfun “Dünyanın hörümçək toru”, Frans Kafkanın “Qəsr”, Qabriel Qarsia Markesin “Partiarxın payızı”, “Məşhur olmaq ayıbdı” (dünya ədəbiyyatından çevirmələr, hekayələr, novellalar, pritçalar) və s. əsərlər tərcümə olunub nəşr edilmişdir.
2000-ci illərdə Azərbaycan ədəbiyyatı nümunələrinin rus dilinə və əksinə tərcüməsi sahəsində müəyyən irəliləyişlər hiss olunur.
Elmi-tədqiqat işi üzərində çalışarkən rus və dünya ədəbiyyatını çapa hazırlayan nəşriyyatlar, əsərləri tərcümə edən mütərcimlər, ümumilikdə həmin dövrdə Azərbaycanda bədii tərcümənin nəşri vəziyyəti haqqında məlumat verilmiş, təhlillər aparılmışdır.

4. Dosent Ş.T.Quliyeva
İŞ. “AMEA-nın elmi jurnallarının araşdırılması” (AMEA-nın elmi nəşrləri – “AMEA-nın Məruzələri” və “Xəbərlər”i əsasında).
2016-cı tədris ili üçün “Azərbaycanda elmi nəşrlərin yaranması, formalaşması və inkişafı” mövzusunda elmi tədqiqat işinin “AMEA-nın elmi jurnallarının araşdırılması” (AMEA-nın elmi nəşrləri – “AMEA-nın Məruzələri” və “Xəbərlər”i əsasında)” mərhələsi üzərində аrаşdırmаlаr аpаrılmışdır.
Elmi jurnallar içərisində “Azərbaycan Milli Elmlər Akademiyasının Məruzələri” və “AMEA-nın Xəbərləri” (humanitar elmlər seriyası) jurnallarının xüsusi yeri var.
“AMEA-nın Məruzələri”nin ilk nömrəsi 1945-ci ildə “Qızıl Şərq” mətbəəsində Azərbaycan SSR EA-nın nəşriyyatında çap olundu. Məqalələrin əksəriyyəti geologiya, kimya, coğrafiya, biologiyaya aid məqalələr idi.
Təəssüf ki, Azərbaycanda ən nüfuzlu elmi nəşrlərdən hesab olunan “AMEA-nın Məruzələri” və “Xəbərlər” dərgiləri, eləcə də Milli Elmlər Akademiyasının institutları, respublikanın ali məktəblər və digər ictimai qurumlar tərəfindən nəşr edilən elmi jurnallar dünya əhəmiyyətli nəşrlərin qiymətləndirilməsi idə məşğul olan beynəlxalq qurumların reytinqinə uyğun gəlmir. Onların bəziləri çoxillik tarixə malik, digərləri isə müstəqillik dövründə işıq üzü görmüş jurnallardır. Bu nəşrlərin bir qismi Ali Attestasiya Komissiyası tərəfindən tanınsa da, onların çap etdikləri materialların aktuallığı və doğruluğu baxımından təsnifata ehtiyacı var.
AMEA-nın Rəyasət Heyətinin orqanları olan “AMEA-nın Məruzələri” və “Xəbərləri” sovet dönəmində Akademiyanın yarandığı dövrdən çap olunmuş, sovet ideoloji məhdudiyyətləri və senzurası - QLAVLİT-in ciddi nəzarəti şəraitində fəaliyyət göstərməsi, sovet elmi nəşrinin ayrılmaz tərkib hissəsi olmuşdur. Müstəqillik illərində respublikada ən nüfuzlu elmi nəşrlərdən olan “Məruzələr” və “Xəbərlər” artıq beynəlxalq elmi nəşrlər məkanına inteqrasiya olunmaqdadır.
Elmi-tədqiqat işinin sonunda seriyalarla kitab nəşri istiqamətində təcrübi baxımdan mühüm əhəmiyyət kəsb edə biləcək bir sıra tövsiyələr irəli sürülmüşdür.

5. Dosent Ə.Q.Bayramov
İŞ: “Mütərcim” nəşriyyatının “525 Kitab” seriyası.
Hesabat ilində “Azərbaycanda seriyalarla kitab nəşri” adlı üçillik elmi-tədqiqat işinin 2016-cı ilə aid olan “Mütərcim” nəşriyyatının “525 Kitab” seriyası” mərhələsi üzərində araşdırmalar aparılmışdır.
Elmi-tədqiqat işinin əsas məqsədi seriyalarla kitab nəşri sahəsində dünya təcrübəsinin öyrənilməsi, ölkəmizin bu sahədə olan mövcud vəziyyətini və perspektivlərini müəyyənləşdirməkdən ibarətdir. Ölkəmizin ilk özəl nəşriyyatlarından biri olan “Mütərcim” Nəşriyyat-Poliqrafiya Mərkəzi  1993-cü ildən fəaliyyət göstərir.
“Mütərcim” nəşriyyatı fəaliyyət göstərdiyi müddətdə bir sıra mühüm layihələrə imza atmışdır. Onlardan biri də nəşriyyatın 2009-cu ilən həyata keçirdiyi “525 Kitab” seriyasının nəşridir. “Mütərcim” nəşriyyatı “525 Kitab” seriyasının nəşrini Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi və “525-ci qəzet”lə birgə həyata keçirir. “525 Kitab” seriyası ilə 27 adda kitab nəşr edilərək oxucuların ixtiyarına verimişdir.
“525 Kitab” seriyası ilə nəşr edilən kitabların hər birinin nəşrini ölkəmizin mədəni, ictimai həyatında mühüm hadisə hesab etmək olar. Bu seriya çərçivəsində Azərbaycanın müxtəlif dövr ədəbiyyat nümayəndələrinin kitablarının nəşri Azərbaycanda bədii ədəbiyyatın, mütaliə mədəniyyətinin, o cümlədən nəşriyyat işinin inkişafında olduqca mühüm bir mərhələdir. Bu seriya ilə buraxılan hər bir kitab Azərbaycanın kitab mədəniyyətinin zənginləşməsinə öz töhfəsini vermişdir.
Elmi-tədqiqat işində “525 Kitab” seriyası ilə nəşr edilən kitabların hər biri tədqiqata cəlb edilmiş, onlar redaktə və bədii tərtibat baxımından dəyərləndirmişdir. Tədqiqat işində xeyli faktik materiallar əksini tapmışdır.
Elmi-tədqiqat işinin sonunda seriyalarla kitab nəşri istiqamətində təcrübi baxımdan mühüm əhəmiyyət kəsb edə biləcək bir sıra tövsiyələr irəli sürülmüşdür.

6. Dos. R.İ.Süleymanov
İŞ: “Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsini əks etdirən nəşrlər”
Hesabat ilində “Heydər Əliyev Fondunun Qarabağ həqiqətləri mövzusunda nəşr etdirdiyi kitabların beynəlxalq əhəmiyyəti” adlı üçillik elmi-tədqiqat işinin 2016-cı il üçün nəzərdə tutulmuş “Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsini əks etdirən nəşrlər” mərhələsi üzərində araşdırmalar aparılmışdır.
Elmi-tədqiqatın əsas məqsədi Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun və İSESKO-nun Xoşməramlı Səfiri, millət vəkili, respublika¬mızın birinci xanımı Mehriban xanım Əliyevanın rəhbərliyi ilə hazırlanan “Qarabağ həqiqətləri” seriyası ilə nəşr olunan kitabların əzəli Azərbaycan torpağı olan Qarabağ haqqında həqiqətləri dünya ictimaiyyətinə olduğu kimi çatdırmaq məqsədi ilə həyata keçirilməsini təhlil etməkdən ibarətdir. Eyni zamanda araşdırmanın məqsədi Qarabağın tarixi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin başlanması, onun nəticəsində ölkəmizə dəyən ziyan, xalqımızın yaddaşından heç vaxt silinməyəcək Xocalı faciəsi, ermənilərin dünyanın müxtəlif ölkələrində törətdiyi terror aktları haqqında faktları əks etdirən kitablar beynəlxalq ictimaiyyət üçün nəzərdə tutulduğu üçün ingilis, fransız, alman, rus, macar və başqa dillərində nəşrləri araşdırmaq olmuşdur.
“Qarabağ həqiqətləri” silsiləsi aşağıdakı beş seriyada həyata keçirilir: 1) “Qarabağın tarixi haqqında məlumat” verən nəşrlər; 2) “Qarabağ münaqişəsinin başlanması” haqqında nəşrlər; 3) “Xocalı soyqrımı” haqqında nəşrlər; 4) “Erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti” haqqında nəşrlər; 5) “Azərbaycana qarşı erməni təcavüzünün nəticələri” haqqında nəşrlər.
Qarabağ həqiqətlərinin dünyaya yayılması, milli-mənəvi dəyərlərimizin qorunması, mədəniyyətimizin tərəqqisi elmi-tədqiqatda əhatəli təhlil olunur.

7. Müəllim, fəlsəfə doktoru S.F.Quliyeva
İŞ: “Sahəvi xarakterli soraq məlumat ədəbiyyatının nəşri (2005-2010)”
Hesabat ilində “Müstəqillik illərində soraq-məlumat ədəbiyyatının nəşri və inkişafı” adlı üçcildlik elmi-tədqiqat işinin 2016-cı ilə aid olan “Sahəvi xarakterli soraq-məlumat ədəbiyyatının nəşri (2005-2010)” mərhələsi üzərində araşdırmalar aparılmışdır.
Elmi-tədqiqat işinin əsas məqsədi müstəqillik illərində çap olunan sahəvi xarakterli soraq-məlumat ədəbiyyatının xüsusiyyətlərini araşdırmaq və bu sahədəki fəaliyyətini elmi cəhətdən müəyyənləşdirib nəşri və redaktəsi istiqamətində həyata                                                                                                                                                                                                                                                                                       keçirilən işi daha da yaxşılaşdırmaq üçün səmərəli tövsiyələr verməkdən ibarətdir.
Sahəvi ensiklopedik nəşrlərin nəşrə hazırlanması və buraxılması sahəsində zəngin təcrübəsi olan “Azərbaycan Ensiklopediyası” Nəşriyyat Poliqrafiya Birliyinin müstəqillik illərində çap etdiyi “Şəfa” ensiklopediyası bu fikrimizi bir daha təsdiq edir. Sahəvi xarakter daşıyan “Şəfa” ensiklopediyası təbabətin ən qədim dövrlərindən məlum olan təcrübələri ümumiləşdirir, Azərbaycan florasının nümunələrindən rəngli illüstrasiyalar verilir. Azərbaycan florasına dair kitabın son hissəsində verilən 135 rəngli illüstrasiya nəşrin əhəmiyyətini daha da artırmışdır. Nəşrdə müxtəlif xəstəliklər üzrə 3100 resept və 170 məsləhət öz əksini tapmışdır.
“Fəlsəfə” ensiklopedik lüğəti”də son dövrlərdə çap edilmiş sahə soraq-məlumat nəşrlərindən biridir. Müstəqillik illərində çap olunmuş bu ensiklopedik nəşri müəllif kollektivi çapa hazırlamışdır.
“Ədəbiyyatşünaslıq ensiklopedik lüğəti” əvvəlki lüğətlərdən əsaslı şəkildə fərqlənir. Bu dəyərli nəşrdə ədəbiyyatın bir sıra məsələləri ətrafında gedən elmi mübahisəli məsələlərin müzakirəsi də diqqətdən kənarda qalmamışdır.
Elmi-tədqiqat işinin sonunda sahəvi soraq-məlumat kitablarının  nəşri istiqamətində təcrübi baxımdan mühüm əhəmiyyət kəsb edə biləcək tövsiyələr irəli sürülmüşdür.

8. Müəllim, fəlsəfə doktoru L.Q.Abasova
İŞ: “Elm və Təhsil” və “Nurlan” nəşriyyatlarının yaranması və fəaliyyəti.
Azərbaycan kitabının yaradılması nəşriyyat prosesindən keçir və hər bir kitabın nəşri müəyyən məqsəd və vəzifəni yerinə yetirir. Əsərin nəşriyyat-redaksiya prosesində formalaşması, çapdan buraxılması nəşriyyat fəaliyyəti ilə əlaqədardır. Məhz bu baxımdan nəşriyyatların yaranma tarixinin araşdırılması, tədqiq edilərək öyrənilməsi kitabşünaslıq elmi sahəsində olduqca vacib probelmlərdən sayılır. Bu nöqteyi-nəzərdən “Elm və Təhsil” və “Nurlan”  nəşriyyatlarının yaranma tarixinin və fəaliyyətlərinin araşdırılmasını qarşımıza məqsəd kimi qoymuşuq.
1990-cı ildən bizi 23 illik bir dövr ayırır. Bu böyük bir dövr hesab edilə bilər. 1991-ci il oktyabr ayının 18-də Milli Məclis Azadlıq bəyannaməsi aktı qəbul etdi. Bu akt Azərbaycan Respublikasının müstəqil dövlət kimi fəaliyyətinə əsaslanırdı. Ölkəmizdə müstəqil dövlətin yaranması müxtəlif xalq təsərrüfatı sahələrinə, elm, təhsil, maarif, mədəniyyət, o cümlədən nəşriyyatçılıq işinin inkişafı üçün münbit şərait yaratdı. Bu şərait mədəniyyətin, o cümlədən nəşriyyatçılıq fəaliyyətinin genişlənməsini, bəzəri və milli dəyərlərin nəzərə alınmasını şərtləndirdi. Doğrudur.ş müstəqilliyin ilk illərində nəşriyyatçılıq fəaliyyətində, kitab nəşrində böhranlı vəziyyət yarandı. Çünki respublikamızda fəaliyyət göstərən dövlət nəşriyyatlarının maddi-texniki bazası zəif idi, başqa sözlə, dövrün tələblərinə cavab vermirdi. Məhz buna görə də, bir sıra yeni, müstəqil nəşriyyatlar meydana gəlməyə başladı. Bu illərdə nəşriyyatların əksəriyyəti hansısa kooperativlərin, kiçik müəssislərin nəzdində yarandı. Belə ki, kooperativlərin, kiçik müəssislərin nizamnaməsində bir nəşriyyat bölməsi də olurdu ki, buna uyğun yaranan yeni nəşriyyatın iş prinsipləri müəyyən edilirdi.
1992-ci ildə “Nurlan” kiçik müəssisəsi nəzdində “Nurlan” Nəşriyyat Poliqrafiya müəssisəsi yaranır.
“Nurlan” nəşriyyatının 2008-ci ildə yeni varisi “Elm və Təhsil” nəşriyyatı yaranır. Bunun isə başlıca səbəbi “Nurlan” nəşriyyatının kitab repertuarında elmi kitabların üstünlük təşkil etməsi idi.
Ümumilikdə, “Nurlan” və “Elm və Təhsil” nəşriyyatlarının öyrənilməsi, tədqiq olunması elmi əhəmiyyətə malikdir. Çünki, bu nəşriyyatların fəaliyyəti milli kitab xəzinəmizin zənginləşməsində böyük rol oynamışdır. Yuxarıda qeyd olunan nəşriyyatlarda elmi əhəmiyyətli kitablar, jurnallar dərc olunmuş və olunmaqdadır.

4. DƏRC OLUNMUŞ ELMİ İŞLƏRİN XARAKTERİSTİKASI
(Dərc olunmuş elmi işlər (məqalə, tezis), monoqrafiyalar (annotasiyası),
dərslik və dərs vəsaitləri haqqında məlumat (kitablar əlavə olunmaqla)

1.    Azərbaycan kitabşünaslığı
Knyaz Aslan, Rasim Süleymanov    Bakı: Bakı Universiteti Nəşriyyatı, 2016, 348 s.    Dərs vəsaiti
2.    İnformasiya cəmiyyətində redaktənin əsas problemləri
Knyaz Aslan    “Kitabxana-informasiya fəaliyyəti və fənlərarası inteqrasiya” mövzusunda Beynəlxalq Elmi Kon¬fransın materialları: Bakı şəhəri, 16 noyabr 2016-cı il. Bakı: Mütərcim, 2016, s. 210-214 s.    Tezis
3.    Sənət Akademiyası” jurnalının redaksiyasına     Knyaz Aslan    Sənət Akademiyası: elmi-nəzəri jurnal (Bakı Xoreoqrafiya Aka¬de¬mi-yası), 2016, №1 (1),  s.5.  Təbrik
4.    Ön söz
Ön sözün müəllifi və redaktoru
Knyaz Aslan    E.Əhmədov. Uşaq və gənclərin kitabxana-informasiya təminatı. Bakı: Sabah, 2016, s.3-9.    Monoqrafiya
5.    Redaktor ixtisas¬laş¬ma-sı¬nın tiplərinə dair: xüsu¬siyyətlər, vəzifələr, tələblər     Knyaz Aslan    Kitаbxanaşünаslıq və İnformasiya: Elmi-nəzəri və praktiki jurnal, 2016, №2-3 (20-21), s.28-41.    Elmi məqalə
6.    Ulu öndər Heydər Əliyevin kitab və kitab nəşri haqqında müdrik fikirləri    Tərtibçi Rasim Süleymanov, layihə rəhbəri Knyaz Aslan    Bakı: Mütərcim, 2016, 72 s.     Kitab
7.    Ədəbi redaktə zamanı mətnin fakt materialı üzərində işin xüsusiyyətləri
Knyaz Aslan    “İnformasiyalaşdırılmış cəmiyyət şəraitində Azər¬baycanda kitabxana¬şü¬nas¬lığın müasir prob¬lem¬ləri” mövzusunda Res¬pub¬lika Elmi Kon¬fran¬sının materialları. Bakı, 16 dekabr 2016-cı il. Bakı: Mütərcim, 2016, s. 88-98.    Elmi məruzə
8.    “Ulu öndər Heydər Əli-ye¬vin Azərbaycan Milli Kitabxanasına hə¬diy¬yə etdiyi şəxsi kitablar” mövzusunda sərgi-kon-fransın ma¬te¬¬¬¬rialları: Tərtər şəhəri, 18-19 aprel 2016-cı il     Tərtibçi-müəllif  Rasim Süleymanov, redaktoru Knyaz Aslan    Bakı: Mütərcim, 2016, 88 s.    Buklet
9.    A.Xələfov, P.Kazımi. Türk dünyası milli kitabxanaları    Rəyçi
Knyaz Aslan    Bakı: Mütərcim, 2016, 200 s.

10.    Sosial-siyasi  informasiya resursları    Rəyçi
Knyaz Aslan    Bakı: Bakı Universiteti Nəşriyyatı, 2016, 22 s.    Fənn proqramı
11.    S.Sadıqova. Sosial-siyasi  informasiya resursları     Rəyçi
Knyaz Aslan    Bakı: Bakı Universiteti Nəşriyyatı, 2016, 148 s.    Dərs vəsaiti
12.    Dağ vüqarlı şair     Ön sözün müəllifi və redaktoru Knyaz Aslan    M.Dağlı. O dağlara, bulaqlara salam de: Şeirlər. Bаkı: “Müəllim” Nəşriyyаtı, 2016, s. 3-5.    Ön söz
13.    Hicranın göz yaşları    Ön sözün müəllifi və redaktoru Knyaz Aslan    Y.Qəhrəmanov. Sənsiz keçən ömür: Şeirlər. Bakı: “MBM” MMC, 2016, s.3-4.    Ön söz
14.    Milli kitabxanaşünaslıq elminin banisi və təəssübkeşi    Knyaz Aslan     Azərbaycan kitаb¬xana-şünаslıq elmi məktəbinin banisi – Abuzər Alı oğlu Xələfov: Məqalələr toplusu. Bakı: Bakı Universiteti Nəşriyyatı, 2016, s. 87-107.    Elmi məqalə
15.    Azərbaycanın görkəmli kitabxanaşünas alimi: Əməkdar elm xadimi, professor A.Xələfovun 85 yaşı münasibətilə     Knyaz Aslan    “Elin səsi: Press”: Müstəqil ictimai-siyasi qəzet, 25 dekabr 2016, №12 (012), s.10-11; 14-15.    Elmi məqalə
16.    Abuzər Xələfov: Biblioqrafik məlumat kitabı: II hissə.     Rəyçi
Knyaz Aslan    Bakı: Azərbaycan Milli Kitabxanasının nəşri, 2016, 248 s.    
17.    Kitab nəşrinə diqqət və qayğı (Bakı Dövlət Universiteti Kitabşünaslıq və Nəşriyyat işi kafedrasının fəaliyyəti haqqında)     Bayram Allahverdiyev, Knyaz Aslan.    “Respublika” qəzeti: Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin qəzeti, 17 dekabr 2016, №280 (5731), s.8.     Məqalə
18.    Milli kitabxanaşünaslıq sahəsinin iftixarı (Professor Abuzər Xələfov – 85)     Knyaz Aslan    Azərbaycan: Azərbaycan Respublikası Milli Məc-li¬sinin orqanı, 18 dekabr 2016.     Məqalə
19    Azərbaycan Respublikasının nəşriyyat sistemi və onun problemləri    Bayram Allahverdiyev    “Kitabxana-informasiya fəaliyyəti və fənnlərarası inteqrasiya” mövzusunda “Beynəlxalq Elmi konfransın materialları” adlı nəşrdə (15 noyabr 2016-cı il) dərs edilib (səh. 95-97).Tezis
20    Tərcümə mətninin redaktəsi    Bayram Allahverdiyev    “Sabah” nəşriyyatı, 2016, 122 s.    Elmi redaktor və “Ön söz”ün müəllifi
21    Müstəqillik illərində Azərbaycanda kitab yayımı (s.187-190) “Kitabxana-informasiya fəaliyyəti və fənlərarası inteqrasiya”    Ələmdar Bayramov    Beynəlxalq Elmi Konfransın Materialları. Bakı, Mütərcim, 2016, 232 s.    Tezis
22    Məmməd Arif və tərcüməçilik işi    Nailə Mehrəliyeva    “Kitabxana-informasiya fəaliyyəti və fənlərarasi inteqrasiya” mövzusunda Beynəlxalq Elmi Konfransın materialları: Bakı şəhəri, 16 noyabr 2016-cı il. Bakı: Mütərcimı, 2016, 200s.Tezis
23    A.P.Çexovun əsərlərinin Azərbaycan dilinə tərcüməsi və nəşri    Nailə Mehrəliyeva     Sənət Akademiyası, (Elmi-nəzəri jurnal №2/2) 2016, 114-116 s.Məqalə
24.    Ulu öndər Heydər Əliyevin zəngin irsinin öyrənilməsində kitabların əhəmiyyəti və rolu    Rasim Süleymanov    Sənət Akademiyası: elmi jurnal (Bakı Xoreo-qrafiya Akade¬mi¬yası), 2016, №2,  s.98-105.    Elmi məqalə
25.    Heydər Əliyev Fondunun Qarabağ həqiqətləri haqqında nəşrlərinin beynəlxalq əhəmiyyəti    Rasim Süleymanov    “İnformasiyalaşdırılmış cəmiyyət şəraitində Azər¬baycanda kitabxana¬şü¬nas¬lığın müasir problemləri” mövzusunda elmi konfransın materialları. Bakı, 2016, s. 57-61.    Elmi məqalə
26.    Azərbaycanda elmi nəşrlərin yaranması, formalaşması və inkişafı (AMEA-nın elmi nəşrləri – “AMEA-nın Məruzələri” və “Xəbərləri” əsasında    Şəhla Quliyeva    Sənət Akademiyası: elmi-nəzəri jurnal (Bakı Xoreoqrafiya Akademiyası), 2016, №2 (2),s. 106-212.    Elmi məqalə
27.    Şəhər rayon mədəniyyət mərkəzləri və onların filiallarında özfəaliyyət dərnəklərinin təşkili     Redaktoru
Şəhla Quliyeva    Bakı,  Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Tədris Metodiki Mərkəzi, 2016, 20 s.    Kitabça
28.    Muzey işinin modernləşdirilməsi: əsas istiqamətlər    Redaktoru
Şəhla Quliyeva    Bakı,  Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Tədris Metodiki Mərkəzi 2016, 16 s.    Kitabça
29.    Mədəniyyət müəssisələrində ictimaiyyətlə əlaqələr işinin təşkili    Redaktoru
Şəhla Quliyeva    Bakı, Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Tədris Metodiki Mərkəzi 2016, 16 s.    Kitabça
30.    Kitabxanalarda “Nağıl otağı” və “Nağıl guşəsi” üçün təlimat    Rəyçi
Şəhla Quliyeva    Bakı, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Tədris Metodiki Mərkəzi 2016, 10 s.    Kitabça
31    Nəşriyyatlarda çap texnologiyasının inkişaf mərhələləri    Leyla Abasova    “Mütərcim” Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2016-cı il, s.102-104    Tezis
32    Müasir dövrdə Azərbaycan nəşriyyat sistemindəki çap texnologiyaları    Leyla Abasova    Kitabxanaşünaslıq və biblioqrafiya: elmi-nəzəri jurnal, 2016, №2-3 (20-21), s.94-98    Məqalə
33    Orta məktəb dərsliklərinin hazırlanması, elmi səviyyəsi, quruluşu və tərtibatı haqqında    Leyla Abasova    “Mütərcim” Nəşriyyat Poliqrafiya Mərkəzi, 2016.  Tezis

5. QRANTLAR ƏSASINDA YERİNƏ YETİRİLƏN
ELMİ TƏDQİQAT İŞLƏRİ

Yoxdur.

6. AMEA İLƏ ELMİ ƏLAQƏLƏR

Kitabşünaslıq və Nəşriyyat işi kafedrasının müdiri, dos. K.Aslan, kafedranın aparıcı alimlərdən prof. B.Allahverdiyev, dos. N.Mehrəliyeva, dos. Ş.Quliyeva, dos. R.Süleymanov, dos. Ə.Bayramov AMEA-nın “Elm” nəşriyyatı, M.Füzuli adına Respublika Əlyazmalar İnstitutu, N.Gəncəvi adına Ədəbiyyat İnstitutu, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, AME-nın Mərkəzi Elmi Kitabxanası, eləcə də ayrı-ayrı institutları ilə sıx əməkdaşlıq şəraitində işləmiş, birgə elmi tədbirlərdə, o cümlədən elmi konfranslarda iştirak etmiş, qarşılıqlı fikir mübadilələri aparmış, onların fəliyyətinə müəyyən dərəcədə köməklik göstərmişlər.

7. XARİCİ DÖVLƏTLƏRİN TƏHSİL VƏ
ELMİ MÜƏSSİSƏLƏRİ İLƏ ƏLAQƏLƏR

Yoxdur.

8. ELMİ-TƏDQİQAT İŞLƏRİNİN
NƏTİCƏLƏRİNİN TƏTBİQİ

Kitabşünaslıq və Nəşriyyat işi kafedrasında görülən elmi tədqiqat işlərinin əksəriyyəti tədrisə kömək məqsədi güdür, tədqiqatların nəticələrinin müəyyən hissəsi elmi məqalə şəklində dərc edilir. Belə materiallar tələbələrin müxtəlif fənlər üzrə bilikləri daha dərindən mənimsəməsində, məlumatlarının genişlənməsində müəyyən əhəmiyyət kəsb edir. Elmi-tədqiqat işlərinin bəzilərinin nəticələri isə respublikanın əlaqədar nəşriyyatlarında tətbiq edilmək məqsədilə tövsiyə olunmuşdur.

9. PATENT VƏ İNFORMASİYA İŞLƏRİ

Yoxdur.

10. DÖVLƏT PROQRAMLARININ İCRASI

Kitabşünaslıq və Nəşriyyat işi kafedrasının əməkdaşları “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nın həyata keçrilməsi üzrə tədbirlər planında nəzərdə tutilan müvafiq tədbirinin icrası üçün müəyyən işlər görürlər.

11. KAFEDRADA KEÇİRİLMİŞ ELMİ KONFRANSLARIN,
SEMİNARLARIN, SİMPOZİUMLARIN XARAKTERİSTİKASI

Hesabat ilində Kitabşünaslıq və Nəşriyyat işi kafedrasının professor-müəllim heyəti bir çox elmi konfrans və seminarlarda fəal iştirak etmişlər. Məsələn:
1) 4 may 2016-cı ildə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Ulu öndər Heydər Əliyevin Azərbaycan Milli Kitabxanasına hədiyyə etdiyi şəxsi kitabları” mövzusunda təşkil etdikləri sərgi-konfransda Kitabşünaslıq və Nəşriyyat işi kafedrasının müdiri dos. K.Aslan “Heydər Əliyev və gənc nəslin mənəvi-estetik tərbiyəsi” mövzusunda, kafedranın dosenti Rasim Süleymanov isə “Ümummilli lider Heydər Əliyevin zəngin irsinin məktəblilər və yeniyetmələr arasında öyrədilməsinin mühüm əhəmiyyəti və rolu” mövzusunda məruzələr etmişlər. UNEC-in Heydər Əliyev Mərkəzində keçirilmiş həmin tədbirdəki  çıxışım maraqla qarşılanmışdır.
2) 4 may 2016-cı ildə Kitabşünaslıq və Nəşriyyat işi kafedrasının müdiri dos. K.Aslan Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda şair Qəzənfər Məsimoğlunun kitab təqdimatında iştirak və çıxış etmişdir.
3) 11 oktyabr 2016-cı ildə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) görkəmli kitabxanaşünas-alim, BDU-nun Kitabxanaşünaslıq kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru, MEK-in sabiq direktoru, Azərbaycan Kitabxanaçılar Cəmiyyətinin sədr müavini olmuş Rasim Əhməd oğlu Kazımovun şəxsi kitab kolleksiyasının təqdimatı keçirilmişdir. Tədbirdə Kitabşünaslıq və Nəşriyyat işi kafedrasının müdiri dosent K.Aslan və kafedranın dosenti Rasim Süleymanov da çıxış etmişlər.
4) 11 noyabr 2016-cı ildə C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Əməkdar elm xadimi, professor A.Xələfovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Kitabşünaslıq və Nəşriyyat işi kafedrasının müdiri dosent K.Aslan və kafedranın dosenti Rasim Süleymanov da çıxış etmişlər.
5) 17 noyabr 2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında professor A.Xələfovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Kitabşünaslıq və Nəşriyyat işi kafedrasının müdiri dosent K.Aslan, kafedranın əməkdaşlarından dos. Nailə Mehrəliyeva, dos. Rasim Süleymanov, dos. Ələmdar Bayramov, f.d. Sevda Quliyeva da iştirak  etmişlər.
6) 15 noyabr 2016-cı ildə BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsində “Kitabxana-informasiya fəaliyyətinin müasir problemləri” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilmişdir. Konfransın plenar iclasında Təşkilat Komitəsinin üzvü, Kitabşünaslıq və Nəşriyyat işi kafedrasının müdiri dos. K.Aslan da çıxış etmiş, konfransın təşkili ilə bağlı müəyyən tənqidi fikirlərini və tövsiyələrini bildirmişdir. “Kitabşünaslıq və Nəşriyyat işi” bölməsinin iclasında (sədr dos. K.Aslan, katib. dos. N.Mehrəliyeva)  kafedra əməkdaşlarından dos. Knyaz Aslan “İnformasiya cəmiyyətində redaktənin əsas problemləri”, prof. Bayram Allahverdiyev “Azərbaycan Respublikasının nəşriyyat sistemi və onun  problemləri”,  dos. Nailə Mehrəliyeva “Məmməd Arif və tərcüməçilik işi”, dos. Şəhla Quliyeva “BDU-da nəşr olunan elmi jurnallar: Bakı Universitetinin Xəbərləri”, müəllim Leyla Abasova “Nəşriyyatlarda çap texnologiyasının inkişaf mərhələləri”, doktorant Sevda Səfərova “Müasir dərsliklərin xüsusiyyətləri” kimi aktual mövzularda məruzələrlə çıxış etmişlər. Konfransın materialları ayrıca toplu şəklində çap olunmuşdur.
7) 16 dekabr 2016-cı ildə BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsində Əməkdar elm xadimi, professor A.Xələfovun anadan olmasının 85 iliyi münasibətilə “İnformasiyalaşdırılmış cəmiyyət şəraitində Azərbaycanda kitabxanaşünaslığın müasir problemləri” mövzusunda Respublika Elmi Konfransı keçirilmişdir. Konfransın plenar iclasında Təşkilat Komitəsinin üzvü, Kitabşünaslıq və Nəşriyyat işi kafedrasının müdiri dos. K.Aslan da çıxış etmişdir. “Kitabşünaslıq və Nəşriyyat işi” bölməsinin iclasında (sədr dos. K.Aslan, katib. dos. N.Mehrəliyeva) kafedra əməkdaşlarından dos. Knyaz Aslan “Ədəbi redaktə zamanı mətnin fakt materialı üzərində işin xüsusiyyətləri”, dos. N.M. Mehrəliyeva “Molla Pənah Vaqifin əsərlərinin  nəşri və tərcümələri”, dos. Quliyeva Ş.T. “Elmi-məlumat ədəbiyyatının təbiəti”, dos. R.İ.Süleymanov “Heydər Əliyev fondunun Qarabağ həqiqətləri haqqında nəşrlərinin beynəlxalq əhəmiyyəti”, f.d. S.F.Quliyeva “Şəxsi ensiklopediyaların nəşri”, f.d. L.Q.Abasova “Orta məktəb dərsliklərinin quruluşu və tərtibatı haqqında”, baş lab. E.M.Balayeva “Əkinçi” qəzetində  kitab nəşri haqqında”, doktorant S.E.Səfərova “Tədris ədəbiyyatı siyasətinin formalaşmasında redaktorun rolu”, doktorant Ü.R.Eyvazova “Klassik ədəbiyyatın nəşr xüsusiyyətləri” kimi aktual mövzularda məruzələrlə çıxış etmişlər. Konfransın materialları ayrıca toplu şəklində çap olunmuşdur.
Kitabşünaslıq və Nəşriyyat işi kafedrasında keçirilmiş elmi seminarların tarixi, mövzusu və məruzəçiləri aşağıdakı kimi olmuşdur:
Tarix: 15 mart 2016. Mövzu: “İnformasiya cəmiyyətində redaktorun əsas vəzifələri”. Məruzəçi: dos. K.Aslan;
Tarix: 20 aprel 2016. “Rus bədii ədəbiyyatının Azərbaycan dilində nəşri”. Məruzəçi: dos. N.Mehrəliyeva
Tarix:  9 may 2016. Mövzu: “Azərbaycan kitab mədəniyyəti və Heydər Əliyev”. Məruzəçi: dos. R.Süleymanov
Tarix: 20 oktyabr 2016. Mövzu: “Müəllif hüququ haqqında”. Məruzəçi: dos.Ş.Quliyeva
Tarix:  15 noyabr 2016. Mövzu: “Kitabşünaslığın aktual problemləri”. Məruzəçi: prof. B.Allahverdiyev.

12. KAFEDRADA ELMİ VƏ ELMİ-PEDAQOJİ
KADRLARIN HAZIRLANMASI

2016-cı ildə Kitabşünaslıq və Nəşriyyat işi kafedrasında magistr kadrların hazırlanması da diqqət mərkə¬zin¬də olmuşdur.  Magistrantlardan Şükürova Nübar Araz qızı “Kitabi-Dədə Qorqud” dastanlarının nəşr tarixi” (elmi rəhbər dos. K.Aslan),  Əliyeva Səadət Mehman qızı “Müasir dövrdə Azərbaycanda külliyatların nəşri və inkişaf xüsusiyyətləri (Əlibala Hacızadənin ədəbi irsi əsasında)” (elmi rəhbər dos. N.Mehrəliyeva), Hüseynova Nüşabə Saleh qızı “Müasir dövrdə Azərbaycanda seriyalarla kitab nəşrı (2008-2013)” (elmi rəhbər dos. Ə.Bayramov) mövzularında dissertasiya işlərini uğurla müdafiə edərək magistr dərəcəsinə layiq görülmüşlər.
Hazırda “Nəşriyyat işi və redaktəetmə” ixtisası üzrə təhsil alan magistrantlar haqqında məlumat belədir:
Əyani şöbə, I kurs:
1. Abdullayeva Güllər Ilqar q. Mövzu: “Koroğlu” dastanının nəşrə hazırlanması məsələləri. Elmi rəhbər: dos. K.Aslan.
2.  İsmixanlı Rəşad Fizuli oğlu. Mövzu: “Süleyman Rəhimovun ədəbi irsinin nəşr tarixi”. Elmi rəhbər: prof. B.Allahverdiyev.
3. Həsənli Nərmin Naib q. Mövzu: Azərbaycan ali pedaqoji məktəblərinin elmi jurnallarının yaranması və inkişafı (Azərbaycan Pedaqoji Universiteti, Bakı Slavyan Universiteti elmi jurnallarının materialları əsasında). Elmi rəhbər: dos. Ş.Quliyeva.
Əyani şöbə, II kurs:
1. Dosməmmədli Dilbər İlham qızı. Mövzu: “Cəlil Məmmədquluzadənin əsərlərinin nəşri xüsusiyyətləri (1991-2015-ci illər)”. Elmi rəhbər: dos. K.Aslan.

13. DİSSERTASİYA MÜDAFİƏSİ VƏ
DİSSERTASİYA ŞURALARININ FƏALİYYƏTİ

2015/2016-cı tədris ilində BDU-nun Kitаbşünаslıq və Nəşriyyat işi kafedrası elmi-pedaqoji kadrların yetişdirilməsinə də öz töhfəsini verməyə çalışmışdır. Belə ki, Kitabşünaslıq və Nəşriyyat işi kafedrasının müdiri dos. K.Aslan və kafedranın professoru B.Allahverdiyev Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının müfafiq əmrləri ilə yaradılmış Dissertasiya Şuralarının üzvü kimi 2 nəfərin dissertasiya işinin müdafiə prosesində fəal iştirak etmişlər.
1) BDU-nun Kitаbşünаslıq və Nəşriyyat işi kafedrasının müəllimi Leyla qabil qızı Abasova Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 11 noyabr 2016-cı il tarixli 80 №-li əmrinə əsasən 3356.01 “Kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq” ixtisasında tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır (Protokol №25).
2) BDU-nun Kitabxanaşünaslıq kafedrasının dissertantı Nigar Nurəddin qızı İsmayılova “Kitabxana işinin kompüterləşdirilməsinin tarixi və müasir problemləri” mövzusunda təqdim etdiyi dissеrtаsiyа işini Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 4 aprel 2016-cı il tarixli 80 №-li əmrinə əsasən Bakı Dövlət Universiteti nəzdində yaradılmış Birdəfəlik Dissertasiya Şurasında müdafiə etmiş, onun 3356.01 “Kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq” ixtisasında tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi alması haqqında vəsatət qaldırılmışdır. Müdafiə 26 may 2016-cı ildə BDU-da keçirilmişdir.
3) BDU-nun Kitabxana resursları və informasiya axtarışları sitemləri kafedrasının dissertantı Məmmədov Elçin Çingiz oğlu “Müasir elektron kitabxana şəbəkəsinin yaradılması mexanizmlərinin işlənməsi” mövzusunda təqdim etdiyi dissertasiya işini Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 16 mart 2016-cı il tarixli 68 №-li əmrinə əsasən AMEA İnformasiya Texnologiyaları İnstitutu nəzdindəki FD 01.231 Dissertasiya Şurasında müdafiə etmiş, onun 3356.01 “Kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq” ixtisasında tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi alması haqqında vəsatət qaldırılmışdır. Müdafiə 29 may 2016-cı ildə AMEA İnformasiya Texnologiyaları İnstitutunda keçirilmişdir.

14. TƏLƏBƏLƏRİN VƏ GƏNC TƏDQİQATÇILARIN
(MAGİSTRLƏRİN) ELMİ-TƏDQİQAT İŞLƏRİ
(KONFRANSDA  İŞTİRAKI)

2016-c; ildə “Nəşriyyat işi və redaktəetmə” ixtisası üzrə təhsil alan magistrantların müxtəlif aktual mövzularda hazırladıqları məruzələr magistrantların elmi konfransında dinlənilmişdir. Belə ki, Bakı Dövlət Universiteti Kitabxanaçılıq-informasiya fakültəsində Ümummilli lider Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 92 illiyinə həsr olunmuş “Müasir dövrdə kitabxana-informasiya fəaliyyətinin və kitabşünaslığın müasir problemləri” mövzusunda Respublika Elmi Konfransında magistrantlar aktual mövzularda məruzələrlə çıxış etmişlər.
Kitаbşünаslıq və Nəşriyyаt işi kаfеdrаsının nəzdində “Kitаbşünаslıq” dərnəyi fəаliyyət göstərir. Dərnəyin rəhbəri fəlsəfə doktoru Sevda Quliyevadır. Kаfеdrаnın hər bir müəllimi tədris ili ərzində fаkültənin Tələbə Еlmi Cəmiyyəti xətti ilə 2-3 tələbənin mаrаqlı mövzulаrdа çıxışlаrınа rəhbərlik еtmişdir. Cаri tədris ilində “Kitаbşünаslıq” dərnəyinin 5 iclаsı kеçirilmiş və 15 məruzə dinlənilmişdir. Kаfеdrаnın üzvlərindən dos. K.Aslanın, prof. B.Allahverdiyevin, dos. N.Mehrəliyevanın, dos. Ş.Quliyevanın, dos. R.Süleymanovun, f.d. S.Quliyevanın, müəl. Ə.Bayramovun elmi rəhbərlik еtdiyi tələbələr TEC-in kоnfrаnslarındа Azərbaycanda kitabşünaslığın mühüm elmi-təcrübi məsələləri, kitab tarixi, nəşriyyat işinin müasir vəziyyəti, nəşriyyatların informasiya-kommunikasiya texnologiyaları ilə təchizi və s. kimi аktuаl məruzələrlə maraqlı çıxışlar еtmişlər.

16. ƏSAS NƏTİCƏLƏR VƏ TƏKLİFLƏR

1. Bаkı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsinin Kitabşünaslıq və Nəşriyyat işi kafedrası Azərbaycan Respublikası Prezidentinin 4 may 2009-cu il tarixli 3072 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi Dövlət Proqramı”nda, eləcə də Azərbaycan Respublikası Prezidentinin 19 yanvar 2015-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı"nda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi haqqında tədbirlər planı hazırlamışdır. Bu planda Kitabşünaslıq üzrə elmi-tədqiqatların prioritet istiqamətlərinin müəyyənləşdirilməsi, regionların sosial-iqtisadi inkişafında kitabxana-informasiya təminatının təkmilləşdirilməsinə kömək edən elmi-tədqiqat işlərinin aparılmasının təmin edilməsi, tələbə və magistrantlar üçün elmi konfransların təşkili, ölkənin iri dövlət və özəl nəşriyyatları ilə əməkdaşlığın möhkəmləndirilməsi, kitabşünaslıq fənlərinin tədrisində  informasiya və telekommunikasiya vasitələrinin tətbiqinin təmin olunması, kitabşünaslıq fənlərinin tədrisinin yaxşılaşdırması məqsədilə fənlərin elektron məlumat bazasının yaradılması, Bakı Universiteti Nəşriyyatında işin təşkilində kafedranın iştirakının təmin edilməsi və s. kimi tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Kitabşünaslıq və Nəşriyyat işi kafedrasının qarşısında duran əsas vəzifələrdən biri ölkədə və xaricdə müvafiq kitabşünaslıq mərkəzləri və nəşriyyatlarla əlaqələrin gücləndirilməsi, Bolonya prosesinə uyğun olaraq kitabşünaslıq fənlərinin metodik təminatının yaxşılaşdırılması, kafedranın nəzəri seminarlarının canlandırılması və buraya aparıcı mütəxəssislərin cəlb edilməsi praktikasının tətbiqi, tələbə elmi-tədqiqat işlərinin səviyyəsinin qaldırılmasıdır.
Kitabşünaslıq və Nəşriyyat işi kafedrası  üzrə  aparılan  elmi-tədqiqat  işlərinin nəticələri bi¬¬lavasitə kitabşünaslıq təhsili üzrə bakalavr və magistr pilləsi üzrə tədris prosesinin tək¬milləşməsinə, elmi cəhətdən yeniləşməsinə yönəlir. Digər tərəfdən, alınan ən mühüm nə¬ticələr ölkənin iri informasiya mərkəzlərinin sahə üzrə fəaliyyətlərinin yax¬şılaşmasına kömək məqsədilə müvafiq icra hakimiyyəti orqanlarına tövsiyə şəklində təq¬dim olunur.
Elmi-tədqiqat işləri nəticəsində əldə edilən müddəalar belə bir qərara gəlməyə imkan ve¬rir ki, ölkə miqyasında kitabşünaslıq fəaliyyətinın kompleks inkişafını təmin etmək məqsədilə Kitabşünaslıq və Nəşriyyat işi kafedrasının gələcək tədqiqat istiqamətlərinin “İnformasiya cəmiyyəti şəraitində Azərbaycanda kitabşünaslığın inkişafı və nəşriyyat fəaliyyətinin təşkilinin təkmilləşdirilməsi yolları (Problemlər, vəzifə¬lər)” mövzusu üzrə uzun¬müddətli perspektiv planın müəy¬yənləşdirilməsi məqsədəuyğundur.
2.    Əsas nəticələrə və təkliflərə əlavə olaraq qeyd etməyi lazım bilirik ki, 2016-cı ildə Kitabşünaslıq və Nəşriyyat işi kafedrasında yerinə yetirilmiş elmi-tədqiqat işinin nəticələrinin ayrıca toplu şəklində çap olunması məqsədəuyğundur.

 

Bookmark and Share
© Bakı Dövlət Universiteti