Xəbərlər

Kitabxanaşünaslıq elminə yeni töhfə- Multikulturalizm kitabxana-informasiya fəaliyyətində
07/11/2019

Kitabxanaşünas alim, Kitabxanaşünaslıq kafedrasının müdiri Elçin Əhmədovun “Multikulturalizm kitabxana-informasiya fəaliyyətində” adlı monoqrafiyası işıq üzü görüb.

| Ətraflı


Milli Kitabxanada “Bakı Dövlət Universitetinin 100 illik yubileyi”nə həsr olunmuş tədbir keçirilib
07/11/2019

Milli Kitabxana Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Bakı Dövlət Universiteti ilə birgə Azərbaycanın nüfuzlu elm və təhsil ocağı, ölkədə ali təhsilin və elmin inkişafında mühüm xidmətləri olan Azərbaycan xalqının milli sərvəti “Bakı Dövlət Universitetinin 100 illik yubileyi”nə həsr olunmuş tədbir keçirib.

| Ətraflı


BDU-nun görkəmli alimləri Abuzər Xələfov və Knyaz Aslanın Universitetin 100 illik yubileyinə töhfə olaraq növbəti məqaləsi dərc olunub.
06/11/2019

BDU-nun görkəmli alimləri Abuzər Xələfov və Knyaz Aslanın  Universitetin 100 illik yubileyinə töhfə olaraq növbəti məqaləsi dərc olunub. Məqalədə Bakı Dövlət Universiteti müsəlman Şərqində yeni tipli ilk ali məktəb kimi yarandığı vaxtdan başlayaraq  Bakı Dövlət Universitetinin bu günkü  əsas fəaliyyəti və inkişafı, təhsili, elm, innovasiyalar, sosiallıq və beynəlmiləlləşmək hədəflərinə doğru istiqamətlənmiş addımları uğurla şərh edilib.

| Ətraflı


BDU-nun professoru Abuzər Xələfov-BAKI DÖVLƏT UNİVERSİTETİ 100 (3-cü hissə)
22/10/2019

 

1970-ci illərdə universitetdə fəalyyət göstərən 12 fakültə və 88 kafedrada müasir elmin son naliyyətlərinə yönəldilmiş elmi-tədqiqat planları tərtib edilmişdi. Fakültələrdən 6-sı təbiətşünaslıq və texnika elmlərin fakültələri, 6 humanitar elmlər fakültələri idi. Həmçinin 6 universitet ümumi universitet ictimai kafedraları fakültələrin tədris prosesində də iştirak edirdilər. Universitetdə təşkil edilib, formalaşmış 4 elmi-tədqiqat labarotoriyası və elmi – tədqiqat hesablama mərkəzində ciddi elmi-tədqiqat işləri aparmışdılar. Ancaq sevindirici hal idi ki, 1978-ci ilə işlənilən 215 mövzunun tədqiqatı başa çatdırlmışdı. Bunlardan 15-i Azərbaycan SSR-də xalq təsərüfatının inkişafı problemlərinə, 20-si SSR Elmlər Akademiyasının kordinasiya planına, 117-si Azərbaycan SSR Elmlər Akademiyasının kordinasiya planına 56-sı isə təsərüffat müqavilələrinə həsr edilmişdi.

Universitetdə 1970-ci illərdə yüzlərlə elmi konfranslar, müsabiqələr, elmi müzakirələr keçirilir. Geniş və maraqlı, ciddi elmi-tədqiqatları yekunlaşdıran elmi seminarlar təşkil edilirdi. Elmi konfranslar, elmi müzakirələr, elmi seminarlar əksər hallarda ümum respublika, ali məktəblər arası tədbirlər olduqlarından böyük umumi respublika əhəmiyyəti kəsb edir, respublikamızda elmin inkişafına böyük töhfələr verirdi.

1970-1980-cı illərdə Bakı Dövlət Universitetinin elmi-tədris həyatına böyük sürətlə daxil olan, elmi – metodiki işlərin tədqiqi və ümumiləşdirilməsi, ayrı-ayrı elmi sahələri üzrə metodologiyanın hazırlanması və bu mühüm nəzəri və praktiki əsasda dərsliklərin və dərs vəsaitlərinin hazırlanması prosesi olduqca böyük ümumrespublika xarakteri daşıyırdı. Dünya təhsil tarixinin inkişafından məlumdur ki, mühüm elmi-tədqiqatların və ayrı-ayrı fənlərin öyrənilməsi və ümumiləşdirilməsi bazasında ayrı-ayrı fənlər, elm sahələri üçün dərsliklər, dərs vəsaitləri yazmadan, onları çap etdirib, tələbələr arasında yaymadan tədris prosesinin kefiyyətindən danışmaq olduqca çətindir. Məhz buna görədir ki, Ulu Öndər təhsilə onun inkişaf prespektivlərinə və istiqamətinə dair vaxtaşırı keçirilən dövlət tədbirlərində təhsilin və tədrisin inkişafının məhəl daşı kimi ayrı-ayrı fənlər üzrə dərsliklərin yazılmasını və tələbələr arasında yayılmasını təhsil müəssisələrinin qarşısında zəruri vəzifə kimi qoymuşdu. Bu baxımdan 70-80-cı illərdə Bakı Dövlət Universiteti respublikada ali məktəbləri üçün olduqca böyük işlər görmüş, universitetin alimləri təbiət, texniki və humanitar və ictimai elmlər üçün çox qiymətli, təhsilimizin kefiyyət göstəricilərinə xidmət edən dərsliklər və dərs vəsaitləri yaratmağa müvəffəq olmuşlar. Universitet alimlərinin yazdıqları dərsliklərin universitet nəşriyyatında ləngimədən çap olunması bütün respublika ali məktəblərinə çatdırlmasına kömək edirdi. Hər il təxminən 15-20 dərslik, 20-30 dərs vəsaiti və onlarla dərs proqramları 200 çap vərəqi həcmində çap edilib respublika tələbələrinin isifadəsinə verilirdi.

1970-1980-ci illərdə bilavasitə Heydər Əliyevin tələbi ilə universitetdə elmi-tədqiqat işi böyük vüsət almışdı. Mövcud kafedralar tədris prosesinin təşkili ilə yanaşı ciddi tədqiqat mərkəzlərinə çevrilmişdi. Elmi-tədqiqat prosesində 12 fakültə, 88 kafedra ilə yanaşı olaraq respublika elmi-tədqiqat hesablama mərkəzi, 10-a yaxın elmi-tədqiqat laborotoriyası elmi muzeylər fəaliyyət göstərirdi.

Universitetdə müxtəlif elm sahələri üzrə 13-dən artıq müdafiə şuralarının yaradılması alim kadrların hazırlanmasına böyük şərait yaratmışdı. Təhsil və tədrisin elmi metodiki əsaslarının formalaşmasında tələbələr arasında təlim tərbiyə işinin istiqamətləndirilməsində elmi-tədqiqat problemlərinin mövzu istiqamətlərinin müəyyənləşdirilməsində və təsdiqində mühüm elm və metodiki problemlər mərkəzi kimi böyük tədbirlər həyata keçirirdi. Həmçinin universitet dissertasiya müdafiə şuralarının mərkəzi di. Universitetdə ən mühüm ixtisaslar üzrə doktorluq və namizədlik ixtisaslaşmış 13 müdafiə şurası fəaliyyət göstərirdi. Universitet alimləri ilə yanaşı respublikaının görkəmli alimləri də müdafiə şuralarının üzvü kimi şuraların işində iştirak edirdilər. demək olar ki, 1970-1980-cı illərdə respublikada yetişən doktorların və namizədlərin böyük əksəriyyəti Bakı Dövlət Universitetinin yetişdirmələri olmuşlar.

Ulu Öndər Heydər Əliyevin universitetə göstərdiyi diqqət və qayğı nəticəsində 1970-1980-cı illərdə universitet Sovetlər İttifaqının ən qabaqcıl universitetləri sırasında öncül mövqe qazanmış, beynəlxalq əlaqələri genişlənmişdir.

 

1970-1980-ci illərdə Heydər Əliyev Azərbaycan ali məktəblərində olmayan nadir ixtisaslar üzrə tələbə hazırlığını Sovetlər birliyinin ali məktəblərində hazırlanmasının zəruri olmasını nəzərə alaraq “Şəhərlərarası qəbul” aparılması proqramını irəli sürdü. Ittifaq hökuməti Heydər Əliyevin xahişi ilə SSRİ-nin qabaqcıl ali məktəblərində Azərbaycan üçün yerlər ayırdı.

Bakı Dövlət Universiteti ayrılan yerlərə müvafiq tələbə qəbuluna başladı. Bu proqramın həyata keçirilməsi nəticəsində 70-80-ci illərdə Respublikamız yüzlərlə nadir ixtisaslı xalq təsərrüfatının elm və mədəniyyətin ən aparıcı sahələri üçün kadrlarla təmin edildi.

Respublikamız üçün olduqca zəruri olan bu problemi keçmiş SSRİ məkanında Heydər Əliyev və onun böyük siyasi iradəsi və nüfuzu həll edə bilərdi. Heydər Əliyev təhsil islahatları aparılan, respublika təhsil sisteminin kadr tərkibi ilə tanış olan zaman, məlum olmuşdur ki, respublikamızın ucqar rayonlarında bir çox ixtisaslar üzrə mütəxəssis kadrlar çatışmır.

Bu qüsuru tezliklə aradan qaldırmaq üçün Heydər Əliyevin göstərişi ilə müsabiqədən kənar qəbulun aparılması həyata keçirilməyə başladı. Respublika qəbul planı hazırlanarkən kadr çatışmayan rayonlar xüsusilə dağ rayonları üçün müsabiqədən kənar qəbula yerlər ayrıldı. (yəni müsabiqədən kənar qəbul üçün göndərilən abuturuyentlər ən az balla qəbul olunmaq imkanı əldə edirdilər).

Bu, zamanın tələbi idi. Məhz 1979-1980-cı illərdə kadr qıtlığı keçirən dağ rayonları üçün onlarla kadrların hazırlanması dövrün böyük uğuru kimi qəbul edilməlidir.

1970-1980-cı illərdə Bakı Dövlət Universitetinin uğurları içərisində onun beynəlxalq əlaqələrinin genişlənməsi, beynəlxalq imicinin yüksəlməsi ittifaqın və dünyanın ali məktəbləri içərisində özünəməxsus yer tutması olmuşdur. 1970-ci illərdə universitetin beynəlxalq əlaqələrində ciddi yeniliklər baş verdi. 1970-1990-cı illərdə universitetin 40-dan artıq müəllimi pedaqoji fəaliyyət göstərmək üçün müxtəlif xarici ölkələrə göndərilmişdi. Ən çox diqqətə layiq tədbirlərdə biri də, universitetin 300 nəfər müəllim və tələbələrinin asiya və afrika ölkələrində tərcüməçi işləməsi olmuş, universitetin beynəlxalq əlaqələrinin formalaşmasına müsbət təsir göstərmişdir. Universitetin professor və müəllimlərinin 50 nəfərinin müxtəlif beynəlxalq konfranslarda simpoziumlarda iştirakı onun beynəlxalq imicinin yüksəlməsinə müsbət təsir göstərmişdir. Bütün bu uğurların qazanılmasında Heydər Əliyev iradəsi, qayğı və köməyi dayanırdı.

Bakı Dövlət Universiteti 1970-1980-ci illərdə təkcə respublikamız üçün deyil SSRİ respublikaları yaxın və uzaq xarici ölkələr üçün də yüksək ixtisaslı, peşəkar kadrlar hazırlamış dünyanın şöhrətli elmi-tədris mərkəzləri, nüfuzlu ali məktəbləri, beynəlxalq təhsil təşkilatları universitet assosiasiyaları ilə əlaqə saxlamış beynəlxalq tədris proqramlarında iştirak etmişdir. Universitet yeni təhsil formalarından “Şəhərlərarası təhsil” və “müsabiqədənkənar” təhsil)  formaları universitetlə onlarla ali məktəblərlə əlaqə yaratmasına səbəb olmuşdur.

Bakı Dövlət Universiteti olduqca böyük miqdarda şəhərlər arası qəbul aparmaqla həmin şəhərlərlə keçmiş ittifaqın böyük şəhərləri ilə: Moskva, Leninqrad, Kiyev, Xarkov, Minsk, Daşkənd, Alma-Ata, Novosibirsk, Dinepropetrovsk və s. şəhərlərlə geniş beynəlxalq münasibətlər yaratmağa müvəffəq olmuşdu. Əlaqə yaradılan belə şəhərlərin miqdarı 30-a yaxın idi. Şəhərlər arası qəbul proqramının həyata keçirilən bütün Universitetlərlə həm təhsil, tədris əlaqələri, həm də elmi-tədqiqat əlaqələri, müəllimlərin qarşılıqlı gedişi onların birlikdə elmi-tədqiqatlarla məşğul olması genişlənmişdi. Məhz ilk olaraq qazanmaqda, formalaşmaqda olan bu əlaqələr ilk mərhələdə rüşeym halda olsa da zaman keçdikcə formalaşaraq hərtərəfli, qarşılıqlı inkişafda xidmət edən beynəlxalq əlaqələrə çevrilmişdi.

1970-1980-ci illərdə xarici ölkələrlə aparılan beynəlxalq əlaqələrin miqyası genişlənmiş, Bakı Dövlət Universiteti dünyanın inkişaf etmiş ölkələri elə geniş beynəlxalq əlaqələri quran, onu müvəffəqiyyətlə inkişaf etdirən Şərqlə Qərb arasında əlaqə yaradan bir universitetə çevrilmişdi. Məhz 1970-1980-ci illərdə Bakı Dövlət Universitetinin ABŞ, Almaniya, İngiltərə, Fransa. İspaniya, İtaliya, Çexoslavakiya, Misir, Yuqoslaviya, Vetnam, Koreya və b. ölkələrlə beynəlxalq əlaqələr yaratmağa müvəffəq olmuş bu əlaqələrdən bəhrələnməyi bacarmışdır. Göstərdiyimiz ölkələrlə aparılan beynəlxalq əlaqələr yüksək ixtisaslı, peşəkar kadrların hazırlanması ilə başlayır, yüksək səviyyəli elmi kadrların hazırlanması birgə elmi tədqiqatların, elmi layihələrin işlənməsi ilə yekunlaşırdı ki, bu da ali məktəblər arası beynəlxalq əlaqələrin möhkəmlənməsinə hər iki tərəf üçün uğurlar əldə edilməsinə gətirib çıxarırdı.

Bakı Dövlət Universitetinin beynəlxalq əlaqələri, həm daxili ölkələr, həm də dünyanın inkişaf etmiş qabaqcıl ölkələri ilə Beynəlxalq əlaqələri genişlənmiş, Universitet beynəlxalq əlaqələri geniş miqyas olan dünya universitetləri sırasına daxil olmuş, onun beynəlxalq imici möhkəmləşmişdir.

Bakı Dövlət Universitetinin şanlı tarixinə “Heydər Əliyev mərhələsi” kimi daxil olan 1970-1980-cı illlər Universitet tarixinin ən zəngin mərhələsini təşkil edir.

Məhz bu illərdə özünün dünya şöhrətli yetirməsi olan Heydər Əliyevin bilavasitə rəhbərliyi və qayğısı sayəsində Bakı Dövlət Universiteti özünün ən şərəfli bir dövrünü yaşamış, Azərbaycan xalqının ən sevimli elm və təhsil məbədgahına çevrilmişdir. Azərbaycan ali məktəblərinin flaqmanı kimi formalaşan universitet ali təhsilin, ali məktəb elminin formalaşmasının və stabilləşməsinin nəhng amilinə çevrilmiş, xalqın milli mədəniyyətinin əsas təhsil ocağı kimi milli ideologiyanın formalaşmasının mayası kimi yüksək imic qazanmış və bu imici hər zaman əldən verməmişdir.

Məhz 1970-1980-cı illərdə Bakı Dövlət Universitetində dünya təhsil sisteminin son nailiyyətlərinə, praktikasına söykənərək, milli təhsil ənənələrimizin ən qiymətli xüsusiyyətlərini qoruyub saxlayaraq elə islahatlar həyata keçrilmişdir ki, bu islahatlar bu gündə təhsil sisteminin yayılmasına, təkmilləşib inkişaf etməsinə öz mütərəqqi təsirini saxlamaqdadır. Bu islahatların əsasında Heydər Əliyev duhası, onun milli ideologiyaya Azərbaycan xalqının tarixi təhsil ənənələrinə söykənən elmi-nəzəri, praktiki müddəalar dururdu. Bu islahatların Ulu Öndərin təşəbbüsü ilə formalaşıb, zərgər dəqiqliyi ilə yerinə yetirilməsi ona həmişə yaşarlıq, davamlılıq imkanları aşılayırdı.

Dünya təhsil tarixindən məlumdur ki, təhsilin inkişafının təkmilləşib stabilləşməsinin ən mühüm amili onun maddi-texniki bazasıdır. Möhkəm maddi-texniki baza olmadan, kefiyyətcə yüksək təhsil ola bilməz. Məhz buna görədir ki, Ulu Öndər 70-80-ci illərdə Azərbaycan təhsilinin inkişafını təmin etmək, onun kefiyyətini möhkəmləndirmək üçün təhsilin maddi-texniki bazasından möhkəmləndirmək üçün əvvəlki illərlə müqaisədə böyük işlər görülməsini təmin etmişdir. İlk növbədə təhsilin yüksək templə maliyyələşdirilməsi işi ön plana çəkilmiş, təhsilə ayrılan maliyyə vəsaiti ilbəil artırılmış təxmini hesablamalara görə 1970-1980-ci illərdə bu artım 60-cı illərə nisbətən 4-5 dəfə artırılmışdır.

1970-1980-ci illərdə Bakı Dövlət Universitetinin yeni tədris korpusları ilə təmin edilməsində ciddi işlər həyata keçirildi. Bakı Dövlət Universiteti üçün inşa edilən yeni binanın ikinci korpusu istifadəyə verildi. Beləliklə də universitetin bina ilə təmin edilməsi əsaslı surətdə yaxşılaşdırıldı. Universitet üç böyük binada öz fəaliyyətini davam etdirməyə başladı. Bu binalardan biri keçmiş Kommunist küçəsində, ikisi Potiris Lumumba küçəsində yerləşirdi. Yeni binanın istifadəyə verilməsi Universitetin auditoriya fondunun 2 dəfədən çox artmasına səbəb oldu. Yeni korpusların olduqca müasir tədris avadanlığı, tədrisin texniki vasitələri ilə təmin edilməsi universitetin qabaqcıl tədris elmi müəssisə kimi formalaşmasına şərait yaratdı.

70-80-cı illərdə Bakı Dövlət Universitetinin maddi-texniki bazasının möhkəmlənməsi, auditoriya fondunun artırılması tədris prosesinin texniki vasitəsitələrlə təmin edilməsi yeni tədris fondunun yaradılması tədrisin kefiyyətini yüksəltməklə  yanaşı onun tələbə kontingentinin kəmiyyət artımına ciddi təsir göstərdi. Rəqəmlərə diqqət yetirsək əgər 1565-ci illərdə universitetdə 12430 tələbə təhsil alırdısa onların miqdarı 1980-ci illərdə 13 minə yaxın idi. İldə universitetdə orta hesabla 1000 nfərə qədər tələbə qəbul olunurdu. Beləliklə 1970-80-cı illərdə universitet xalq təsərüffatının müxtəlif sahələri üçün minə yaxın tələbə hazırlaya bilmişdi. Bu təhsil tarixində xüsusi diqqətə layiq bir rəqəmdir.

Universitetin beynəlxalq əlaqələrinin genişlənməsi, beynəlxalq nüfuzunun artması, xarici ölkələrdən universitetdə təhsil almaq istəyən tələbələrin miqdarına ciddi təsir göstərmiş, 1970-1980-ci illərdə Bakı Dövlət Universitetini 500-dən artıq xarici tələbələr bitirmişdi.

Universitetdə tədris prosesinin canlanması, tələbə kontingentinin sürətlə artması universitetdə professor-müəllim heyətinin artımına səbəb olmuş, olduqca yüksək elmi potensiala malik milli kadrlar ordusu formalaşmışdı. Məhz universitetdə yetişmiş milli kadrlar təkcə universitetin özündə yox bütövlükdə respublika elminin inkişafına ciddi təsir göstərməklə, ölkənin bütün tədris və elmi müəssisələrə böyük köməklik görstərmişdi.

Rəqəmlərə nəzər salaq. Əgər 1960-cı illərdə universitetdə 953 professor-müəllim fəaliyyət göstərirdisə onların sayı 1980-ci illərdə 1000 nəfər təşkil edirdi.

Universitet SSRİ universitetləri içərisində ən çox xarici ölkələr üçün kadr hazırlayan universitet kimi öncül mövqelərdən birini tuturdu. Universitet dünyanın 20-dən artıq ölkəsi üçün yüksək kadrlar hazırlayırdı. Universitet yüksək ixtisaslı kadr hazırlamaqla yanaşı xarici ölkələri üçün alim kadrların hazırlanmasında da fəaliyyətini genişləndirmişdi.

Beləliklə 1870-1980-ci illər Bakı Dövlət Universitetinin tarixinə Heydər Əliyev mərhələsi kimi daxil olmuş, elm respublika elminin, təhsilinin, mədəniyyətinin və tərəqqi və inkişafında yüksək inkişaf mərhələsi kimi öz bəhərəsini vermiş, böyük keyfiyyət dəyişikliklərinə səbəb olan bir mərhələ kimi tarixə düşmüşdür.

Məhz bu illərdə Bakı Dövlət Universitetinin maddi-texniki bazası əsaslı sürətdə möhkəmlənmiş, yeni tədris korpusları istifadəyə verilmiş, universitetdə müasir tələblərə cavab verən, dərin elmi, praktiki, ənənəvi, milli əsaslarla zəngin olan təhsil islahatları keçrilmiş, tədris prosesi müasir tədris texnologiyası ilə, müasir avadanlıqla təmin edilmiş, kompyüter, texnologiyasından istifadə edilməyə başlanmışdır. Tədrisin informasiyalaşdırılması prosesinin elmi əsasları və texnologiyası öyrənilməyə başlanmışdır. Universitetdə davamlı olaraq elmi-tədqiqat labaratoriyaların yaradılması, onların yeni avadanlıqla, cihazlarla, texnologiya ilə təmin edilməsi elmi-tədqiqat işlərinin kefiyyətcə yüksəlməsinə şərait yaratmışdır.

Beləliklə 1970-1980-ci illərdə elm, təhsil və ictimai-siyasi həyatda baş verən titanik dəyişiklər, dərin məzmunu, milli təmayüllü islahatlar, böyük uğurlar, universitetin dünya şöhrətli məzunu, Azərbaycan xalqının, Azərbaycan dövlətçiliyinin xilaskarı, univesritetin çoxminli kollektivinin sevimisi və fəxri Ulu Öndər Heydər Əliyevin adı ilə onun ِAzərbaycan elminə, təhsilinə, mədəniyyətinə böyük diqqəti və qayğısı ilə bağlıdır. Məhz bu illərdə unversitet Heydər Əliyevin böyük atalıq qayğısı sayəsində əsaslı inkişaf yolu keçmiş, uğurlara nail olmuş, beynəlxalq arenaya çıxmışdır. Heydər Əliyev dühası onun inkişaf və tərəqqi yolunu işıqlandırmışdır.

Ulu öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin ilk dövründə elmin, təhsilin, mədəniyyətin inkişafına, o cümlədən Bakı Dövlət Universitetinin fəaliyyətinin daha da yaxşılaşdırılması ilə bağlı həyata keçirdiyi geniş miqyaslı tədbirlər ayrıca tədqiqat mövzusudur və bu istiqamətdə araşdırmalar aparılır. Ona görə də bu məqalədə həmin dövrün xarakteristikası üzərində dayanmadan Heydər Əliyev siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu sahədə yerinə yetirdiyi tədbirlər haqqında ümumi məlumat verməyi məqsədəuyğun hesab etdik.

***

2009-2019-cu illər Azərbaycan tarixində tərəqqi və inkişaf mərhələsi kimi xüsusi yer tutur. Bu mərhələni siyasət, iqtisadiyyat, elm, mədəniyyət və maarifin inkişafı sahəsində böyük nailiyyətlər mərhələsi kimi xarakterizə etmək olar. Bu, ulu öndər Heydər Əliyevin bacarıqlı siyasi davamçısı İlham Əliyev mərhələsidir.

Son zamanlar dünya ölkələrinin əksəriyyətində iqtisadi böhran baş vermiş, bir çox ölkələr iqtisadi tənəzzülə uğramışlar. Lakin İlham Əliyevin apardığı siyasi-iqtisadi islahatlar sayəsində qısa zaman kəsiyində Azərbaycan dünyanın qüdrətli dövlətlərindən birinə çevrilmişdir.

İlhyam Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrü eyni zamanda Azərbaycan regionlarının inkişaf mərhələsi adlandırmaq olar. Son illərdə elm, təhsil, mədəniyyət sahəsində həyata keçirilən uğurlu islahatlar bu istiqamətlərin inkişafına güclü təkan vermişdir.

Qeyd etdiyimiz kimi, müstəqillik illərində Azərbaycan təhsilinin inkişafı bilavasitə ulu öndər Heydər Əliyevin adı ilə bağlı olmuşdur. Təhsilin inkişafına yüksək qiymət verən Heydər Əliyev deyir: “Təhsil sitemi Azərbaycanın gələcəyini təmin edən bir sistemdir. Hər bir millətin, hər bir ölkənin gələcəyi gənclərdir. Biz gənclərimizi nə qədər yüksək təhsilli etsək, onların müəyyən ixtisaslara yiyələnməsinə şərait yarada bilsək, müstəqil Azərbaycanın gələcəyi və demək, müstəqil Azərbaycanın inkişafı, elmin inkişafı, təhsilin inkişafı, insanların rifah halı o qədər də yaxşı olacaqdır”.

Heydər Əliyevin təhsil siyasətini uğurla həyata keçirən müstəqil Azərbaycan dövləti müstəqillik tariximizin İlham Əliyev dövründə olduqca səmərəli islahatlar həyata keçirmiş, mühüm nailiyyətlər əldə etmişdir. Təhsil sisteminin qarşısında duran vəzifələri müəyyənləşdirərkən İlham Əliyev qeyd edir: “Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik! Çünki insanın savadı, biliyi, onun gələcək həyatını müəyyən edir, ölkənin hərtərəfli inkişafına xidmət edir”.

Prezident İlham Əliyevin 2004-2019-cu illərdə təhsilin yeniləşməsi, dünya təhsil siyasətinə inteqrasiyası sahəsində imzaladığı sərəncamların, qanun və qərarların, aparılan islahatların uğurla və ardıcıl yerinə yetirilməsi təhsil sistemində yüksək dəyərlərin əldə edilməsinə səbəb olmuşdur.

Bu nailiyyətlər xüsusilə son dövrlərdə daha intensiv xarakter daşımış, həm ümumi orta təhsil sistemində, həm də ali təhsil sistemində, təhsil sisteminin məzmununda keyfiyyət dəyişikliklərinin baş verməsinə səbəb olmuş, təhsil alanların bilik səviyyəsinin yüksəlməsinə olduqca müsbət təsir göstərmişdir.

Azərbaycanda müstəqillik illərində ali təhsil sistemində baş verən yeniliklər daha mütərəqqi xarakter daşıyırdı. Bu proses bilavasitə ölkəmizin Bolonya təhsil prosesinə keçidi ilə əlaqədar olmuşdur. Doğrudur, Bolonya təhsil prosesinə keçid birmənalı qarşılanmadı. Keçmiş sovet təhsil sistemini qiymətləndirməyə səy göstərən bəzi müəllimlər tapıldı. Ancaq həyat, inkişaf prosesi öz obyektiv həqiqətlərini ortaya qoyrdu. Zaman keçdikcə Bolonya prosesinin Azərbaycan təhsil prosesinə tətbiqi təhsil işçilərinin böyük əksəriyyəti tərəfindən müsbət qiymətləndirilməyə başladı.

Bütün Avropada geniş miqyasda qəbul edilən Bolonya təhsil sistemi Azərbaycan təhsilinə yeni nəfəs verdi. Avropa ölkələrində təhsil prosesində baş verən yeniliklərlə tanış olmaq imkanı yarandı. Təhsilimizin qarşısında yeni perspektivlər açdı. Gənclərimiz Avropa ölkələrində təhsillərini davam etdirmək imkanı qazandılar.

2006-cı ildən ali təhsil sistemində kredit sistemi ilə təhsilin təşkilinə başlanılması Bolonya təhsil sisteminin yeni bir keyfiyyətini ortaya çıxardı. 2010-2015-ci illərdə ali təhsil sistemində müasir maliyyələşdirmə sistemi tətbiq edilməyə başladı ki, bu da Bolonya prosesinin daha da möhkəmlənməsini təmin etdi.

2019-cu ildə hörmətli Prezidentimiz, cənab İlham Əliyevin sərəncamı ilə 100 illik yubileyini qeyd etdiyimiz Bakı Dövlət Universiteti milli elmimizin, təhsilimizin mərkəzi kimi xalq təsərrüfatının, elm, təhsil və mədəniyyətin bütün sahələri üçün 130 mindən artıq yüksək ixtisaslı kadr hazırlamış, elmi inkişafın sükanı arxasında möhkəm dayanmış, beynəlxalq aləmdə böyük nüfuza malik bir universitet kimi tanınmışdır.

Son illərdə BDU dünyanın 700 elitar universiteti siyahısına daxil edilmişdir. Bakı Dövlət Universitetində dərs deyən kadr potensialı tədris prosesinin yüksək keyfiyyətindən xəbər verir.

1919-cu il noyabrın 15-də 44 akademik heyətlə fəaliyyətə başlayan universitetdə hazırda 16 fakültədə, o cümlədən 121 kafedrada 1300-ə yaxın professor-müəllim heyəti çalışır. Onlardan təxminən 200 nəfəri dövlətin ali orden və medalları ilə təltif olunmuş, fəxri adlar almışlar. 17 nəfəri AMEA-nın həqiqi və müxbir üzvi, 8 nəfəri Milli Məclisin deputatı, 2 nəfəri Dövlət mükafatı laureatı, 14 nəfəri fərdi Prezident təaqüdçüsü, 32 nəfərin Əməkdar elm xadimi, 281 nəfəri elmlər doktoru, professor, 1035 nəfəri fəlsəfə doktoru, dosent, 263 nəfəri isə elmi dərəcəsi olmayanlardır.

Universitetdə hazırda müxtəlif elmi istiqamərlərdə bakalavriat səviyyəsində 66 ixtisas üzrə 19036 nəfər, magistratura səviyyəsində 44 elmi istiqamətdə 235 ixtisaslaşma üzrə 1543 nəfər tələbə təhsil alır. Doktorantura səviyyəsində 114 ixtisas üzrə 708 nədər təhsilini davam etdirir. Hər il BDU-nun məzunu adını qazanan 4 minə yaxın tələbə respublikamızın daha da güclənməsi naminə dövlət quruculuğunun müxtəlif sahələrində çalışır.

Hazırda BDU-nun 16 fakültəsində müxtəlif elmi istiqamətlərdə bakalavriaturada 60 ixtisas, magistraturada 197 ixtisaslaşma, doktorantura səviyyəsində isə 70 ixtisas üzrə 22 mindən çox tələbə, magistrant və doktorant təhsil alır.

Tələbələrin hazırlanması, dərs prosesinin təşkili ən yüksək səviyyəli müəllimlərə tapşırılır. Universitetin kadr potensialı olduqca böyükdür, respublikanın ən görkəmli alimləri və mütəxəssislərinin burada çalışması onun imicini olduqca yüksəltmiş, respublika ali məktəblərinin flaqmanına çevirmişdir.

Bakı Dövlət Universitetinin təşkilində, idarə edilməsində, inkişaf və tərəqqisində, onun elm məbədgahına çevrilməsində mühüm xidmətlərə malik fədakar insanlar, görkəmli elm və təhsil xadimləri olan rektorlardan V.İ.Razumovski, S.N.Davidenko, A.D.Qulyayev, V.S.Yelpatyevski, T.A.Şahbazi, A.M.Məmmədov, M.Ə.Ələkbərli, B.S.Həsənbəyov, Ə.M.Əliyev, C.A.Ələsgərov, S.R.Əliyev, A.İ.Qarayev, C.Z.Hacıyev, Y.H.Məmmədəliyev. Ş.F.Mehdiyev, M.S.Əliyev, F.M.Bağırzadə, Y.C.Məmmədov, V.B.Quliyev, V.Ç.Qasımov, F.Y.Səməndərov, M.N.Ələsgərov, M.C.Mərdanov, A.M.Məhərrəmov Bakı Dövlət Universitetinin tarixi inkişaf yolunda böyük işlər görmüş, elmin və təhsilin inkişafında öz fədakar yaradıcı xeyirxah əməyi ilə universitet tarixini bəzəmişlər.

Beləliklə, “xalqımızın milli sərvəti” (H.Əliyev) olan Bakı Dövlət Universitetinin keçdiyi 100 illik tarixi bir yol Azərbaycan təhsilinin, elminin, mədəniyyətinin keçdiyi uğurlarla dolu şərəfli bir yoldur.

Bakı Dövlət Universiteti hər zaman xalqımızın ümummilli lideri Heydər Əliyevin və İlham Əliyevin siyasi kursuna, azərbaycançılıq ideyalarına sadiq olmuşdur.

Müasir şəraitdə Bakı Dövlət Universitetinin bugünkü fəaliyyəti ulu öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının prezidenti, xalqımızın sevimlisi, cənab İlham Əliyevin daxili və xarici siyasətinə böyük dəstəkdir.

Bakı Dövlət Universitetinin yeni tədris korpusunun açılışında çıxış edən prezidentimiz demişdir: “Bakı Dövlət Universiteti Azərbaycanın aparıcı təhsil ocağıdır. Burada çox güclü professor-müəllim heyəti çalışır və bütün dövrlərdə universitet Azərbaycanda peşəkar kadrların hazılanması işində çox böyük işlər görmüşdür. Bu gün isə universitet inkişafının yeni mərhələsini yaşayır”.

Yeni inkişaf mərhələsi elm və təhsilin informasiyalaşdırmasını, elmiləşdirilməsini, modernləşdirilməsini, innovativ yeniliklər, informasiya texnologiyalarının elmi tədqiqatlara və tədrisin təşkilinə tətbiqi mərhələsi kimi böyük problemləri həll etmək, təhsilin təşkilində və elmdə dünyanın qabaqcıl universiteti sırasına yüksəltməyi tələb edir. Universitetin kollektivi hazırda bu mühüm problemləri həll etmək üçün ciddi işlər görməkdədir.

Beləliklə, Bakı Dövlət Universiteti bütün çətinliklərə sinə gərmiş, tədricən inkişaf edərək formalaşmış və qürur hissi ilə demək olar ki, bu gün Azərbaycan xalqının böyük bir elm və təhsil məbədgahına çevrilmişdir.


Abuzər Xələfov

Azərbaycan Respublikasının Əməkdar elm xadimi, Əməkdar mədəniyyət işçisi, BDU-nun fəxri professoru, BMT yanında İnformasiyalaşdırma Akademiyasının akademiki, Prezidentin fərdi təqaüdçüsü, tarix elmləri doktoru, professor

Azad Azərbaycan qəzeti

| Ətraflı


BDU-da Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilib
27/12/2018

Bakı Dövlət Universitetində professor-müəllim və tələbə heyətinin iştirakı ilə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilib

| Ətraflı


BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsində Ümummilli lider anılıb
12/12/2018

Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsi və Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə fakültənin müəllim- tələbə heyəti iştirak edib.

| Ətraflı


BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsində iclas keçirilib
30/11/2018

Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsinin Kitabxanaşünaslıq kafedrasının ilin yekunlarına dair elmi hesabat iclası keçirilib.

| Ətraflı


BDU-da Kitabxanaşünaslıq kafedrasının növbəti iclası keçirilib
27/11/2018

Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsinin Kitabxanaşünaslıq kafedrasının növbəti iclası keçirilib.İclasda fakültənin professor-müəllim heyəti iştirak edib.

| Ətraflı


Bu gün Kitabxanaçılıq və informasiya fakültəsi \"Milli kinolara dəyər\" adlı intellektual yarış keçirdi
07/11/2018
| Ətraflı


BDU-da \"Beynəlxalq elmi jurnallarda nəşrlərə dair əsas tələblər\" adlı təlim keçirilib
18/10/2018

Bu gün Bakı Dövlət Universitetində Elmi-Tədqiqat Hissəsinin təşkilatçılığı ilə  “BDU-Clarivate Analytic Şirkəti” əməkdaşlığı çərçivəsində növbəti təlim təşkil olunub

| Ətraflı


BDU-da universitetdaxili “50+50” qrant proqramının qalibləri ilə görüş
16/10/2018

Bakı Dövlət Universitetində universitetdaxili "50+50” qrant proqramının növbəti mərhələsinin qalibləri ilə görüş keçirilib.

| Ətraflı


Professor Qara Mustafayevlə vida mərasimi keçirilib
08/10/2018

Məşhur Azərbaycan alimi, biologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru Qara Mustafayev vəfat edib

| Ətraflı


I kurs tələbələrinə tələbə biletləri təqdim edilib
25/09/2018

| Ətraflı


BDU-da Bilik günü qeyd edilib
17/09/2018

Bakı Dövlət Universitetində 15 sentyabr - Bilik günü münasibətilə tədbir keçirilib
| Ətraflı


BDU və Bilik Fondu arasında anlaşma memorandumu imzalanıb
30/01/2018

BDU və Bilik Fondu arasında anlaşma memorandumu imzalanıb














| Ətraflı


BDU-da Respublika elmi konfransı keçirilib
25/12/2017

BDU-da Respublika elmi konfransı keçirilib














| Ətraflı


Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı tələbələrlə görüşüb
11/11/2017

Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı tələbələrlə görüşüb












| Ətraflı


Misir Milli Kitabxanasının və Arxivlərin müdiri BDU tələbələri ilə görüşüb
26/09/2017

Misir Milli Kitabxanasının və Arxivlərin müdiri BDU tələbələri ilə görüşüb













| Ətraflı


BDU-da Bilik Günü qeyd edilib
15/09/2017

BDU-da Bilik Günü qeyd edilib













| Ətraflı


BDU yeni tədris ilində ilk Elmi Şurasının iclasını keçirib
11/09/2017

BDU yeni tədris ilində ilk Elmi Şurasının iclasını keçirib













| Ətraflı


1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
© Bakı Dövlət Universiteti