BİBLİOQRAFİYAŞÜNASLIQ KAFEDRASI ÜZRƏ YERİNƏ YETİRİLMİŞ ELMİ H E S A B A T

KAFEDRADA APARILAN ELMİ – TƏDQİQAT İŞLƏRİNİN ƏSAS İSTİQAMƏTLƏRİ, ADI, SAYI, QISA ANNOTASİYASI VƏ

YERİNƏ YETİRİLMƏSİ

Hesabat dövründə kafedrada “Biblioqrafiyaşünaslıq» istiqaməti, “Cəmiyyətin informasiya təminatında biblioqrafik fəaliyyətin rolu” problemi üzrə «İnformasiya cəmiyyəti şəraitində Azərbaycan Respublikasında biblioqrafik  fəaliyyətin  təşkili və inkişafı problemləri » mövzusunda  elmi-tədqiqat işi aparılmışdır. Qeyd edilmiş istiqamətlər üzrə  5 elmi-tədqiqat işinin yerinə yetirilməsi planlaşdırılmışdır. İşlənilən mövzuları aşa­ğı­da­kı kimi ümumiləşdirmək olar.

İcraçı: dosent N.İ.İsmayılov

İş 1: “Təbiət elmlərinin biblioqrafik informasiya təminatı”.

Mərhələ III:“Təbiət elmləri üzrə biblioqrafik resursun təhlili”

2017-ci ildə elmi-tədqiqat işinin mövzusu “Təbiət elmləri üzrə biblioqrafik resursun təhlili” olmuşdur.

Məlumdur ki, Azərbaycan elminin strukturunda  təbiət elmləri, xüsusən də kimya, geologiya, biologiya sahəsində tədqiqatlar xüsusi mövqeyə malikdir. Sahənin uğurlu fəaliyyət göstərməsi isə mükəmməl sənəd-informasiya təminatının əsas şərtlərindən biri olan biblioqrafik təminat olmadan, həmin təminatın dövrün artan tələblərinə müvafiq olaraq daimi təkmilləşdirmədən  qeyri-mümkündür və buna görə də, müasir kitabxanaşünaslar və biblioqraflar xüsusi biblioqrafiyanın bu geniş sahəsi haq­qında dərin biliyə, bu sahədə praktiki işləri yerinə yetirmək vərdişlərinə malik olmalıdırlar. Tədqiqat işinin məqsədi müvafiq elm sahələri üzrə ilkin sənəd-informasiya resurslarının yaranması, inkişaf mərhələləri, müasir vəziyyəti və elmin tələbatına uyğun olaraq beynəlxalq və regional səviyyəli biblioqrafik veerilənlər bazaları haqqında, o cümlədən indekslənən jurnallar və onların təbiət elmlərinin informasiya təminatında rolu, referativ jurnalar, onların axtarış imkanları, həmin mənbələrə tətbiq edilən rubrikator və klassifikatorlar haqqında ümumiləşdirilmiş məlumatlar verməkdən  ibarətdir.

İcraçı: Dos   S.P.İsmayılova

İş 2: “Ədəbiyyatşünaslıq üzrə biblioqrafik resurs”.

Mərhələ III: “Ədəbiyyatşünaslıq üzrə elektron biblioqrafik resurslar və onların axtarış imkanları”

Biblioqrafiyaşünaslıq kafedrasının 2017-cı tədris ili üzrə kafedranın elmi-tədqiqat işi planına müvafiq olaraq dos   S.P.İsmayılovanın elmi-tədqiqat işinin mövzusu “Ədəbiyyatşünaslıq üzrə elktron biblioqrafik resurslar və onların axtarış imkanları” adlanır. Cəmiyyət həyatının bütün sahələrinə informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiq edildiyi bir şəraitdə zəngin informasiya resursları mövcuddur. Elmi-tədqiqat fəaliyyəti ilə məşğul olan mütəxəssis tədqiqatçıların informasiya təminatında biblioqrafik informasiya sisteminin, xüsusilə elektron biblioqrafik resurs mühüm əhəmiyyət kəsb edir.Elmi-tədqiqat işinin mövzusu ilə əlaqədar tədqiqatlar aparılmış, ədəbiyyatşünaslıq sahəsi üzrə mövcud biblioqrafik informasiya sisteminin, xüsusilə, elektron biblioqrafik resursun funksiya, məqsəd istiqaməti müəyyənləşdirilmişdir. Respublikamızda biblioqrafik fəaliyyətlə məşğul olan mərkəzlərin, xüsusilə, universal və elmi kitabxanaların biblioqrafik fəaliyyətində mühüm istiqamət olan elektron biblioqrafik resursun məzmun xüsusiyyətləri və axtarış imkanları işıqlandırılmışdır.

Elmi – tədqiqat işində M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının bu sahədəki fəaliyyəti xüsusilə, 2006-cı ildən etibarən yeni texnologiyalardan istifadə etməklə gördüyü işlər şərh edilmişdir. Milli Kitabxananın biblioqrafik fəaliyyəti respublika miqyasında böyük əhəmiyyət kəsb edir. 2006-cı ildən etibarən Milli Kitabxananın veb saytı oxucuların istifadəsinə verilmişdir. Kitabxana müxtəlif xarakterli və istiqamətli biblioqrafik vəsaitlər tərtib edib nəşr etdirir. Eyni zamanda kitabxanada elektron biblioqrafik resurslar da yaradılır və elektron kitabxanaya daxil edilir.

Dos   S.P.İsmayılova hesabat ilində elmi-tədqiqat fəaliyyəti ilə yanaşı tədris metodiki işlə də məşğul olmuşdur . Fakültənin bakalavr tədris pilləsində tədris edilən “Sahəvi biblioqrafiya” fənn proqramı fakültə Tədris Metod Şurasına təqdim edilmişdir.

İcraçı:  T.f.d. dosent  S.A.Sadıqova

İş 2: “Azərbaycan respublikasında sənəd axınının tədqiqi.

Mərhələ III: “Kitabxanada sənəd axınının tədqiqinin məsələləri”

2017-ci il üçün dosent  S.A.Sadıqovanın elmi-tədqiqat işinin mövzusu “Azərbacan Respublikasında sənəd axınının tədqiqi” adlanır. Mövzu işlənərkən birinci növbədə sənəd axınının tədqiqinin məsələləri əsas götürülmüşdür. Burada məqsəd kitabxanaya daxil olan sənədlərin sahələr üzrə analizi, xüsusilə humanitar sahəyə dair sənədlərin ümumiləşdirilməsi, alınan nəticələrin sxem üzrə izahı da verilmişdir.

Elmi-tədqiqat işində Azərbaycanda humanitar elmlərdən olan sosial-siyasi elmlər üzrə kitabxanada olan ilkin nəşrlərdən və onlardan istifadəni təmin etmək üçün çap olunmuş biblioqrafik nəşrlərin informasiya təminatında rolundan bəhs olunur. Tədqiqatın nəticələri nüfuzlu jurnallarda çap olunmuşdur.

S.A.Sadıqova 3/55 saylı əmrlə 23.01.2017-ci il tarixdən Kitabxanaçılıq-informasiya fakültəsi, Biblioqrafiyaşünaslıq kafedrasının 335601- “Kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq ixtisası üzrə” dövlət büdcəsi hesabına elmlər doktoru proqramı ilə əyani doktoranturaya qəbul olunmuşdur.

S.A.Sadıqova 3/889 saylı əmrlə 14.09.2017-ci il tarixdən Kitabxanaçılıq-informasiya fakültəsi, Biblioqrafiyaşünaslıq kafedrasının 335601- “Kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq ixtisası üzrə” dövlət büdcəsi hesabına elmlər doktoru proqramı ilə qiyabi doktorantı hesab edilir.

S.A.Sadıqova 1/380 saylı əmrlə 13.10.2017-ci il tarixdən elmlər doktoru proqramı ilə qiyabi təhsil formasına keçdiyinə görə 09 oktyabr 2017-ci ildən Kitabxanaçılıq-informasiya fakültəsinin Biblioqrafiyaşünaslıq kafedrasına tam ştat dosent əvəzi vəzifəsinə bərpa edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası 8 iyun 2017-ci il tarixli (protokol №15-K) qərarına əsasən S.A.Sadıqovaya Biblioqrafiyaşünaslıq kafedrası üzrə dosent elmi adı verilmişdir. 1/398 saylı əmrlə 23.10.2017-ci il tarixdən Biblioqrafiyaşünaslıq kafedrasının tam ştat dosentidir.

Rektorun 3/1062 saylı əmri ilə 16.10.2017-ci il tarixdən ona “İnformasiya cəmiyyəti şəraitində Azərbaycan kitabxanalarında biblioqrafik fəaliyyətin innovativ formaları və elmi metodları (Azərbaycan Respublikası elmi və sahəvi kitabxanalarının materialları əsasında)” doktorluq dissertasiya mövzusu təsdiq edilmiş, elmi məsləhətçi professor A.A.Xələfov təyin edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 02 dekabr 2016-cı il tarixli 188 saylı əmri ilə Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmovun 09.01.2017-ci il tarixli 2/12 saylı əmrinə əsasən Məmmədov Eldəniz Elman oğlunun Birdəfəlik dissertasiya şurasına daxil olan dissertasiyaların ilkin müzakirəsini keçirmək üçün Elmi seminarda katib olmuşdur.

Kitabxanaşünaslıq kafedrasının dissertantı Məmmədov Eldəniz Elman oğlunun “M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının dövri mətbuat fondu: tarixi, müasir vəziyyəti, oxuculara xidmət və inkişaf perspektivləri (1923-2007-ci illər)” mövzusunda yazdığı dissertasiya işinə opponent olmuşdur(10.03.2017).

2017-ci ildə də S.A.Sadıqova 4 kitab, o cümlədən 1 dərs vəsaiti, 1metodik vəsait (ingilis dilində) 1 biblioqrafik məlumat kitabı, 1 yubiley kitabı, 2 fənn proqramı çap etdirmiş, 1 kitabın rəyçisi olmuş, 5 Beynəlxalq və respublika səviyyəli konfranslarda məruzə ilə çıxış etmişdir. Onun 10 məqaləsi çap olunub və 1 mükafata layiq görülmüşdür.

2017-ci ildə “Dosent” diplomunu almışdır.

İcraçı: pedaqogika üzrə fəlsəfə doktoru, dos/ə X.T.Ağayeva

İş 4: “Azərbaycanda sahəvi biblioqrafik informasiya resurslarının inkişafı”.

Mərhələ III: “Sahəvi elektron resursun inkişafı və müasir vəziyyəti”

Biblioqrafiyaşünaslıq kafedrasının 2016-2017-cı tədris ili üzrə elmi tədqiqat işi   planına müvafiq  olaraq dos/ə X.T.Ağayevanın elmi-tədqiqat işinin mövzusu “Sahəvi elektron resursun inkişafı və müasir vəziyyəti” adlanır. Bildiyimiz kimi biblioqrafiyalaşdırma prosesində bilavasitə obyekt olan sənədlərin forma və məzmunu vəhdətdə götürülür. Sahəvi biblioqrafiyada sənədlərin məzmunu birinci dərəcəli əhəmiyyətə malikdir. İnformasiyalaşdırılmış  cəmiyyətin tələblərinə uyğun olaraq yeni informasiya texnologiyalarının biblioqrafik proseslərə tətbiqi nəticəsində ənənəvi resurslarla yanaşı olaraq elektron resurslar da yaranmağa və inkişaf etməyə başladı və burada həm ənənəvi xidmətdə, həm də elektron xidmətdə elektron məlumat bazalarından istifadə edilir. Elmi-tədqiqat işində M.F.Axundov adına Milli Kitabxananın və Prezident Kitabxanasının sahəvi elektron resursları tədqiqata cəlb olunur.

Hesabat  ilində dos/ə X.T.Ağayeva bir magist tələbənin dissertasiya işinə rəy vermişdir. Həm də hesabat ilində bakalavr pillləsində bir tələbənin elmi rəhbəri olmuş və iki tələbənin də buraxılış işinə rəy vermişdir.

Hesabat ilində “Kitabxanalarda  biblioqrafik işin təşkili və metodikası” fənni üzrə proqram, metodiki vəsait, dərs vəsaiti, “Pedaqogika üzrə ədəbiyyatın biblioqrafiyası” adlı dərs vəsaiti çapa təqdim olunmuşdur.

Dos/ə X.T.Ağayeva hesabat ilində  iki konfransada iştirak etmişdir. İki tezis, iki elmi məqalə dərc etdirmişdir.

Hesabat ilində  Elmi Şurasının elmi katibi kimi fakültənin və universitetin  ictimai həyatında  yaxından iştirak etmişdir.

 

İcraçı: T.f.d.İ.Z.Bayramova

İş 5: “Azərbaycan Respublikasının regionlarının sosial-iqtisadi inkişafının biblioqrafik informasiya təminatı.

Mərhələ III: ”Mərkəzləşdirilmiş kitabxana sistemlərində biblioqrafik xidmətin təşkili”

Kafedranın müəllimi, tarix üzrə fəlsəfədoktoru Bayramova İradə Ziyadxan qızının 2017- ci il üzrə elmi-tədqiqat işinin mövzusu ”Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının biblioqrafik-informasiya təminatı ” adlanır. 2017-ci ildə elmi-tədqiqat işinin “Mərkəzləşdirilmiş kitabxana-sistemlərində biblioqrafik xidmətin təşkili” adlanan II mərhələsi üzərində işləmişdir.Sosial-iqtisadi inkişafın tərkib hissəsi olan kitabxanalar biblioqrafik-informasiya təminatının həyata keçirilməsində mühüm rol oynayır.Elmi-tədqiqat işində əsas məqsəd, Azərbaycan Respublikasının iqtisadi regionlarında biblioqrafik-informasiya təminatının müasir vəziyyətini və gələcək perspektivlərini öyrənmək, inkişaf etmiş müasir cəmiyyətin tələblərinə uyğun şəkildə bu sahədəki çatışmazlıqları aradan qaldırmaqla bağlı olaraq qarşıda duran vəzifələri tədqiq etməkdən ibarətdir.

Hesabat ilindəBayramova İradə Ziyadxan qızının “Kitabxanaşünaslıq və Biblioqrafiya” jurnalının №2(39) 2016-cı il nömrəsində ”Bakı şəhərinin məktəb kitabxanalarında kitabxana-informasiya resurslarının yerləşməsi və kadr təminatının müasir vəziyyəti” adlı məqaləsi çap olunmuşdur. Məqalədə, gənc nəslin dünyagörüşünün formalaşmasında,Vətənə, torpağa, ailə dəyərlərinə hörmət aşılanmasında mühüm rol oynayan məktəb kitabxanalarının fəaliyyəti araşdırılmışdır.Məqalədə göstərilir ki, kitabxanalar cəmiyyətdən təcrid olunmuş halda fəaliyyət göstərmirlər, əksinə,inkişaf etmiş cəmiyyətin tələbləri səviyyəsində gənclərin intellaktual mənəvi potansialının yüksəldilməsində birbaşa iştirak edirlər. REPK-a 2014-2015-ci illərdə Bakı şəhərinin məktəb kitabxanaları arasında statistik hesablamalar aparmışdır. Statistik hesablamalardan aydın olur ki, Bakı şəhərinin ümumtəhsil məktəblərinin sayı 286-dır. Bu məktəb kitabxanalarının bütün bilik sahələrinə dair zəngin tədris ədəbiyyatı ilə komplektləşdirilməsi, oxucuların yaş qruplarının və müəllimlərin şəxsi təhsil tələblərinin nəzərə alınması xüsusi əhəmiyyət kəsb edir. Burada fondun bədiiədəbiyyat, elmi-metodik ədəbiyyat, uşaq ədəbiyyatı, tərbiyəvi-pedaqoji ədəbiyyat və digər resurslarla komplektləşdirilməsi vacib məsələdir. Çünki, ümumtəhsil məktəblərinin kitabxanalarının fondlarının komplektləşdirilməsi yeni nəslin dünyagörüşünün formalaşmasında, tədris işinin səmərəli təşkilində mühüm əhəmiyyət kəsb edir.

Bayramova İradə Ziyadxan qızının həmin jurnalın №1.(40) 2017-ci il nömrəsində “Mərkəzləşdirilmiş kitabxana sistemində biblioqrafik-informasiya xidmətinin təşkili” mövzusunda digər bir məqaləsi dərc olunmuşdur. Məqalədə, MKS-də oxuculara göstərilən biblioqrafik xidmət növlərindən birinin də biblioqrafik informasiya xidməti olması göstərilmişdir. Biblioqrafik informasiya xidmətinin əsas mahiyyəti ondan ibarətdir ki, kitabxanaya daxil olan yeni ədəbiyyat haqqında tələbatçıya onun sorğusunu gözləmədən və ya daimi sorğulara uyğun olaraq operativ cari biblioqrafik informasiya verilsin. Biblioqrafik informasiya xidməti ayrı-ayrı şəxslərin, qrupların və ya bütövlükdə cəmiyyətin informasiya tələbatının ödənilməsi üzrə informasiya proseslərinin məcmusundan (sənədlərin toplanması, analitik-sintetik işlənməsi, informasiyanın axtarışı və yayılması) ibarət olan fəaliyyətdir. BİX-in elementləri aşağıdakılardır: informasiyanın istehsalçısı və yayıcısı, alıcısı və informasiya-kommunikasiyası üsulları və vasitələri. Hər bir MKS-də BİX elə təşkil edilməlidir ki, tələbatçı ona lazım olan informasiyanı tam və dolğun əldə edə bilsin. Müasir dövrdə mövcud informasiyalar ənənəvi çap məhsulu ilə yanaşı, eyni zamanda elektron formada təqdim olunmaqdadır. Kitabxanalar internet şəbəkəsinə qoşulmaqla oxucular üçün ümumaçıq informasiya məkanını formalaşdırır, xidmət prosesində elektron sənədlər və elektron kataloqlar, elektron poçt və s. istifadə edirlər.

İ.Z.Bayramova hazırda”Bakı şəhərinin məktəb kitabxanalarında kitabxana-informasiya resurslarının yerləşməsinin müasir vəziyyəti”adlı tezisi çap edilmək üçün təqdim etmişdir.Eyni zamanda “Regionların kitabxana-informasiya təminatı sistemi” adlı fənn üzrə dərs vəsaiti üzərində işləyir.

Bookmark and Share
© Bakı Dövlət Universiteti